Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NAĞDƏLİYEVİN “NÜMUNƏVİ OPERATİVLİYİ” –“Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var”

Ötən gün Prezident İlham Əliyevin yanında keçirilən su təsərrüfatının vəziyyəti ilə bağlı müşavirədə ölkə başçısı «Azərsu» rəhbəri Qorxmaz Hüseynovun fəaliyyətini tənqid edib.

Yenixeber.org: İçməli su sahəsində yaranmış problemlərlə bağlı məruzə edən Qorxmaz Hüseynov yaranmış çətinlikləri yeni evlərin tikintisi ilə əlaqələndirib. Bu vaxt ölkə başçısı “Azərsu” sədrinə xatırladıb ki, indiyədək ona verilən məlumatlarda su təchizatı ilə bağlı layihələrdə əhalinin say artımının və ümumilikdə vəziyyətin 2030-cu ilədək nəzərə alındığı bildirilib. Lakin indi yeni evlərin tikintisi və əhali artımı kimi bəhanələr gətirilir. “Azərsu” rəhbəri isə izah edib ki, su ehtiyatları nəzərə alınıb, söhbət infrastrukturdan gedir. Və yeni evlərin yerləşdiyi ərazilərin su təchizatı ilə bağlı infrastruktur xərcləri layihələrdə nəzərə alınmayıb. Odur ki, yeni investisiya xərclərinə ehtiyac var. Bu məsələnin vaxtında qaldırılmalı olduğunu deyən Prezident, müvafiq tədbirlər görülməsi üçün hökumət üzvlərinə tapşırıqlar verib.

 

 

Bundan sonra ölkə başçısı “Azərsu” sədrindən Neftçaladakı vəziyyətlə bağlı maraqlanaraq, rayonun nə vaxt normal su təchizatının təmin olunacağını soruşub.

Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

 

 

Bu üçtərəfli dialoqda diqqət çəkən məqamlardan biri Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin Neftçaladakı vəziyyətlə bağlı ölkə başçısının verdiyi suala cavabıdır: “Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var”.

Demək olar yay girəndən Neftçalada ciddi su problemi yarandığını mətbuat, sosial şəbəkələr yazır, mütəxəssislər səsləndirir, nəhayət, elə sözügedən müşavirədə Prezident az qala yarım saat Qorxmaz Hüseynovla bu məsələni müzakirə edir. Z.Nağdəliyev isə guya yeni, heç kimin bilmədiyi bir “sirrin” üstünü açaraq, “ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var” deyir. Yəni ölkə başçısı da qeyd etdiyi kimi, Prezident də daxil olmaqla, Azərbaycanda Neftçalada su qıtlığının yarandığını bilməyən adam yoxdur. Və vəziyyətlə bağlı bu “dahiyanə” cavabı vermək üçün Prezident Administrasiyasında iri bir vəzifə tutmağa, yüksək mənsəb sahibi olmağa ehtiyac yoxdur.

Söhbət 2005-ci ildən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi kimi vəzifələr daşıyan Z.Nağdəliyevin bütün ölkənin diqqət mərkəzində olan və ən aktual problemlərdən birinə çevrilən Neftçaladakı vəziyyətdən nə dərəcədə xəbərdar olmasından gedir. Nağdəliyev isə yuxarıda qeyd edilən cavabı ilə göstərdi ki, problemin detallarından, əhalinin durumundan demək olar tam xəbərsizdir. Bilmir ki, rayonda nə baş verir, oraya doğrudan da su daşınırmı və əgər daşınırsa da bu, əhalinin tələbatını nə dərəcədə ödəyir və sair. Hansı ki, daşıdığı vəzifə ondan bu problemdən hamıdan daha çox məlumatlı olmasını tələb edir.

Ancaq şöbə müdirinin açıq etiraf etdiyi kimi, vəziyyətdən xəbəri yoxdur. Bu durumu görəndən sonra Prezident Administrasiyasına ünvanladıqları şikayət məktublarının, qaldırdıqları problemlərin lazımınca araşdırılmamasından gileylənən vətəndaşları anlamaq daha asan olur...

Lakin hər halda, Prezidentin köməkçisi və PA-nın şöbə müdiri ölkə başçısına söz verdi ki, məsələni araşdıracaq. Odur ki, qoy Neftçala sakinləri ümidlərini üzməsinlər...

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam