Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Sovet hərbçiləri Bakıdan uçan təyyarəni niyə vurmuşdular… - FOTOLAR

 

 Yenixeber.org: 19 yanvar 1959-cu ildə səhər saatlarında, bir öncəki gecə - yanvarın 18-də SSRİ ərazisində baş vermiş təyyarə qəzası ilə bağlı Nikita Xruşova yazılı məlumat təqdim olunanda, ölkə başçısının hadisəyə münasibəti sərt və soyuqqanlı olub. 

Nikita Xruşov yazılı məlumatla tanış olduqdan sonra üzərinə dərkənar qoyaraq, qəzəbini də gizlətməyib: “Təyyarəni amerikalılar vurmayıblar, nə də müharibə deyil ki, almanlar vursunlar. Mən dövlət başçısı kimi bu işlə məşğul olmamalıyam. Komissiya yaradın, araşdırın...”

Beləliklə, elə həmin gün komissiya yaradılıb, ilk olaraq Moskva-Bakı reysini həyata keçirən, Azərbaycan Mülki Hava Donanmasına məxsus olan, Stalinqrad (indiki Volqaqrad) hava limanı yaxınlığında qəzaya uğrayan İl-14 təyyarəsinin düşdüyü yerə baxış keçirilib. Qeyd edək ki, komissiyanın tərkibinə Azərbaycan tərəfdən də nümayəndələr cəlb edilib.

ab1.jpg (57 KB)

İlkin araşdırmalar zamanı məlum olub ki, yanvarın 18-də Moskva-Voronej-Stalinqrad-Bakı reysi ilə uçan təyyarə 90 dəqiqədən sonra Voronoje eniş edib. 45 dəqiqədən sonra, saat 02.07-də yenidən havaya qalxaraq Stalinqrada istiqamət alıb. Saat 03.33-də dispetçer məntəqəsindən ekipaj komandirinə hava şəraitinin eniş üçün uyğunsuzluğu haqqında xəbərdarlıq edilib və havada gözləmə zonasında qalmaq göstərişi verilib. 

Bir müddət sonra təyyarənin eniş zolağına enməsi haqqında göstəriş alan pilot əvvəlcə 1200, sonra 900, daha sonra 400 metr hündürlükdən enişə cəhd edib. Eniş zolağa tam aydın görünsə də, dispetçerdən eniş təsdiqini alsa da, 400 metr hündürlükdə olanda, təyyarə idarəetməni itirib və dispetçerlə əlaqə tam kəsilib.  Saatda 300 kilometr sürətlə irəliləyən təyyarə saniyələr ərzində hava limanından 2-3 min metr aralıda yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan 20 sərnişin və təyyarənin 5 nəfər heyət üzvü həlak olub.

resize.jpg (72 KB)

Komissiya üzvlərinin bir qismi ilk rəydə qəzanın səbəbini texniki nasazlıq, yaxud hava şəraiti ilə bağlasalar da, digər üzvləri bu rəylə razılaşmayıblar. Onların aralarında ciddi fikir ayrılığı yaranıb. Bununla da komissiya Moskvaya iki fərqli arayış təqdim edib.

Birinci arayışda hava şəraitinin təyyarənin eniş etməsinə uyğunsuzluğu göstərilərək, pilotun təcrübəsizliyi nəticəsində qəzanın baş verməsi qeyd edilib. Daha sonra arayışa əlavə olunub ki, dispetçerlə əlaqənin kəsilməsi təyyarənin rabitə vasitələrinin nasazlığı ilə bağlı olub.

ab5.jpg (199 KB)

İkinci arayışda isə, hadisənin baş verməsi səbəbləri tam fərqli göstərilib. Dispetçerin eniş təsdiqi ilə bağlı səs yazısı, qəza baş verən zaman hava şəraitinin eniş üçün tam məqbul olması ilə bağlı müvafiq qurumlardan arayış da təqdim edilməklə, diqqətə çatdırılıb ki, qəzanın səbəbi nə hava şəraiti, nə də texniki nasazlıqdır. 

Komissiyanın tərkibi dəyişdirilərək yenidən araşdırmalar başlanıb. Növbəti araşdırmalar zamanı məlum olub ki, təyyarəyə 19 bilet satılıb. Bununla da aydın olub ki, 20-ci sərnişin təyyarədə biletsiz olub. Həmin şübhəli şəxsin kimliyi araşdırılıb. 

Belə bir versiya irəli sürülüb ki, həmin şəxs təyyarə heyətinə silahlı hücum edib. Amma ekipaj komandirinin silahındakı bütün güllələrin yerində olması, əl izlərinə görə son saatlarda ondan istifaədə etməyə cəhd göstərməməsi bu versiyanın üstündən xətt çəkib.

ab4.jpg (107 KB)

Ekspertiza zamanı ekipaj komandiri İvan Mandrıkinin sol ayağında 5 sm dərinliyində yara aşkar edilib. Əvvəlcə elə düşünülüb ki, yara qəzadan sonra baş vermiş yanğın nəticəsində yaranıb. 

Parçalanmış təyyarənin qalıqları da Moskvada xüsusi ekspertizaya verilib. Bir neçə həftə çəkən elspertizanın nəticəsində yeni detallar üzə çıxıb. Belə ki, pilotların idarəetmə kabinəsinin aşağı hissəsində 10-35 mm diametrində dəliklər aşkar olunub.

Bu müəmmalardan sonra komissiya növbəti qərarını verib, təyyarənin ekipaj komandiri Mandrıkinin ekshumasiyası (meyidin basdırıldığı yerdən çıxarılması) üçün müvafiq qurumlardan icazə istəyiblər. Məsələdən xəbər tutan ekipaj komandirinin doğmaları bu məsələyə qəti etirazlarını bildiriblər və Kremlə, birbaşa Nikita Xruşova teleqram göndəriblər. 

ab3.jpg (122 KB)

Qəza ilə bağlı növbəti yazılı sənədlər yenidən Xruşova təqdim olunub. Xruşov komandirin ailə üzvlərini və komissiyyanın üzvlərini birlikdə qəbul edib, ekshumasiyanın vacibliyini söyləyib. Nəhayət, ümumi razılığa gəlinib.

1959-cu ilin aprel ayında Mandrıkin ekshumasiya olunub və ekspertizaya göndərilib. Ekspertiza nəticəsində Mandrıkinin sağ ayağındakı yara yerində qəlpələr aşkar edilib.

Bununla da komissiya son qənaətə gəlib, təyyarəyə eniş zamanı yerdən atəş açılıb. Xruşovun göstərişi ilə komissiyanın arayışı Dövlət Təhlükəsizlik Komitəsinə göndərilib.

ab2.jpg (188 KB)

DTK tərəfindən Stalinqrad aeroportunun bütün kollektivi yoxlanılıb, sorğu-suala tutulub, daha sonra aeroportun və qəzanın baş verdiyi ərazinin ətrafı öyrənilib. Ətrafda kiçik bir kəndin əhalisi də son nəfərinədək dindirilib. Şübhəli heç bir şey qeydə alınmayıb.

Sonda hava limanından 4-5 km aralıda yerləşən hərbi hissə yoxlanılıb. Məlum olub ki, qəza zamanı hərbi hissədə bir həftəlik təlimlər keçirilib. Hərbi hissənin əməliyyat kitabına baxış keçirərkən, o da məlum olub ki, yanvarın 18-də 00.00-dan başlayan gecə təlimində havaya müxtəlif silahlardan atəş açılıb. Növbəti ekspertiza zamanı da bu fakt öz təsdiqini tapıb. 

Məhz bu hadisədən sonra Xruşovun göstərişi ilə hərbi hissənin yeri dəyişdirilib. Bakıya məxsus qəzaya uğrayıb, yarasız hala düşən təyyarəni isə Moskva yenisi ilə əvəzləyib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam