Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

"Sənətkarlığın başına dəysin"

 

"Keçən dəfə bir məsələ ilə bağlı tənqidi fikirlər demişdim. Orada heç kimin sənətinə nəsə deməmişdim, səsi, səs tembri haqqında danışmışdım. Başqa bir məsələdən danışmışdım. İnsanlar fərqli düşündülər. Bir daha deyirəm ki, orada heç kimin sənətinə xələl gətirəcək bir söz deməmişəm. İnsanın mövqeyi bir olmalıdır".

Yenixeber.org xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Tarixin bir günü" verilişində deyib. Sənətçi ad çəkmədən Əməkdar artist Teymur Əmrahın müğənnilər Nəfəs, Damla, Manaf Ağayev və Şəbnəm Tovuzlunun səsini tərifləməsini tənqid edib.

Nadir bildirib ki, yaydığı videoda insanlar onu düzgün başa düşməyiblər: 

"Onların mövqeyindən danışmışam. İstər kişi, istərsə də qadının sözü bir olmalıdır. Burada nə demisənsə, gedib başqa yerdə də həmin sözü olduğu kimi deməlisən. Burada başqa, digər yerdə başqa söz deyirsənsə, deməli, sən mövqeysizsən. Sənin sənətkarlığın da başına dəysin".

Qeyd edək ki, Nadir Qafarzadə ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edib. Buna səbəb isə T.Əmrahın "Gün ortası" verilişində "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bu gün onlar elə gözəl səs malik ifaçılardır ki..." sözlərini deməsi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam