Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir:"Rasim Balayev yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb"

 "Rasim Balayev çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb".

Yenixeber.org: Bu barədə mədəniyyət naziri Adil Kərimli Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla keçirilən görüşdə bildirib.

Nazir Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.

Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.

Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.

Sonda xatirə şəkli çəkdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam