Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda -fəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq

 

Azərbaycanda fəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq

“Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olur”.

Yenixeber.org: Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalıdır: “Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub. Bu sahənin tənzimlənməsi üçün müəyyən hüquqi mexanizmlər hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır.

Fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik. O məramlara zidd olan hərəkətlərin edilməməsi ilə bağlı öhdəliklərin olması vacibdir. Biz gələcəkdə fəxri adlar verən zaman həmin şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər. Bizim məqəsdimiz odur ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam