ABŞ NÜVƏ SAZİŞİNİN QIRINTILARINI DA LƏĞV EDİR –İranın 2 aliminin adı sanksiya siyahısına salınıb
Lora Kelli
“The Hill”, 27.05.2020
Çərşənbə günü dövlət katibi Mayk Pompeo ABŞ-ın Obama dövründə İranla nüvə sazişində təsdiqlənən son sanksiyalara baş vuracağını, Tehranın nüvə ambisiyalarının mülki istifadəyə keçməsini təşviq etmək üçün əsas müddəaları ləğv edəcəyini açıqlayıb.
Yenixeber.org: Buna qədər Avropa, Çin və Rusiya şirkətlərinə, ABŞ-ın sanksiyalarına məruz qalmadan, İranın nüvə obyektlərində işləmək icazə verilirdi.
Layihələrdə təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək üçün nüvə obyektlərini dinc vasitələrlə çevirmə və infrastrukturun yaxşılaşdırılması nəzərdə tutulurdu.
Bununla belə, Tramp administrasiyasının rəsmiləri iddia edir ki, bu, Tehranın nüvə silahı əldə etmək səylərinə imkan yaradıb.
Pompeo tvitində deyib: “Bu gün 60 gün ərzində qüvvədə olan JCPOA ilə əlaqəli layihələrə tətbiq olunan sanksiyalardan imtinaya son qoyuram. İranın nüvə artımını davam etdirməsi bu əməkdaşlığın sona çatmasının vacibliyini göstərir. Nüvə silahına canatmanın daha da artması rejimə daha çox təzyiq doğuracaq”.
Prezident Tramp 2018-ci ildə Obama administrasiyasının 2015-ci ildə imzaladığı İranla nüvə sazişindən (Birgə Hərtərəfli Fəaliyyət Planı – JCPOA) çıxdıqdan sonra sanksiyalardan imtina hər 60 gündən bir yenilənirdi.
Sazişdən çıxandan bəri ABŞ Tehrandakı liderlərin Yaxın Şərqdə nüvə imkanlarını inkişaf etdirməyə və silahlı qrupları maliyyələşdirməsinə mane olmaq üçün “maksimum təzyiq kampaniyası” çərçivəsində sanksiyalar tətbiq edib. Lakin bu, sazişin müddəalarına əsasən, Tehranla əlaqəli olan bəzi ölkələrə, o cümlədən onların İran neftini idxal etməsinə imkan verən imtinaların dayandırılmasına şərait yaradıb.
İran ABŞ-ın sanksiyalarına cavab kimi, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı da daxil olmaqla, digər imza sahiblərinin davamlı iştirakına baxmayaraq, sazişin icazə verdiyi tədbirlərdən kənarda uran zənginləşdirməsini artırmaqla təpki verib.
Tramp administrasiyası sonuncu dəfə martın 30-da siyahını təzələyib və möhlət ayın sonunda bitir.
ABŞ-ın imtinaları İranın Ərak ağır su tədqiqat reaktorundakı layihələrə, Tehran Tədqiqat Reaktorunda zənginləşdirilmiş uranın tənzimlənməsinə və tədqiqat reaktoru yanacağı tullantılarının İrandan çıxarılmasına aiddir. ABŞ bu obyektlərdə işləyən şirkətlərə, sanksiyalara məruz qalmazdan əvvəl, 60 günlük uyğunlaşma möhləti verəcək.
Bununla belə, Pompeo “əməliyyatların təhlükəsizliyini təmin etmək” üçün Buşəhr Atom Elektrik Stansiyasına ayrıca imtiyaz verib və o, 90 gün davam edəcək.
Dövlət Departamentinin yaydığı açıqlamada Pompeo bildirib: “İranın nüvə proqramındakı bütün inkişafları yaxından izləməyə davam edəcəyik və imtina qərarı istənilən vaxt dəyişə bilər”.
Dövlət katibi bildirib ki, ABŞ İranın nüvə zənginləşdirmə proqramının liderləri olan iki alimə –Məcid Ağayi və Əmcad Sazqara da sanksiya tətbiq edəcək.
O, “Twitter”-də yazıb: “İranın elm adamları seçim etməlidir: yayılma sahəsindən kənarda dinc işlə məşğul olmaq və ya sanksiya tətbiq olunma riski”.
Çərşənbə günü senator Ted Kruz (respublikaçı-Texas) Tramp administrasiyasının bu hərəkətini “fəlakətli Obama-İran nüvə sazişini birdəfəlik yırtmaq üçün tənqidi addım” adlandırıb.
Kruz Tehranı mülki nüvə imkanlarını nüvə proqramlarını qurmaq üçün istifadə etdiyinə, ABŞ və müttəfiqlərinin təhlükəsizliyini təhdid etdiyinə görə tənqid edib. Texaslı senator ABŞ-ın Tehrana qalan güzəştlərinin, o cümlədən silah embarqosunun sona çatmaması üçün çəkindirmə mexanizmini işə salmalı olduğunu söyləyib.
“Yetər, indi ABŞ müqavilənin qalan hissələrini və İranın BMT qətnaməsində təsvir olunan əldə etdiyi faydaları, nəhayət və dönməz şəkildə kəsmək vaxtı gəlib-çatdı. Bunu etməyəcəyimiz təqdirdə, ABŞ-ın silah embarqosu və ballistik raket qadağaları qaçılmaz olaraq başa çatacaq. Bu, Rusiya və Çinə İrana milyardlarla dollar dəyərində silah satmağa imkan verir”.
ABŞ-ın son hərəkətləri Tramp administrasiyası oktyabr ayında silah embarqosunun sona çatmaması üçün səy göstərdiyi zaman baş verir. Bu əsaslandırma ABŞ-a Tehrana qarşı bütün sanksiyalara dair təxirəsalınmaz çağırış etmək şansı verir.
Pompeo bildirib: “Bu ilin oktyabr ayında iranlıların prezident Obama və vitse-prezident Baydenin o dəhşətli sövdələşmə ilə adi silahları ala bilməməsinə çalışacağıq”.Tərcümə: Strateq.az