Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Xalq artisti Səyavuş Aslanın anım günüdür-BU GÜN

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın anım günüdür. Sənətkarın vəfatından 10 il ötür.

Yenixeber.org: Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.

1947-1953-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yadda qalan obrazlar canlandırır.

Bu tamaşalara Bayram (“Kəndimizin mahnısı”, Kərim Kərimov), İbişov “Özümüz bilərik”, Şıxəli Qurbanov), Dadaşbala “Hicran”, Sabit Rəhman), Qəmzəli (“Qaçırılmış qız”, Cahangir Məmmədov) və başqalarını aid etmək olar.

O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü idi.

1995-ci ildə “Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam