Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Süleyman Mikayılovun oğlunun Azərbaycanda və Avropada şirkətləri aşkarlandı-FOTOLAR

 Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun övladlarının şirkətləri barədə məlumat yayılıb.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb:

“Süleyman Mikayılovun rəsmi tədbirlərdə Qaradağ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tez-tez özünün “uğurlu fəaliyyətin nəticəsi” kimi haqqında danışdığı şirkətlər, müəssisələr diqqəti çəkir. Cənab Mikayılov hesabat xarakterli çıxışlarında xüsusilə “ASKORP” MMC tərəfindən yaradılan Qızıldaş qəsəbəsində müxtəlif üzlük daşlar və kərpic məmulatları, eləcə də rayonun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələrinin adlarını çəkir. Özünün dediyinə görə, hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulub. Müəssisələr Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaradılıb, Sahibkarlığa Kömək Milli Fondundan “ASKORP” MMC-yə külli-miqdarda güzəştli kreditlər yönəldilib”.

Jurnalist qeyd edir ki, İcra başçısının dövlət vəsaitlərini yönəltdiyi şirkət və sözügedən müəssisələr Süleyman Mikayılovun 1994-cü il təvəllüdlü oğlu Elvin Mikayilova məxsusdur: “”ASKORP” MMC 2016-cı ilin yanvarında 20 manat nizamnamə kapitalı ilə Yasamal rayonu HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57 ünvanında Elvin Süleyman oğlu Mikayılovun təsisçiliyi ilə qeydiyyatdan keçib. O zaman Elvin Mikayilovun 22 yaşı olub İngiltərənin COVENTRY universitetini yenicə başa vurmuşdu. Məlumat üçün qeyd edim ki bu universitetdə illik təhsil 16,8 min funt sterlinq təşkil edir və “Çakır” oğlunun 4 illik təhsil haqqı olaraq 70 min funt sterlinq ödəniş edib. “ASKORP” MMC-nin idman malları istehsalı müəssisəsi yaradılarkən Qaradağ rayon rəhbərliyi məhsulların dünya bazarına çıxarılacağı barədə ölkə rəhbərliyinə boğazdanyuxarı vədlər verib. Müəssisədə indiyədək istehsalı məlum olan cəmi bir adda məhsul var – “Aloff” futbol topu. İcra başçısının oğlu dövlət vəsaitləri hesabına açdığı müəssisənin məhsulunu “dünya bazarına çıxmaq üçün” Sədərəkdə” dükan da açdı. Amma məlum olanı “Aloff” heç yerli futbol klublarının da brendi ola bilmədi”.

C. Həsənlinin yazdığına görə İcra başçısı külli-miqdarda kredit götürüb: “Öz əlaqələrindən istifadə edərək bir müddət əvvəl “Askorp” MMC üçün “AFB Bank” ASC-dən külli-miqdarda kredit götürüb. Kreditin qaytarılması problemə çevrilib və ötən ildən bəri “Çakır”ın oğluna məxsus şirkət bankla məhkəmə çəkişmələrinə cəlb olunub. Sonuncu proses ötən ilin dekabrında Bakı Appelyasiya Məhkəməsində keçirilib (e-2-2(103)-894/2019)”.

İcra başçısının oğlunun sahib olduğu şirkət “Askorp” MMC ilə yekunlaşmır. Jurnalistin yazdığına görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısının oğlunun daha bir şirkəti var: “”Askorp” MMC Süleyman Mikayılovun oğlunun təsis etdiyi yeganə şirkət deyil. Bundan əvvəl – 2015-ci ilin avqustun 20-də Elvin Mikayilov 20 manat nizamnamə kapitalı ilə “ASPAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib. Bu şirkətin də hüquqi ünvanı HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57-dir. Amma şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat yoxdur”.

Araşdırmada digər ilginc məqam isə Süleyman Mikayılovun oğlunun da bəzi məmurlar kimi Avropada biznesinin olmasıdır: “İcra başçısının oğlunun biznesi Avropaya qədər uzanıb. Atasının sayəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına özünə biznes quran və əlavə olaraq “AFB Bank”dan kreditlər götürüb qaytarmayan Elvin Mikayilov 2017-ci ilin dekabrın 29-da Almaniyada 25 min avro nizamnamə kapitalı ilə EFFEST GMBH-ni təsis edib və Viktor Pauls adlı şəxslə müştərək iş qurub. Şirkət Bad Oeynhausen ədliyyəsində HRB 15248 saylı lisenziya ilə ZILLESTR. 63 ünvanında qeydiyyatdan keçib”.

Xatırladaq ki, Süleyman Surxay oğlu Mikayılov 2010-cu ildən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan əvvəl o, Yardımlı (13 may 2005-ci il — 21 dekabr 2005-ci il) və Lənkəranın (21 dekabr 2005-ci il — 4 mart 2010-cu il) icra başçısı olub.

Daha əvvəllər Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi, Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam