Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Bizi, bizdən kim qoruyacaq?!...

 

Belə demək mümkünsə, bu gün Azərbaycanda gedən hadisələr çox acınacaqlı vəziyyət alıb.
Yenixeber.org: Hər gün qulağımıza müxtəlif şəkildə hadisələrin cəryan etməsi gündəmə təzahür etməkdədir...Sosial şəbəkələrə daxil olmaqla tükürpədici hadisələr insanı təşvişə salır. Bu haqda görəsən, düşünən varmı?!...Bir müddət əvvəl ailə məişət zorakılığı ilə bağlı hadisədə 23 yaşlı gənc mömin bir xanımın əri tərəfindən əli- qolu kəsilərək, yaşadığı binanın səkkizinci qatından atılmasının sosial şəbəkə vasitəsilə yəni tik- tokda şahidi olduk. Hadisənin gedişi sürətlə yayılaraq duymayan qalmadı. Bəzi ağzından süd iyi gələn "başdan xarab" gənclər həyat yoldaşını " xəyanət" üstündə bilə - bilməyə, isbatlı, isbatsız qətlə yetirərək, canlı insanın həyatına son qoyur. Getdikcə bu yöndə gedən hadisələr çox qorxunc vəziyyət almaqdadır. Məsələ bununla bitmir. Beləki, kəndlərdə, rayonlarda eşidirik ki, qardaş, qardaşı, qaynata gəlini, ata öz oğlunu, oğlu öz atasını, hətta bu yaxınlarda bir gəlində qaynanasını baltalayaraq qətlə yetirib. Nə ad verək gündəmdə gedən hadisələrə? İnsanlar niyə belə vəhşiləşib:- deyə görəsən, düşünən varmı?!... Bu azmış kimi hətta bəzi qansız, şərəfsizlər küçədə yaşayan bizlərdən imdad gözləyən dilsiz ağızsızlara da hücum edərək günün günorta vaxtı balta ilə öldürülərək tik- tok istifadəçisi tərəfindən yayılaraq gündəmə bomba kimi düşdü. Mən özüm sosial şəbəkədə gördüm amma axıra kimi baxa bilmədim... 
Mən əvvəl elə düşündüm ki, bu hadisə Türkiyədə baş veribmiş. Demək, mən yanılmışam. Bu hadisə müsəlman dövləti olan Azərbaycanda cəryan edib. Bu gün insanlar artıq bir birindən hürkür. Elə vəziyyət yarana bilər ki, bunun kimi "qanıpozuqlar" yolda irzdə insanlarada qəfildən hücum edib baltalaya bilərlər. Həqiqətən adam evdən çımağa qorxur ki, görəsən başıma hansl hadisə gələ bilər. Sanki Azərbaycan kriminal bir ölkəyə çevrilib. Bu yaxınlarda eşitmədik, kiminsə kimdən xoşu gəlməyibsə yolda tapançadan atəş açaraq qətlə yetirib. Bu və buna bənzər hadisələr tez - tez sosial şəbəkədə qarşımıza çıxmaqdadır. Belə hadisələri görən insanlar necə təşviş içində yaşamasınlar? Aidiatı orqanlar, çox ciddi düşünməyin vaxtı deyilmi?!..Haşiyə:- Bir az fikrimi haçalandırdım, amma davam edirəm...
-Allahını tanımayanlar, hətta yüksək vəzifəli şəxslər unudurlar ki, Allah təbiəti yaradanda hər bir işi bilərək yerüzünə əta edib. Gəlin bir anlığa düşünək: Deyək ki, nə pişik var nədə it...Necəki Türkiyədə qərar verilib ki, "uyutulsun" və hər yer itdən pişikdən təmizlənsin. Deyilənə görə insanlara ziyanlıq verirlər. Bir düşünən yoxdur ki, bu heyvanlar bizə möhtacdırlar. İnsan görək bir qarışqanı yarada bilərmi?!... Niyə onlar yaşamalı deyillər? Axı onlarıda Allah yaradıbsa, haqqı var yerüzündə yaşamağa...Bir az baş sındıran olsa, bu canlıların insanlara olan xidmətlərini dəyərləndirər. Türkiyədə zəlzələ baş verəndə nə qədər xidmətdən kənar itlər insanların tapılmasında yardımcı oldu. Tez - tez meşə yanğınları olur. Sizlərə kömək edən itlər deyilmi?! Olsun pişiklər. Pişiklər olmasa hər yeri krisa, siçovul, gənə basar. Necəki Fransada bu hadisə baş vermişdi. Çünki ilk olaraq itin- pişiyin öldürülməsi haqqında fərman imzalayan və icra edən Fransa idi və nəticəsidə göz önündə olub. Bir vaxtlar bütün dünyanı krısa bürümüşdü. Yəqin ki, hammımız məlumatlıyıq. Krısanın necə antisanitar və mikrob yayan bir canlı olduğunu çox yaxşı bilirik. Bəs, bütün bunlara rəğmən nədən itdi, pişikdi öldürülməlidir? Bu mümvallada bəzilərinin əlinə girəvə düşdüyü üçün günün günorta vaxtı iti baltalayıb çığırda- çığırda öldürür, digəri kənardan baxır və yaxına gedə bilmir. Bir digərləridə hadisəni telfonla çəkib sosial şəbəkə vasitəsilə insanlara çatdırır. Belələri haqqında təcili tədbir görülməsə arxada gələn gənc nəsil dahada vəhşi yetişəcək. Bu gün uşaqlara humanistlik nədir, deyə ailələrdə təbliğ edilmir. Bir digəridə peyda olub ki, harda pişik görür, tutaraq güclü şəkildə əlilə başından basaraq öldürür. Eləsi var əlini- ayağını kəsir. Məgər bunlar Allahdan qorxmurlar? Deyəki iti- pişiyin kökünü kəsdiniz. Bəs düşünmürsüz ki, bütün ölkəni "gənə" adlı parazit basacaq? Bütün bu olaylar insanların məhfinə verilən fərman deyilmi? Bəli, bütün bu deyilənlər müasir dövrün insanlarının əlilə baş verən hadisələrdir. Bəs gündəmdə özünə qəsd edən gənclərə nə deyək: Heç düşünən varmı ki, gənclər niyə 13, 15 yaşlarında intihar edirlər? Niyə gəncliyimizin psixologiyasında belə vərdişlər yaranıb? Bunun kökündə nə durur? Televiziyalarda, sosial şəbəkələrdə rüsvayçılıqları ictimaiyyətə çatdırıb təbliğ edincə, bu gün bunun kimi hadisələrin kökünü araşdırsın aidiyatı qurumlar. Görəsən, vəziyyəti düşünüb narahat olan varmı ki, niyə Azərbaycan boşanmaların sayına görə dünyada ikinci yerdə durur. Boşananlar həddindən çox, amma evlənib ailə quran az. Ailə quranlarda dünyaya uşaq gətirmək haqqında deyərdim ki, heç düşünmürlər. Gənclərdən soruşanda ki, niyə ailə qurmursan? Cavabında deyir ki, " özümə baxa bilmirəm, evim yox, işim yox, evlənib ailəmi nə ilə saxlayacam". Unutmayaq: gənc nəsil yavaş - yavaş tükənir. Belə getsə genefond yoxa çıxacaq. Xalqı düşünməyib öz hayında olanlar bir nüansıda yaddan çıxarırlar ki, Azərbaycan 44 günlük düşmənlə savaşda 4 minə yaxın Şəhid verib və hələdə verməkdədir. Baxmayaraq ki, müharibə bitib. Çünki biz şərəfsiz, murdar bir düşmənlə üz-üzəyik. Ailələr qurulmasa, yeni -yeni oğlan uşaqları dünyaya gəlməsə, gələcəkdə vətənin keşiyində kim dayanıb qoruyacaq??? Hansı əsgər və zabitdən söz gedəcək... Bu məsələni yuxarı başda oturanlar təcili düşünməlidir ki, gənclər evlərlə, işlərlə təmin edilsin ki, yeni gənc nəsil ailə qura bilsin və dünyaya uşaqlar gətirsinlər.
P.S. Belə gənclər yetişməlidir ki, Vətəni düşməndən və bizi, bizdən qorusun...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam