Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

 

Uzun illər Merilin Monro ən gözəl aktrisa hesab edilsə də, zaman keçdikcə zövqlər dəyişib.

Yenixeber.org-un xəbərinə görə, “ListChallenges” portalının sorğusuna əsasən, insanların çoxu 59 yaşlı Monika Belluççini bütün zamanların ən gözəl aktrisası hesab edir.

Merilin Monro bu reytinqdə ikinci yeri tutub. İlk üçlüyü “Cənab və xanım Smit” filmindən sonra məşhurlaşan aktrisa Ancelina Coli tamamlayıb.

Sorğuda bir neçə aktrisanın adı da yer alıb. Məsələn, Bricit Bardo, Grac Kelli, Elizabet Teylor, Natali Portman və s.

Bu reytinqdə sonuncu yeri britaniyalı aktrisa Helena Bonham Karter tutub.

Monika Belluççi nə ilə tanınır?

Monika Belluççi italyan aktrisa və modeldir. Kinodakı şöhrətini ona “Drakula”, “Malena”, “Yenidən yüklənmiş matrisa” , “Matrisa: İnqilab”, “Məsihin ehtirası”, “Qrimm qardaşları”, “007: Spektr” filmləri gətirib. Son illər  “Süd yolunda”, “Asteriks” və Obeliks: Missiya Kleopatra” filmlərində çəkilib.

Aktrisa aktyor Vinsent Kassellə evli idi. Bu evlilikdən 2 qızı doğulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam