Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Ailəsinin Arif Quliyevin qəbrini götürməyə pulu yoxdur? -Oğlu danışdı

Ailəsinin Arif Quliyevin qəbrini götürməyə pulu yoxdur?  - Oğlu danışdı

Mərhum Xalq artisti Arif Quliyevin ailəsi məzardaşının hazırlanması üçün maddi imkanları olmaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Yenixeber.org: Bu barədə mərhum aktyorun oğlu Rövşən Quliyev məzardaşının qoyulmamasının səbəbinin pul yox, anasının səhhəti ilə bağlı olduğunu deyib:

“Xeyr, bu xəbər doğru deyil. Biz məzardaşı ilə bağlı heç kimə müraciət etməmişik. Hal-hazırda anam ağır xəstədir, başımız ona qarışıb. Gözləyirik anamın səhhəti bir az düzəlsin, daha sonra məzardaşını düzəltdirib qoyduracağıq”.

Aktyorun oğlu atasının vəfatından sonra Mədəniyyət Nazirliyinin onlarla maraqlanmadığını qeyd edib:

“Atamın vəfatından sonra nazirlikdən maraqlanan olmadı. Lakin sənət dostları sağ olsunlar, hər zaman bizimlə maraqlanırlar. Amma bunun məzardaşı məsələsinə aidiyyatı yoxdur, özümüz edəcəyik. Bu elə də çətin iş deyil. Sadəcə dediyim kimi, anamın vəziyyəti pisdir, atamın vəfatından sonra səhhəti daha da ağırlaşdı, ona görə hələ də qəbirdaşı qoydura bilməmişik”.

 

Ailəsinin Arif Quliyevin qəbrini götürməyə pulu yoxdur?  - Oğlu danışdı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam