Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Telman Adıgözəlovun anadan olmasından 70 il ötür-BU GÜN

 Bu gün Azərbaycanın Xalq artisti Telman Adıgözəlovun anadan olmasından 70 il ötür.

Yenixeber.org: Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda “Zəncirvuran”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında “Daşdəmir”, “Mahnı dağlarda qaldı” tamaşasında “Rəhman”, U.Şekspirin “Maqbet”ində “Flins”, M.İbrahimovun “Közərən ocaqlar”ında “Xanəhməd”, H.Cavidin “İblis”ində “Şeypurçu”, S.Vurğunun “Vaqif”ində “Təlxək”, S.Rəhmanın “Nişanlı qız”ında “Eynəkli kişi”, E.Baxışın “Qədr gecəsi”ndə “Oyunbaz”, Elçinin “Ah Paris…Paris!..” tamaşasında “Əhməd”, “Mənim sevimli dəlim”də “Professor”, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında “Qumarbaz” obrazlarını göstərmək olar.

İstedadlı aktyor AzTV-də hazırlanmış “Yaşıl eynəkli adam”, “Oradan-buradan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Aktyorun bir qızı, bir oğlu var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam