SSRİ-nin ali hərbi mükafatını qazanan sovet düşməni –Leninə qarşı vuruşan Jimerski Qorbaçovu da tənqid edib
O, I dünya müharibəsində (1914-1918) və Sovet-Polşa müharibəsində (1919-1921) Rusiyaya, sonra isə SSRİ-yə qarşı döyüşən hərbçilərdən biri olub. Hərbçi olmaqla yanaşı, siyasi proseslərdə də fəallıq göstərən Mixal Jimerski anti-Rusiya və antisovet təbliğatı ilə də fərqlənib. Ən maraqlı fakt isə odur ki, Mixal Jimerskinin bu fəaliyyətinə baxmayaraq, o, 1945-ci ildə “Qələbə” ordeni ilə təltif olunub.
Yenixeber.org: Qeyd edək ki, “Qələbə” ordeni 8 noyabr 1943-cü ildə təsis olunub və SSRİ-nin ən yüksək ali hərbi mükafatı sayılıb. Orden II dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib və cəmisi 17 nəfər bu ali mükafatla təltif olunub. Mükafatı alan sonucu, 17-ci şəxs Brejnevə olub, ancaq 1989-cu ildə Mixail Qorbaçovun imzaladığı fərmanla orden Leonid İliçdən geri alınıb. “Qələbə” ordeni ilə təltif olunan 17 nəfərdən 5 nəfəri xarici ölkə vətəndaşı olub. Onlardan biri də məhz Polşa vətəndaşı Mixal Jimerskidir.
Maraqlıdır, vaxtilə SSRİ-yə qarşı olan Mixal Jimerski “Qələbə” ordeni ilə necə təltif olunub?
Müasirlərinin və bioqraflarının yazdığına görə, Mixal Jimerski istər hərbi, istərsə də siyasi fəaliyyətində yaranmış siyuasiyaya uyğun çevik manevrlər etmək bacarığı ilə fərğlənib.
Jimerski 1890-cı ildə Polşada, Krakov şəhərində anadan olub. Krakov universitetində ali hüquq təhsili alıb. Hüquqşünas təhsili alsa da, Jimerski həyatını hərb sahəsi ilə bağlayıb, Avstriya-Macarıstan ordusunda xidmətə başlayıb, zabit rütbəsi almaq üçün kurslar keçib.
Çox qısa bir müddətdə peşəkar hərbçi kimi tanınan Jimerski podpolkovnik rütbəsinə, alay komandiri vəzifəsinə qədər yüksəlib. I dünya müharibəsində Rusiyaya qarşı aparılan hərbi əməliyyatlarda seçilib.
1918-ci ildə Polşa müstəqil dövlət olanda Mixal Jimerski xidmətini Polşa ordusunda davam etdirib. Sovet-Polşa müharibəsində tanınmış hərbi fuqurlardan biri sayılıb və bu müharibədən sonra Fransada hərbi akademiyada təhsilini davam etdirib.
Fransadan Polşaya qayıtdıqdan sonra Mixal Jimerskiyə general rütbəsi təqdim edilib və o, Polşa ordusunun baş qərargahında yüksək vəzifəyə təyin olunub. Polşa ordusunun qurucusu sayılan marşal Yuzev Pilsudski 1926-cı ildə hərbi çevriliş edəndə Mixal Jimerski vaxtilə ona hamilik etmiş marşala qarşı çıxıb. Jimerskinin bu gözlənilməz addımı ona baha başa gəlib. O, general rütbəsindən məhrum edilib və beş il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mixal Jimerski 1931-ci ildə azadlığa çıxdıqdan sonra siyasi kursunu dəyişərək Polşa Kommunist Partiyası ilə gizli əməkdaşlığa başlayıb. 1938-ci ildə isə Fransaya mühacirət edib. O, Fransada da kommunistlərlə sıx əlaqələr yaradıb.
Nasist Almaniyası Polşanı işğal etdikdən sonra Kommunis Partiyasının göstərişi ilə Mixal Jimerski Polşaya qayıdıb, Müqavimət hərəkatının liderlərindən biri olub, yenidən general rütbəsini daşıyıb. Alman faşizminə qarşı mübarizədə Mixal Jimerski komandanı olduğu 1-ci Polşa ordusu ilə bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb. 3 may 1945-ci ildə o, marşal rütbəsi alaraq Polşada yaradılan Milli Müdafiə Nazirliyinə rəhbər təyin olunub.
Alman faşizminə qarşı mübarizədə xüsuslə fərqləndiyinə görə SSRİ-də Mixal Jimerskinin “Qələbə” ordeni ilə təltif olunması müzakirə ediləndə Siyasi Büroda ciddi fikir ayrılığı yaranıb. Bəzi büro üzvləri Jimerskinin vaxtilə antisovet mövqeyini də xatırladıblar. Marşal Jukov və marşal Vasilevski isə Jimerskinin “Qələbə” ordeninə layiq olduğunu faktlalarla əsaslandıra biliblər. Sonda Siyasi Büro sovet marşalları ilı razılaşıb.
Vyaçeslav Molotov öz xatirələrində məsələyə bu cür münasibət bildirib: “Mixal Jimerskinin “Qələbə” ordeni ilə təltif olunması böyük müzakirələrə səbəb oldu. Stalin bu cür məsələlərə həssaslıqla yanaşırdı. O, sonda təltiflə razılaşsa da, mən hiss edirdim ki, onun içində bir narahatlıq var. Çünki Stalin Jimerskini hələ Vətəndaş müharibəsi illərindən tanıyırdı. Amma bir məsələ də var idi ki, Jimerskinin alamn faşistlərinə qarşı mübarizəsi və bu mübarizədəki uğurları fakt idi. Stalin işini ehtiyatlı tutan bir şəxsiyyət idi. 1949-cu ildə o, içindəki narahatlığı yox etmək üçün əslən polşalı olan və ən çox inandığı marşallardan Konstantin Rokossovskini Polşaya müdafiə naziri təyin etdirməyə nail oldu. Mən bunu çox ağıllı və düşünülmüş bir addım kimi qəbul edtim. Hər halda II dünya müharibəsindən sonra sosialist düşərgələrində olan ölkələrin silahlı qüvvələrinə inanılmış şəxslər rəhbərlik etməli idi...”
Mixal Jimerski nazir vəzifəsindən kənarlaşdırıldıqdan sonra da siyasi fəaliyyətini davam etdirib. Bir müddət Polşa Milli Bankının vitse-prezidenti vəzifəsində işləyən Jimerski Polşa Azadlıq və Demokratya uğrunda İttifaqın fəxri prezidenti olub. O, həmçinin Birləşmiş Polşa Fəhlə Partiyasının rəyasət heyətində təmsil olunub. 1987-ci ildə Qorbaçovun yenidənqurma siyasətini tənqid etdiyinə görə onu partiya sıralarından xaric ediblər.
Bir neçə müharibədə iştirak etməsinə, həbsxana həyatı yaşamasına baxmayaraq Mixal Jimerski səhhətindən heç vaxt şikayətlənməyib. O, 1989-cu ildə 99 yaşında vəfat edib.
“Qələbə” ordenli marşal Mixal Jimerski Varşavada yüksək çinli hərbçilər üçün nəzərdə tutulmuş Povonzki qəbirstanlığında dəfn olunub.(musavat)
İlham Cəmiloğlu