Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Telekanal Zülfiyyənin şəhidlər haqda mahnı oxumağına icazə verməyib -QALMAQAL

Telekanal Zülfiyyənin şəhidlər haqda mahnı oxumağına icazə verməyib  - QALMAQAL

Aşıq Zülfiyyəyə şəhidlərlə bağlı mahnı oxumağa qadağa qoyulub.

Yenixeber.org: Sənətçi bu barədə özü məlumat verib. O qeyd edib ki, dəvət olunduğu kanallardan biri şəhidlərə həsr etdiyi mahnını oxumağa icazə verməyib:

"Verilişlərin birinə dəvət olunmuşdum. Həmin proqramda sözləri və musiqisi özümə aid olan general-mayor Polad Həşimov başda olmaqla bütün şəhidlərə həsr etdiyim mahnını oxumaq istədim. Amma sözügedən televiziya kanalından mənə dedilər ki, şəhidlər haqqında mahnı oxuma. Mən də sual verdim ki, belə bir dönəmdə sevgidən oxuyum? Utanmırsınız, ayıb deyil? Bu saat yer-göy ağlayan bir dönəmdə biz sənətçilər şəhidlərdən oxumayaq, bəs nə edək?”

Aşıq telekanalın adını çəkməsə də onları qınadığını bildirib:

“O şəhidlərin çoxunun el şənliklərini və balalarının kiçik toylarını mən idarə etmişəm. O cür oğulları necə unudaq? Allah pis insanlara lənət etsin ki, adamın hissləri ilə oynayırlar. İnsanın hisslərinə qiymət vermirlər. Çox əfsuslar olsun, həmin telekanalı qınayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam