Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rafiq Aslanov Əhmədzadənin etimadını belə doğruldub-Gözqamaşdıran əmlakları ilə...+FOTOLAR

 

 Yenixeber.org: Son aylar həm hökumət dairələrində, həm də mediada müzakirə predmetinə çevrilmiş problemlərdən biri də su qıtlığı ilə bağlıdır. Problemin aktuallığı səbəbindəndir ki, şəxsən cənab prezident bu mövzuda dəfələrlə danışmış, narahatlığını bildirmişdir.Dövlət başçısı ötən ay su təsərrüfatının vəziyyətinə dair  videokonfrans keçirmiş və su itkisini xüsusi ilə qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.

Eyni zamanda bu istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir-Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə dövlət komissiyasının yaradılması da problemin ciddiliyini stimullaşdıran faktor oldu... Sayqılı oxucularımıza da bəlli olduğu kimi, bu mövzuda ilk yazılardan biri də yenixeber.org-da yer aldı: (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/95773-ehmed-ehmedzade-ve-qorxmaz-huseynov-vezifesini-itirecek-.html)

Bu aralar siyasi kluarlarda dolanan söz-söhbətlərdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Azərsu” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bir qurumda birləşdiriləcəyi və rəhbərliyə yeni simanın gətiriləcəyi ilə bağlıdır. Hələlik nə adı, nə özü olmayan quruma rəhbərlik iddiasında olanlar sırasında isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun da adı hallanır...

                                   Kimdir Rafiq Aslanov?         

Bu mövzuda yenidən yazmağımızın səbəbləri haqqında az sonra. İndilik isə Rafiq Aslanovun kimliyi haqqında... Vikipediya məlumatlarına görə cənab Aslanov 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin aparatında bir sıra idarə və şöbələrdə müxtəlif vəzifələrdə işləyib.

1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışmışdır.

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Əmək fəaliyyətini Meliorasiya və Su Təsərrüfatı ilə bağlayıb, sədr müavini postuna qədər yüksələn Rafiq Aslanovun himayədarı kimi isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin adı hallanır. Məlumata görə Əhməd müəllim bu illər ərzində ona böyük etimad göstərmiş, obrazlı desək “qanadı altında qoruyub, saxlayıb”. Elə yaradılması gözlənilən yeni quruma Rafiq Aslanovun rəhbərliyə namizədliyinin də Əhməd Əhmədzadə tərəfindən irəli sürüldüyü bildirilir...      

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov mediaya “yad simalar” sırasında yer alan məmurlardan sayıla bilər. 14 ildir ki, de-fakto nazir müavini statuslu vəzifə daşımasına baxmayaraq onun adına ölkə mediasında ya rast olunmur, ya da az rast olunur. Daha doğrusu az rast olunurdu...Ötən həftəaraşdırmaçı jurnalist Cavanşir Həsənlinin FB səhifəsindəki məlum paylaşımı həm ölkə mediasının, həm də ictimaiyyəyyətin diqqətini Rafiq Aslanova fokuslaşdıra bildi.    

                       Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb

Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist bildirib ki, Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.

 

Jurnalist daha sonra əlavə edir ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini göstərir”.

 

                                                                ***

Rafiq Aslanovun adının hallandığı digər məlumat isə işdə yol verdiyi qohumbazlıqla bağlıdır. Söhbət şəxsən Aslanovun təşəbbüsü ilə bacısı oğlu İlqar Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə gətirilməsi və himayə olunmasından gedir. Bir müddət əvvəl mediada yer alan yazıda İlqar Əliyevin qanun tanımazlığından bəhs olunur:  

“Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev tabeçiliyində çalışan işçilərə məcburi işdən çıxmaları üçün ərizə yazdırır. 

Bu barədə adıçəkilən strukturda çalışan vətəndaşlar bildirib.

Onların sözlərinə görə, İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC  sədrinin maliyyə məsələləri üzrə  Rafiq Aslanovun bacısı oğlu olduğundan, özünü cəzasızlıq mühitində hiss edir: “Bir neçə aydır ki, bu vəzifəyə təyinat alıb. Adam özünü özəl müəssisə rəhbəri kimi aparır. Xəstə övladı olan süpürgəçi qadını belə işdən çıxarır. Açıq şəkildə dayısına güvənir. Bizim Əhməd Əhmədzadədən heç bir narazılığımız yoxdur. O, insanları heç zaman incitmir. İlqar Əliyevdən əvvəlki rəhbərlər də normal insanlar olub. Bu  adam özünü nə sayır, biz  bilmirik. İşə təyin olunandan sonra büdcə hesabına özünün iş otağını təmir etdirdi. İş otağına bitişik hamam düzəltdirib. Ayrıca istirahət otağı yaradıb”.

İlqar Əliyevlə bağlı işdən azad olunan şəxslərin müraciətindən sonra qısa araşdırma apardıq. Məlum oldu ki, onun qanunsuz əməlləri bununla da bitməyib. O, fəaliyyətində ciddi korrupsiya əməllərinə yol verir.

Belə ki, o, idarənin balansında olan reys üzərində hərəkət edən kranı yararsız kimi sənədləşdirərək, satıb.

 

 

Halbuki, həmin kranın mövcud dəyəri 1 milyon manata yaxındır. Onun yararsız olması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarının rəyi və razılığı olmalıdır ki, o metal kimi satılsın.

İlqar Əliyev öz iş otağının mebelinə 40.000 manata yaxın vəsait qoyub. Ortada böyük vəsaitlər silinir”.(gununsesi.org)

                             Qubadan Londonadək uzanan biznes şəbəkəsi

Maraqlıdır ki, ictimailəşən bu faktlarla bağlı qarşı tərəfdən heç bir reaksiya müşahidə olunmayıb, təkzib edilməyib(?) Susmağın razılıq əlaməti olduğunu qəbul etsək, onda yazılanların həqiqət olduğu anlaşılır.

Amma,...bu da hamısı deyil. Oğlunun avtomobil kolleksiyası ilə bağlı paylaşımdan sonra Rafiq Aslanovla bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumatlarda Rafiq Aslanovun Əhmədzadənin etimadını necə doğrultmasından, vəzifəsindən sui-istifadə hallarından, Qubadan Londonadək uzanan biznesindən və s. bəhs olunur.  

Məlumata görə Rafiq müəllimin iki oğluna atalıq qayğısı yuxarıda bəhs olunan bahalı avtomobillərlə yekunlaşmır. Qardaşlar brend avtomobillərini İngiltərənin paytaxtı Londondakı mənzilləri və paytaxtətrafı ərazidə yerləşən villaları ilə tamamlayırlar...  

Quba rayonunda- Ağçay çayının kənarında-100 ha meyvə bağında qazılmış subartezian quyularının, çay sahilində bəndbərkitmə işlərinin hansı vəsaitlə və kimlərin vasitəsi ilə icrası da araşdırılması vacib olan faktorlardır. Qubanın məşhur Qəçrəş kəndində açılışa hazır olan böyük istirahət kompleksi, paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni bina və s. də “suvarma suları qoxuyur”...

Mövzunun davamı olacaq.

 

 

Qarşı tərəfin cavab haqqını tanıyırıq.(Yenixeber.org)

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam