Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib-FOTOLAR

Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori Herpe Azərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb.

Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib.

Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki “Naxçıvanqala”, Nuh türbəsi, “Əshabi-kəhf”, Gəmiqaya, Əlincə qalası, Möminə xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev muzeyi kimi tarixi, mədəni, dini abidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb. Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb.

Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər.

Qeyd edək ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub. Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb.

Həmin fotoşəkillər Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ: sülh dövründə” və Avropa Parlamentinin Altiero Spinelli binasında “Qarabağ müharibədən sonra” adlı sərgilərdə nümayiş etdirilib.

Xatırladaq ki, dünya təsviri incəsənətinin müasir nümayəndələrindən biri olan fotoqraf 25 fevral 1969-cu ildə Fransada anadan olub. Nyu-Yorkda “Polaris Images” və Honq Konqda “Sopa Images” mətbuat agentliklərində fotomüxbir kimi çalışır. Vaxtilə Fransa və İngiltərə KİV-lərində jurnalist və baş redaktor işləyib. Hazırda Fransadakı bir sıra qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Fotoəsərləri Paris, Kann, Barselona, Bristol, Boston, San Dieqo, Sürix, Afina və Strasburq və sair şəhərlərdə nümayiş etdirilib. Bir sıra nüfuzlu beynəlxalq mükafatların laureatıdır.

Aktyor, rejissor və yazar kimi Avropada teatr tamaşalarının quruluşçu rejissoru olub, Fransa və Kanadada çoxsaylı ədəbi əsərlər nəşr etdirib.

2019-cu ildə Azərbaycanda olarkən fotoqraf paytaxtımız haqqında xoş təəssüratlarını “British edition of London Street Art Design” jurnalında bölüşüb: “Memarlıq və dizayn həvəskarısınızsa, Bakı sizin üçün lazımi yerdir. Bu qədim şəhərin içindən keçəndə bir çox memarlıq üslubuna vurulursan”.

Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən fikirlər və yazılarla çıxış edib.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam