Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

ŞOU- BİZNES ELƏ NARKO-BİZNESDİR

 

Ölkə şou-biznesindən hamı yazıb və davamlı olaraq da yazırlar.

Yenixeber.org: Mən də yazmaq istəyirəm.Yazmasam ürəyim partlayar,içim dağılar.Deyirəm bəlkə yazmaqla bir balaca toxdadım.Və bu yerdə qələmi saxlayıb öz-özümdən soruşuram: indiyə kimi yazanlardan,deyənlərdən şou əhli nə götürüb ki,sən yazdığından da nə götürələr? Boş yerə əməyini zay eləmə.

Buna baxmayaraq,tərsliyimə salıb,nə olar,olar deyib yazıram.”Cəhənnəmə kimi”deyib yazıram.Yazmasam bu dərd içimə sağalmaz bir mərəz kimi girib məni çürüdər.Heç olmasa,yazıb bir balaca yüngülləşərəm.Bu da özümün-özümə təsəllim.

Başqa ölkələrin yazarlarını deyə bilmərəm,amma qurban olduğum Tanrı biz azərbaycanlılarınyazarlarına böyük,ölçüyə-biçiyə gəlməz,mizan-tərəziyə qoyulmaz,ağır yük olub daşınmaz,dağ olub çəkilməz dərd verib.Bu ağır dərd kimimizin belini əyir.Kimimizi xəstə edir,kimimizi də intihara sürükləyir.Güya ki,ölkədə müxtəlif səbəblərdən intihar edənlər azdır.Bir sözlə,bu sevməzliyi ilə (dilim-ağzım qurusun) Tanrı bizə qəsdlidir.

Biz Azərbaycan yazarları nə yazırıq,nə deyirik.nə oxuyan var,nə dinləyən.Sanki yazdıqlarımız gözlərə görünmür,dediyimiz də qulaqlara çatmır.Yazdıqlarımızı gözlər görməmək üçün kor,qulaqlar kar olurlar.Bu da bizim dərd çəkməyimizə,çürüməyimizə,məhv olmağımıza səbəb olur.

Şou-biznes bizə nə verir? Hansı insani münasibətləri aşılayır? Heç bir! TV kalarımızı bürüyən bu səviyyəsiz,əttökən,zəhlə aparan əyləncə bizə-yəni Azərbaycan xalqına lazımdırmı? Mən bir mənalı və qəti olaraq deyirəm ki,bu bizə qətiyyən lazım deyil.

Mən ən yaxşı halda şou-biznesi narko-bizneslə eyniləşdirərdim.Hər ikisinin mayası,fəaliyyəti xalqı uçuruma aparmaq,onu mənən şikəst etməkdir.Narko-biznes insanların ruhunu,mənəviyyatını,sağlamlığını məhv edib milyonlar qazanırsa,şou-biznes heç də ondan geri qalmır.O da gəncləri düşüncəsizliyə,fikirsizliyə sürükləyib pul-para toplayır.

Müasir dünya siyasətçilərinin bəlkə də ən böük uğuru şou-biznesin bu qədər parlaqlığıdır,bu qədər dünyanı fət etməsidir.Onlar şou-biznesin inkişafı üçün küllü miqdarda pul buraxırlar.Bu onlara gələcək karyeralarında çox lazımdır.

Düşüncəsizlik,fikirsizlik hakimiyyət üçün hər zaman sərfəlidir.Onun daha uzun ömürlü olmasıdır,daha çox kapital toplamasıdır.

Düşüncəsiz adam heç vaxt darıxmır,pis və yaxşı haqqında fikirləşmir,onun üçün heç nəyin əhəmiyyəti yoxdur.Onun üçün yas da,toy da əyləncədir.

Ona görə hakimiyyətin apardığı daxili və xarici siyasət yanlış da olsa qənaətbəxşdir,heç kimdən və heç nədən şikayəti,narazılığı yoxdur.

Şou-biznesin millətə,onun mənəviyyatına,əxlaqına,adət-ənənəsinə,dəyərlərinə vurduğu ziyan təkcə bununla məhdudlaşmır.

Tarixən Azərbaycanda ailəyə müqəddəslik kimi baxıblar,onu quranda möhkəm özül üzərində qurublar.Özülü möhkəm olduğuna görə də Azərbaycan ailəsi çox-çox millətlərdən daha möhkəm,daha dayanıqlı olub.Heç bir yabançı şər qüvvələr bu mıhkəmliyi,bu dayanıqlılığı dağıda,uçura bilməyib.Azərbaycan ailəsinin dayanıqlılığı,möhkəmliliyi nəsildən-nəsilə keçib,bu günümüzə kimi gəlib çıxıb.Amma bundan sonra bu tarixi ənənənin yaşarlı olmasına məndə inam qalmayıb.Çünki şou-biznes azəri ailələrinin dağılmasına,ailə mədəniyyətinin,ailə böyük-kiçikliyinin ləğvinə yönəldilmiş bir təcavüzdür.

Məhz Azərbaycan TV kanalları da bu məqsədə xidmət edir.Özəl kanalların son illərdə tamaşaçılara təcavüzü ölçüyə gəlməzdir.Bütün günü zəif,zövqsüz,tamaşaçıya heç nə verməyən verilişlər nə vaxta kimi azərbaycanlıların beyninə yeridiləcək? Milli adət-ənənələrimizdən kənar bu kimi verilişlər Azərbaycan gəncliyini hara sürükləyir?

Azərbaycan kanalları neçə illərdir ki,asan və gəlirli qazanc yerləri tapıblar.Müxtəlif və uzun sürən şou yarışmaları keçirirlər.Mən öz payıma bu yarışmalarda iştirak edənləriqınamıram.Axı,yazıq nə etsin,”gələcəyini”qurmalıdır.Gələcəyi də yaxşı qurmaq üçün gərək orta məktəbdə biliklərə mükəmməl yiyələnəsən.Biliyi də məktəblərdə müəllimlər havayı vermirlər.Məcbursan əyin-başından,boğazından kəsib,borc-xərc edib müəllim yanına gedəsən.Bunu da çox adam bacarmır.

Şou göstərənlər,verilişləri ərsəyə gətirənlər Azərbaycan tamaşaçasının intellektual səviyyəsini,biliyini,savadını yaxşı bildiyi üçün bütün bunları edir.Savadlı,səviyyəli tamaşaçıya belə zövqsüz,mənasız,əhəmiyyətsiz verilişləri sırımaq çətindir.

Uzun illər bundan qabaq Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov Milli Məclisdə şou-biznesi necə tənzimləmək haqqında məsələ qaldırmışdı.Və o,vurğulamışdı ki,şou-biznes sahəsinin maddi bazasını öyrənmək lazımdır.Bu sahəyə dövlət nəzarəti olmalıdır.Yoxsa bunlar gənclərin hamsını şou fanatına çevrəcəklər.Çox təəssüf ki,aradan uzun illər keçməyinə baxmayaraq vəkilin dediyi, elə dedik olaraq qalıb.

Bu gün tv-lərdə gedən verilişlərin yayım vaxtı ən azı 3-4 saat çəkir.Bir belə vaxtda ekran qabağında oturub verilişə baxmaq xəstəlikdir.Tv-lər təkcə insanların zövqlərini,düşüncələrini korlamır,həmi də onların sağlamlığını əlindən alır.Məncə bu cinayətdir.

Şou-biznesdə peşəkarlıq olmasa,o,insanları kütləyə çevrəcək.Bundan sonra baş-gözümüzə döyəcəyik ki,niyə gecikdik,niyə vaxtında oyanmadıq?

Məhərrəm Məmmədov



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam