Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Bunlar hələ başlanğıcdır və getdikcə...“ -Xalq artisti

“Bunlar hələ başlanğıcdır və getdikcə...“  - Xalq artisti

Artıq bu gündən etibarən ölkəmizdə bir sıra qaydalara riayət etməklə kütləvi şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.

Yenixeber.org: Bir ildən artıq müddətdir ki, qapalı olan şadlıq evlərində toy mərasimlərinin bərpa olunması qərarından sonra yerlər tutulmağa başlayıb.

Buna baxmayaraq, qaydalardan narazılıq edənlər də az deyil. Əhalinin bir qismi 150 nəfərlə toy məclisi etməyin mümkün olmadığı qənaətindədir.

Məsələ ilə bağlı danışan Xalq artisti Nurəddin Mehdixanlı icazə verilən maksimal adam sayının az olması ilə razılaşsa da, bu sayın zamanla artacağını deyib:

“Əlbəttə, hər kəs istəyir ki, toy eləsin və məclisinə ürəyi istəyən adamları, dost-tanışını, qohum-əqbəbasını dəvət eləsin, şənlik keçirsin. Amma hamıya məlumdur ki, ortada pandemiya məsələsi var və buna görə də Operativ Qərargah müəyyən qaydalar tətbiq edib. Bilmirəm, bu qaydalar - maksimal adam sayı nəyə əsasən, hansı şəkildə qəbul edilib, bunu yalnız qərarı qəbul edənlər bilər. Amma könül istərdi ki, bir az artıq adama icazə verəydilər. Təxminən 200-250 nəfərlə toy keçirmək olsaydı daha yaxşı olardı. Yəqin ki, bu da gələcəkdə olacaq. Fikrimcə, əsas odur ki, toyların keçirilməsinə icazə verildi. 50 nəfər, 150 nəfər, COVİD pasportu-filan, mənə elə gəlir ki, bunlar hələ başlanğıcdır və get-gedə say artımı olacaq”.

Aktyor yumşaldılmalara getməyin yolunun qaydalara əməl etmək olduğunu bildirib:

“Toylarda adam sayının artımı biz qaydalara əməl etsək olacaq. Biz ayrı vaxt haqqımızı tələb ediriksə, unutmamalıyıq ki, həm də vətəndaşlıq borclarımız var. Qaydalar, məhdudiyyətlər hamısı insanlara görə, onları xəstəlikdən qorumaq üçün qəbul edilib. Bu xəstəlik də daimi bizimlə qalmayacaq, sıradan çıxıb gedəcək, əsas olan odur ki, biz bizi qorumaq üçün tətbiq edilən qaydalara nə dərəcədə əməl edəcəyik. Bir-birimizi qorumaq daha artıq yaşamaq üçün şərait yaratmağımızdır. Son bir ildə biz nə qədər alimlərimizi, sənət adamlarımızı, həkimlərimizi itirdik. Bunlardan qorunmağın yeganə yolu qaydalara əməl etməkdir. Doğrudur, bəzən elə tələblər qoyulur ki, bizlər psixoloji olaraq onu qəbullanmaq istəmirik, ona görə bu qaydaları qoyanlar mütləq hər şeyi nəzərə almalıdırlar. Hər halda toylara icazə verilibsə, bu böyük başlanğıcdır. Təki toylar olsun, övladlarımız ev-eşik sahibi olub ailəb qursunlar. Əsas olan isə xoşbəxt olsunlar. Azərbaycan gəncliyinin 44 gündə əldə etdiyi qələbədən, millətə yaşatdığı sevincdən sonra ailə qurmaq ən böyük haqqıdır. Hər bir Azərbaycan gəncinə toy və ən əsası xoşbəxtlik arzulayıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam