Türkiyəli müğənni Tarkan yenə də Azərbaycana dəstək nümayiş etdirib.
Yenixeber.org: Sənətçi işğalçı Ermənistan terroru nəticəsində Gəncədə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib.
Azərbaycan və Türkiyə bayraqlarını yayımlayan Tarkan "Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumda həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara isə şəfa diləyirəm. Çox üzüldüm... Qəlbim Azərbaycan xalqının yanındadır" sözlərini yazıb.