Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Ölmək arzulayıram... Bu nə həyatdı yaşayıram?!” —Xalq artisti doğum günündə gileyləndi

Bu gün tanınmış aktyor, Xalq artisti Ənvər Həsənovun doğum günüdür. Sənətkarın 73 yaşı tamam olur.

Yenixeber.org: Bu münasibətlə sevilən aktyordan təəssüratlarını öyrəndik:
“Ümumiyyətlə, ad günlərini qeyd etməyi sevirəm, dostlarla görüşürük, ötən günləri xatırlayırıq. Amma bu il o ab-havada deyiləm. Sənət dostlarımı, əzizlərimi itirdim bu il. Dünəndən gəlirlər, zəng edib, təbrik edirlər. “İctimai” gəldi, çəkdi. Evdə də hazırlıq görürlər...” 

Aktyor bir qədər gileylənib:

“Ölmək arzulayıram... Bu nə həyatdı yaşayıram?! Heyf deyildi əvvəllər?! İşləyirdik, məşğuliyyətimiz vardı. İndi bütün günü kresloda oturub, krossvord edirəm...

Haqqımda kitab yazılıb, sentyabrda Bakı Kitab Mərkəzində təqdimatı olacaq. Ad günüm ərəfəsində olacaqdı təqdimat, amma istidi. Sentyabra saldım, gəlmək istəyənlərə rahat olsun”. 

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa obrazlarla yadda qalıb.(demokrat.az)

Törə Zeynallı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam