Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Koronavirus əsirliyi - əl-üz yumayan “böyüklər” - ŞƏRH

 

 

Yenixeber.org: Təmizlik imandan olduğu qədər, indi həm də sağ qalmaq üsuluna çevrilib. Dünyamızın əsir düşdüyü koronavirusdan da xilas təmizlikdən keçir. Bu gigenik əməl isə əldən başlayır. İbarəli desək, əlləri qaldırıb əsir düşdüyümüz kimi, bu bədən üzvümüzü təmiz saxlmaqla koronanın əsirliyindən xilas ola bilərik.

Odur ki, “əl əli yuyar, əl də üzü” deyiblər. Təəssüf ki, hələ də dünyada hər kəs öz əlini yuyur, elə sanır ki, üzünü də yuya biləcək. Ancaq indiki davranış, bir-birinə mövcud münasibət, hikkə, kinlə üzü yumağa heç kimin gücü çatmır.

Baş verən hadisələr bunu təsdiqləyir. İndiyə qədər dünyada 600 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, virusdan ölənlərin sayın isə 30 min nəfəri ötüb.

 

 

Virusa yoluxanlar arasında Böyük Britaniyanın baş naziri Boris Conson da var. 55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

Saray rəsmiləri Britaniyanın 71 yaşlı şahzadəsi Çarlzın koronavirusa yoluxduğunu bildiriblər. Məlumata görə, xəstəliyin simptomları yüngüldür və onun səhhəti yaxşıdır. Şahzadənin 72 yaşlı xanımı Kamillada isə virus aşkarlanmayıb.

Həkimlərin məsləhətilə onlar Şotlandiyadakı evlərində özlərini təcrid ediblər. Şahzadənin virusa yoluxma şəraiti bilinmir. Bununla belə, onun sonuncu dəfə martın 12-də ictimai işlərlə məşğul olduğu və həmin gün anası, kraliça II Elizabet ilə görüşdüyü bildirilib.

Kraliçanın isə sağlam olduğu barədə məlumat yayılıb.

Başqa bir örnək. ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb. Hazırda Birləşmiş Ştatlarda 85 228 nəfər koronavirusa yoluxub, COVID-19 qurbanlarının sayı 1 243 nəfərə çatıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.

 

 

ABŞ prezidenti Donald Tramp bu hadisəni belə şərh edib:

“Birləşmiş Ştatların koronavirusa yoluxma hallarının sayı üzrə dünyada birinci yerə çıxması yaxşı işləyən sistemlə izah olunur. Fikrimcə, bu, bizim sınağı necə keçirməyimizlə izah olunur. Biz inanılmaz sayda insanı yoxlayırıq”.

ABŞ prezidenti əminliklə Çində virusa yoluxma hallarının yoxlanılmasına şübhə ilə yanaşıb: “Əminəm ki, Çində kimi yoxlamalarını və kimi yoxlamamadıqlarını demək mümkün deyil. Düşünürəm ki, bu, kifayət qədər çətindir. Çində faktiki rəqəmləri heç kim bilmir”.

Pandemiyadan az qala kənar qalan Rusiyada da son günlər korona “fəallaşıb”. Martın 27-də federasiyada bir sutkada 196 yoluxma faktı qeydə alınıb. Virusa ölkənin 58 regionunda 1 036 nəfər yoluxub.

Dünya hələ də bu bəla ilə mübarizədə aciz olduğunu tam etiraf edə bilmir.

 

 

Martın 26-da “Böyük 20-lik” (G-20) və Avropa İttifaqının (Aİ) virtual toplantısı keçirilib.

Hər iki toplantı koronavirusla mübarizəyə həsr olunub.

G-20 ölkələrinin sammitinə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edib.

Növbədənkənar toplantıya yalnız G-20-nin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan - ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan - Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümayəndələri virtual zirvə toplantısındakı müzakirələrdə iştirak ediblər.

Xatırladaq ki, G-20 ölkələrinin sonuncu zirvə toplantısı 2019-cu ildə Yaponiyada keçirilib. 2020-ci ildə isə Səudiyyə Ərəbistanı G-20-nin iclasına ev sahibliyi etməli idi.

Onu da qeyd edək ki, G-20 ölkələrinin sırasına ABŞ, Avstraliya, Argentina, Almaniya, Böyük Britaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Virtual sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

 

 

Yekun sənəddə COVID-19 pandemiyasını dəf etmək üçün G-20 ölkələrinin lazımi addımlar atmağa hazır olduğu vurğulanıb.

Qeyd olunub ki, üzv ölkələr insanların həyatını, iş yerlərini və gəlirlərini qorumaq üçün səylərini əsirgəməmək, dəstəyə ehtiyacı olan bütün dövlətlərə yardım göstərmək əzmindədir.

Sammit iştirakçıları Dünya Səhiyyə Təşkilatı, Epidemik Hazırlıq və İnnovasiya Fondu Koalisiyası (“Coalition for Epidemic Preparedness and Innovation”) və Vaksinlər Alyansına (“Gavi, the Vaccine Alliance”) yardım etmək üçün pul ayırmaq barədə razılığa gəliblər: “Bütün ölkələri, beynəlxalq təşkilatları, özəl sektoru, xeyriyyəçiləri və şəxsləri bu səylərə töhfə verməyə çağırırıq”.

Bundan əlavə, G-20 liderləri, pandemiyadan iqtisadi və sosial ziyanı minimuma endirmək, qlobal iqtisadi böyüməni bərpa etmək, bazar sabitliyini qorumaq və bərpa potensialını gücləndirmək üçün mümkün olan hər şeyi etməyə söz verdilər.

"Qəti və genişmiqyaslı maliyyə dəstəyi verməyə davam edəcəyik. G-20 kollektiv fəaliyyətini artıracaq, uyğunlaşma və qarşılıqlı yardımı təmin edəcəkdir. Bu istiqamətdə birgə fəaliyyətin gücü və miqyası qlobal iqtisadiyyatı ayağa qaldıracaq",- deyə sənəddə vurğulanıb.

 

 

Sənəddən göründüyü kimi “Böyüklər” 3 ay əvvəl buraxılan səhvi düzəltməyə səy göstərəcəklərinə vəd verirlər. Bunun nəticəsinin 3 ay sonra hiss ediləcəyini ehtimal etmək olar. İndiyədək yaxasını gen tutanlar məsələnin ciddiliyinin və qəlizliyinin fərqinə varmağa başlayıblar.

Gec olması olmamağından yaxşıdır, təki bu vədlər daldan atılan daş olmasın.

Bu sammitin bir mənası da neftin qiymətinin ucuzlaşmasına dolayı münasibətdə idi. Sadəcə, pandemik vəziyyət onu OPEK+in toplantısına çevirilməyə imkan vermədi. Ancaq bununla belə ölkələrin iqtisadiyyatının zəifləməsində günahın virusun üzərinə yıxılması ilə razılaşayanlar da az deyil. Onlar bu məsələdə neftin qiymətnin ucuzlaşmasının təsirinin böyük olduğunu istisna etmirlər.

Koronavirus “hücumundan” sonra “Böyük 7-liy”in (G-7) zirvə toplantısı keçirilməyib. G-7 ölkələrinin xarici işlər nazirlərinin telekonfransı olub. İclasda Ümumdünya Səhiyyə Təşkiltına pandemiyaya qarşı mübarizə üçün maliyyə yardımına dair qərar qəbul edilib. Bu məqsədlə təşkilatın 71 mlrd. funt məbləğində maliyyə vəsaiti təmin olunması vurğulanıb.

Bundan əvvəl G-7 ölkələrinin maliyyə nazirləri və bank direktorlarının telekonfransı keçirilmişdi. ABŞ prezidenti Donald Tramp pandemiyaya görə “7”liyin zirvə toplantısını da virtual şəraitdə keçirəcək.

 

 

Avropa İttifaqı parlamentinin toplantısı uğursuz nəticələnib. Parlament üzvləri koronavirusa qarşı mübarizə üçün vahid mövqe sərgiləyə bilmədi. Onların toplantıda iştirakı da Avroparlamentin işgüzar qabiliyyətini, ekstremal vəziyyətdə fəaliyyətinin zəif olduğunun aşkarladı. Bu seçkili orqanı qaçqınların Avropa İttifaqı ərazisinə girişini qadağan etməkdə bir mövqedən çıxış etdi. Ancaq İtaliya və İspaniyaya yardımla bağlı bu həmrəylik baş vermədi. Bununla da Avroparlamentin fəaliyyəti sıfır qiymətləndirilir.

Dünyanın aparıcı dövlətləri, blokları və təşkilatları 3 aydır koronaya qarşı vahid mübarizə mərkəzi yarada bilməyib. Güclü dövlətlər çıxış yolunu qapını bağlamaqda görür. Ancaq hələ də görməzlikdən gəlirlər. Dünyanın zəif və güclü dövlətlərində insanlar kütləvi şəkildə qırılır.

Günün iki əsas sualı var: bu virusa qarşı necə mübarizə aparmalı (əl yumaqla iş bitirmi?) və bu pandemiya nə vaxt bitəcək.

 

 

Böyük sayılan dövlətlər belə bu sualları açıq cavablamaqda aciz görünürlər. ABŞ prezidenti Donald Tramp vəziyyətin aprelin 12-dən, Pasxa bayramından sonra düzələcəyini, o biri yandan G-7 ölkələrinin iyundakı sammitinin virtual keçəcəyini deyir. Bununla da onun pandemiyanın bitmə müddətini proqnozlaşdırmaqda çətinlik çəkdiyi ehtimalı artır. Rusiya prezidenti Vladimir Putin isə koronovirus bəlasının azı 3 ay davam edəcəyini söyləyir.

Bu qeyri-müəyyənlik isə, ilk növbədə, dünya ağalığı iddiasında olan dövlətlər üçün perspektivdə problem yarada, onlara etibarı və etimadı azalda bilər. Virusa yoluxanların sayı bir milyona yaxınlaşır. “Böyüklər” isə bir-birinə yaxınlaşmır. Ona görə də hələ əl üzü deyil, əli yumağa da acizdir.(report)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam