Yaxın müddətdə bir neçə ölkədə iqtisadi defolt elan edilə bilər.
Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, bu barədə “J.P. Morgan International” bankının Maliyyə bazarları bölməsinin rəhbəri David Stabbs bəyan edib.
“Dəqiqliklə deyə bilərəm ki, inkişaf edən bazarlardakı borc istiqrazlarına investisiya qoyan şəxs həmin bölgələrin uzun və mürəkkəb tarixini nəzərə almalıdır”, - deyə o, bldirib.
David Satbbsın sözlərinə görə, son on ildə bir çox ölkələr borclarını qaytarmamaq üçün defolt yoluna baş vurublar.
Onun bildirdiyinə görə, hər hansı bir dövlətin problemi defoltda deyil, onun səbəblərindədir: “Hətta ölkə rəhbərliyinin belə bir fikrə düşünməsi orada vəziyyətin ağır olduğunu göstərir”.
Bu ilin mart ayının 12-də “The İndependent” qəzeti 2008-ci il böhranını öncədən təxmin edən maliyyəçi Ceyms Kolombodan müsahibə alıb. Amerikalı ekspert dünyanı yeni maliyyə fəlakəti barədə xəbərdar edib. Onun fikrincə, dünya bazarında artıq hər an partlamağa hazır yalançı “sabun köpükləri” mövcuddur.
Ceyms Kolombo “koronavirus” pandemiyasının, dünya iqtisadiyyatındakı durğunluğun, habelə neft qiymətlərinin birdən-birə aşağı düşməsinin vəziyyəti daha da mürəkkəbləşdirdiyini söyləyib.
Rusiyanın Analitik kredit reytinq agentlyi isə ölkənin maliyyə stress indeksinin (ACRA FSI) hüdud göstəricilərini açıqlayıb. Agentlik artıq bununla bağlı normal həddin ən az 3,1 dəfə keçildiyini bildirib.
Bütün bunlar Rusiyada yeni maliyyə böhranının doğacağı siqnallarını verir. ACRA bu cür sıçrayışların 2008, 2009 və 2014-cü illərdə (yəni sanksiyalaırn tətbiq olunmağa başladığı) baş verdiyini xatırladıb.
Hələ ötən ilin sentyabr ayında amerikalı milyarder, “Bridgewater” investisiya şirkətinin təsisçisi Rey Dalio “Business Insider” portalına verdiyi müsahibədə yaxın br neçə il ərzində dünyanın böyük böhranla üzləşəcəyini bildirmişdi.