Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Səməd Seyidova xatırlatma...

 

       

 Cənab S.Seyidovun müsahibəsindən işğalla barışmaq, təslimçilik qoxusu gəlir. 

Yenixeber.org: Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ermənilərin Şuşada təşkil etdiyi “andiçmə” şousuna münasibət bildirərkən dediyi fikrilərlə tanış oldum. Cənab S. Seyidov deyir ki, ermənilər 300-400 il işləyiblər. Biz də səbirli olmalıyıq. Cənab S.Seyidovun bu müsahibəsində, bir neçə epizodu çıxsaq, ümumiyyətlə götürsək işğalla barışmaq, təslimçilik qoxusu gəlir. Ona görə də bu müsahibəni bütövlükdə uğursuz, zərərli hesab edirəm. O, unudur ki, müharibədə qələbəni yalnız silahla əldə etmirlər. Qələbədə təbliğatın, ruh yüksəkliyinin, qələbəyə inamın rolu heç də silahın rolundan az deyildir. Bu cür fikirlər söyləmək erməniləri işğalı davam etdirməyə ruhlandırır, onlar əmin olurlar ki, Azərbaycan müharibədən çəkinir. Cənab S.Seyidov öz mövqeyini onunla əsaslandırmağa çalışır ki, Avropa Parlamentinin 11 may, 19 may 2020-ci il qərarları, Lavrovun Dağlıq Qarabağla bağlı məlum açıqlaması, BMT-nin Dağlıq Qarabağla bağlı 4 məlum qətnamələri, "DQR"-in heç bir dövlət tərəfindən tanınmaması və s. ermənilərə böyük təpki, zərbə, bizim isə diplomatik uğurumuzdur. "...İndi o zərbədən sonra bunlar istəyirlər bizi təxribata çəksinlər". Ermənilər deyirlər ki: “Gəlin bunları qıcıqlandıraq, bunların hissləri ilə oynayaq, təhqir edək, onda bunlar təhqirə emosional reaksiya verəcək, biz də dünyaya car çəkəcəyik...”. Bərəkallah cənab Seyidov! Bu nə cür yanaşmadır? Qoy ermənilər bizim torpaqlarımızın işğalını davam etdirsinlər, orada yeni-yeni yaşayış məskənləri salsınalr və orada məskunlaşsınlar, istirahat ocaqları, geniş, müasir yollar salsınlar, məktəblər, kilsələr tiksinlər, təbii sərvətlərimizi vəhşicəsinə istisamar etsinlər, tarixi-mədəni sərvətlərimizi yerlə yeksan etsinlər, talasınlar və ... bizləri ələ salsınlar? Biz isə susaq? Susaq ona görə ki, susmasaq dünya bizi qınayacaq?

Qələbədə diplomatiyanın, təbliğatın mühüm rol oynadığını qeyd edən cənab Prezident İ.Əliyev işğala qarşı mübarizədə hücum diplomatiyasına üstünlük verilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Ancaq əslində, başda Xarici İşlər Nazirliyinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi olmaqla, bizim bəzi siyasətçilərimiz müdafiə mövqeyindədirlər. Kim bir dəfə də olsun eşidib ki, qeyd edilən qurumlar tərəfindən işğalla barışmayacğımızla bağlı birinci olaraq ermənilərə yönəlik hər hansı bir tutarlı bəyanatlar verilsin? Belə bəyanatlar verilib- ancaq ermənilərin müntəzəm davam edən təxribatlarına qarşı cavab olaraq, müdafiə mövqeyindən, yumşaq, dişsiz! Məgər bu cənablar indiyədək başa düşməyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqlara uyğun olaraq sülh yolu ilə həlli yoxdur, ermənilər və onların havadarları buna imkan vermək istəmirlər? Nə qədər özümüzü aldatmalıyıq və torpaqlarımızın hərb yolu ilə azad edilməsini tələb edən vətəndaşlarımızı niyə təxribatçılar adlandırmalıyıq? O başqa məsələdir ki, biz torpaqlarımızın hərb yolu ilə azad edilməsinə ciddi hazırlaşmalıyıq, hansı regionda yerləşdiyimizi, şimaldan, cənubdan kimlərlə həmsərhəd olduğumuzu, xristian birliyinin mövcudluğunu, onlrın erməniləri dəstəklədiklərini nəzərə almalıyıq. Bəli, Azərbaycan torpaqlarımızı işğaldan hərb yolu ilə azad etmək üçün yubanmadan (çox yubanmışıq, daha yubanmaq olmaz), ciddi hazırlaşmalıdır. Bunun yolu iqtidar-vətəndaş birliyindən, iqtisadiyyatı hərbiləşdirməkdən, peşəkar ordu yaratmaqdan, korrupsiyanın, rüşvətxorluğun kökünü kəsməkdən, dövlət idarəetmə mexanizmini təkmilləşdirməkdən, rəhbərliyin qohumbazlıqdan, rusca düşünüb azərbaycanca kələ-kötür danışanlardan azad olunmasından keçir!

 Teyyub Qənioğlu: Azərbaycan Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam