Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşa teatrı Şuşada “Arşın mal alan” tamaşası ilə davam edəcək - XOŞ XƏBƏR

 

"Bu gün elə xoşbəxtəm ki, az qalıram quş olub uçam, elə bil yenidən doğulmuşam".

Yenixeber.org: Şuşa Teatrının direktoru Yadigar Muradov “Necəsiniz?”- sualına cavabını Əlibaba Məmmədovun məşhur mahnısını oxuyaraq başlayıb.

“Necə olaram, sizcə, əlbəttə yaxşıyam. Bu gün Şuşanın kadrlarında öz evimi sağ-salamat görmüşəm. Müqəddəs şəhərimiz, torpaqlarımız, Qarabağımız işğaldan azad edilib, sizcə, necə olaram? Oğlum Şuşada könüllü döyüşənlərdəndir. İxtisası həkimdir Üzeyir balamın, amma döyüşçü kimi yollanıb Qarabağa”.

"40 gün əvvəl ağlınız gələrdimi Şuşa tezliklə azad olunacaq" sualına Yadigar Muradov "qətiyyən" cavabını verib: “Düzdür, sizin də suallarınız olub mənə bu barədə ki, Şuşanın azad olunacağına inanırsınızmı? Demişəm ki, bir an belə ona ümidimi itirsəm ölərəm, yaşaya bilmərəm. Belə elə bil bir göz qırpımında, bir anda oldu 28 il gözlədiyimiz bu hadisə, bu xoşbəxtlik”.

Yadigar Muradov deyib ki, Şuşaya getməyə icazə verilən günü gözləyir: “Bir lətifə var e, bir nəfər paraşütlə atılır və göydə paraşüt açılmır. Deyir Allahım, 20 maşınımın 19-nu yetim-yesirə verəcəm bu paraşüt açılsın. Yenə açılmır, deyir, Allah, var-dövlətimi paylayacam əhaliyə, paraşüt açılır, kişi sağ-salamat düşür yerə. Yerdə paraşütü yığa-yığa baxıb göyə deyir ki, göydə olanda adamın ağlına səy-səy fikirlər gəlir. İndi mən də bir neçə dəfə demişəm ki, Allah, elə gedim ora Qala divarının yanında yıxılıb ölüm, amma orda ölüm. İndi deyirəm ki, Allahım, 28 illik həsrətdən sonra mənə bir 28 il ömür ver ki, Şuşada yaşamağın zövqünü alım, həsrəti unudacaq qədər olsun, heç olmasa. Birinci dizlərimi yerə atıb Üzeyir bəyin “Sənsiz”ini oxuyacam ki, orada, səsim bütün qalaya yayılsın”.

Şuşa Teatrının binası sökülüb, yerində işğalçılar park salıblar. Yadigar Muradov hesab edir ki, teatrın binasının qarşısında Üzeyir bəyin heykəli olduğu üçün oranı bütünlüklə ləğv ediblər. Dediyinə görə, işğalın ilk illərində o binada Kukla teatrı açmışdılar.

28 ildir ki, Bakıda müxtəlif məkanlarda fəaliyyət göstərən Şuşa Teatrının direktoru həm də teatrın gələcək planlarından söz açdı: “Teatrımızın fəaliyyətinə Şuşaya köç başlayan kimi start verəcəyik. İlk dəfə Şuşada teatr Üzeyir bəyin “Arşın mal alan” tamaşası ilə fəaliyyətə başlayıb. Həmin tamaşa ilə də davam etmək fikrindəyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam