Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

YUĞ Teatrında nə baş verir?

Martın 16-da Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası zamanı aktyor Elşən Əsgərov tamaşaçılardan üzr istəyərək səhnəni tərk edib. 

Yenixeber.org xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub, aktyorun bu hərəkəti teatrın hazırda binasız qalmasına etiraz kimi qəbul edilib. 

Aktyor qeyd edib ki, tamaşanı hər hansı zədəyə görə yarımçıq qoymayıb. O vurğulayıb ki, bir insan, bir aktyor kimi bu, artıq onun üçün son hədd olub. Məsələ ilə bağlı Elşən Əsgərovun özü ilə əlaqə saxladıq: “YUĞ teatrı yaradıcı və texniki heyət baxımından üzərinə düşən bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Bütün heyət YUĞ-un yaşaması, fəaliyyətini davam etdirməsi üçün bir ailə, bir yumruq kimi vəhdətdədir. YUĞ məkan və şəraitsizlikdən əziyyət çəkir”. 

“Asılqan” tamaşasından fraqment:

Baş verənlərlə bağlı tamaşanın rejissoru Əbdülqəni Əliyevin də mövqeyini öyrəndik. O, saytımıza açıqlamasında bildirdi ki, bu, etiraz məsələsi deyil: “Burada heç kimi qınamaq olmur, nə aktyoru, nə teatrın rəhbərliyini, nə də bizim olduğumuz Kukla Teatrını... Çünki artıq biz 10 ilə yaxındır ki, Kukla Teatrında müvəqqəti, 1-2 ay adı ilə fəaliyyət göstəririk. Hər yeni mədəniyyət naziri gələndə deyir ki, “artıq düzələcək, biz sizə bina verəcəyik”. Artıq buna öyrəşmişik. Hətta gözlənilir ki, bu teatr şəraitsizlikdən məhv olsun. Uşaqlar isə hər dəfə təzə-təzə tamaşalar hazırlayırlar. Hər təzə tamaşa da yeni dekorasiya deməkdir. Bütün bunları qoymağa da artıq yer yoxdur. Koridorlara düzülür. Sağ olsun, Kukla Teatrı ki, 10 ildir bizə dözür. Kulis arxasında əslində yer böyük olmalıdır. Burada heç bir metr yoxdur və dekorasiyalar da qoyulanda, bir də görürsən qaranlıqda qolu, başı, ayağı dəyir. Bilirsiniz ki, bizdə bir aktyor bir neçə obrazı canlandırır və bunun üçün saniyələr lazımdır ki, səhnə arxasına keçib dəyişsin. Bu zaman da o səhnə arxasındakı dekorlara dəyir. Bir dəfə, iki dəfə, üç dəfə... axırda dedi ki, “yox, belə alınmır”. Düzdü, ayağı sınmadı, kəsilmədi, amma dözülməz həddə çatdı”. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlamışıq. 

Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam