Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Kamillə Gülayın gizli boşandığı üzə çıxdı -Foto

Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto

Dəfələrlə mediada müğənni Gülay Zeynallı və həyat yoldaşı Kamil Zeynallının boşanması barədə xəbərlər yayılsa da, onlar bunu inkar edib.

Yenixeber.org: Əməkdaşımızın əldə etdiyi məlumata görə, cütlüyün rəsmi boşanması aylar öncə gerçəkləşib. Belə ki, Gülay Zeynallı ötən il oktyabrın 24-ü vəsiqəsini yeniləyib. Orada ailə vəziyyəti “subay” deyə qeyd edilib. Onun ailə üzvləri sırasında yalnız qızı Sahilənin adı yer alıb.

Kamil Zeynallı isə şəxsiyyət vəsiqəsini 2019-cu ilin 13 dekabrında dəyişib. Onun ailə vəziyyəti “evli” olaraq saxlanılsa da, rəsmi sənədlərdə ailə üzvləri sırasında yalnız qızı Sahilə var.

2010-cu ilədək Göyçay rayonunda qeydiyyatda olan K.Zeynallı həmin ildən sonra Gülayın Əhmədli qəsəbəsi ərazisində yerləşən evində qeydiyyata düşüb. Hələ də orada qeydiyyatdadır.

Digər maraqlı məqam isə idmançının soyadı və ata adı ilə bağlıdır. Belə ki, cütlük 2011-ci ildə ailə quranda idmançı Kərimov Kamil Hüseyn oğlu adını daşıyıb, müğənni də nikahdan sonra rəsmi sənədlərdə Gülay Kərimova adlandırılıb. Daha sonra idmançının ata adı və soyadı dəyişdirilib. O, məhz bundan sonra Zeynallı soyadını daşıyıb. Gülay da yenidən soyadını dəyişməyə məcbur qalıb.

Qeyd edək ki, cütlüyün boşanması bir neçə ildir müzakirə olunur. Buna zəmin yaradan isə onların ayrı evlərdə yaşaması, Kamilin qızı ilə daha çox evdən yox, restoran, bağça və digər yerlərdən paylaşım etməsi, Gülayın idmançı həbs olunarkən sosial mediada və mediada sərgilədiyi davranışlardır. (parla.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam