Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Baku Steel Company" zavodunun keçmiş rəhbəri Rasim Məmmədov həbs oluna bilər-İDDİA

 

                       

    Metal monopolistinin sonu- Dövlətə məxsus avadanlıqları belə oğurlayıb
Yenixeber.org: Azərbaycanda inhisarçılığa son qoyulacaq. Bununla bağlı artıq ən yüksək səviyyədə siyasi qərar verilib. Ancaq proses mərhələlərlə aparılacaq. Belə ki, öncə əhalinin böyük hissəsinin marağında olan gündəlik tələbat mallarının, ərzaq və dərmanların idxalında inhisarçılığın aradan götürülməsi qərarlaşdırılıb. Sonrakı mərhələlərdə isə digər əmtəələrin həm idxalında, həm də ixracında müxtəlif sahələri öz aralarında bölüşdürmüş inhisarçıların maraqlarının nəzərə alınması praktikasına son qoyulacaq. Daha dəqiqi, orta və kiçik sahibkarların ölkəyə mal idxalında və ixracında qarşılaşdıqları əsas maneə ortadan qaldırılacaq.
Monopoliyanin ölkə iqtisadiyyatı üçün nə dərəcədə zərərli olması polad istehsalının timsalında görünür.
Məsələn ölkənin əsas monopolistlərindən olan Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi dazbaşlar dəstəsi metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hücumları edib, işi məcburi qaydada dayandırıblar. Sahibkarların qara metal ehtiyatları qanunsuz olaraq əllərindən alınıb, metal istehsal edən avadanlıqlar sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib.
Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə aldırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilib. Həmin günlərdən başlayaraq o, adının önünə oliqarx sözünü əlavə edib. Özünü orda-burda oliqarx adlandırmaqla oliqarxa çevirildiyini düşünüb. Bu gün küçəyə çıxıb “oliqarx Rasim Məmmədovu tanıyırsınızmı ?” sorğusu keçirsək, cavab da bəllidir. Adam daha çox metallurgiya obyektlərinə basqın edən dəstəsinin başçısı kimi tanınır.
Məmmədov hərəkətlərinə haqq qazandırmaq üçün illərdir ki, yuxarıları inandırmağa çalışıb ki, metallurgiya sahəsində olan digər zavodlar guya onun “BSC”dəki işinə mane olur. Buna görə də həmin zavodların bağlanması dolayısı ilə ölkədə metallurgiya sahəsinin bərpasına xidmət edəcək. Ötən illər ərzində bu sahədə yaranmış durum göz qabağındadır. Barbar yanaşma metallurgiya sahəsinin dizini yerə gətirib. Rasim Məmmədov hədsiz varlanıb, iştahını saxlaya bilməyib və özünə gizli zavod belə açıb.
Belə aydın olur ki, Rasim Məmmədov illərdir ki, “obşiy katyol”a “atıb” gizli pul qazanıb, digər tərəfdən “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı zaman özünə ehtiyat variant hazırlayıb. Belə olmasaydı, “Baku Steel Company” kimi böyük bir zavoda rəhbərlik edən Rasim Məmmədovu Suraxanıda eyniprofilli zavod saxlamağa nə vadar edib? Bəli, səhv eşitmədiz, Rasim Məmmədov Suraxanı rayonu ərazisində böyük bir zavod saxlayır və həmin zavod “Steel Company” adlanır. Hazırda Rasim Məmmədov “BSC”-dən uzaqlaşdırılıb.
Lakin zavod yenə fəliyyət göstərə bilmir. Çünki Rasim Məmmədovun Qazaxstanda və başqa ölkələrdə də zavodları var. Və o “BSC”-dən (Baku Steel Compani) işlək avadanlıqları bu zavodları daşıtdırıb. İddia da edir ki,şəxsi mülküdür. Halbuki bu avadanlıqlar şirkətə məxsus olub.Üstəlik işçilərə bir ilə yaxındır məvacib borcları var.
Rasim Məmmədov ötən illərdə elə varlanmışdı ki, artıq siyasətə girişmiş, icra başçılarına təzyiqdə, onları dəyişdirməkdə belə maraqlı olurdu. Sonda bacarmadı. Nə siyasəti yaratdı, nə də əlində olan biznes sahəsini.(xeberbaku.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam