Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Növbəti qlobal iqtisadi böhranımı yaşayırıq? –Koronavirus dəhşəti

   

Dünən beynəlxalq neft bazarlarında “qara qızıl”ın qiyməti indiyədək az təsadüf olunacaq həddə aşağı düşüb.

Yenixeber.org: Neft bazarlarına ucuzlaşma 9-10% civarında olub.

Dünən günlük seansa 50.03 dollarla başlayan Brent markalı neftin qiyməti 45.19 $/Bar.-ə qədər enib. Daha sonra qismən toparlanan qiymətlər günü 45.54 $/Bar.-lə tamamlayıb. 

Qeyd edək ki, neftin qiymətlərindəki ucuzlaşma son 15 gündür mütəmadi hal alıb. Ötən ayın 21-də 1.5% düşüşlə günü  58.42 dollarla tamamlayan bir barrel Brent markalı neftin qiyməti ayın 25-də 54.71 dollara qədər enib və bu, son 15 gün ərzində ikinci ən böyük ucuzlaşma olub – 6.35%. Daha sonrakı günlərdə də ucuzlaşma trendi davam edib, sadəcə fevralın 2-də toparlanma yaşanıb, qiymətlər 5.11% artışla 52.46  $/Bar.-ə qədər yüksəlib. Ertəsi gün isə yenidən aşağı doğru enmələr başlayıb. Mart ayının 5-də qiymətlər 51.53 $/Bar.-ə (-3.24%), dünən isə 45.54 $/Bar-ə (8.9%) qədər ucuzlaşıb. Dünən birja həftəsinin son günü olduğundan aşağı trendin davam edib-etməyəcəyini bazar ertəsi günü görəcəyik.

 

Qlobal iqtisadi göstəricilər isə ucuzlaşmanın gələn həftə də davam edəcəyini göstərir. Məsələ burasındadır ki, aşağı trend yalnız neftin qiymətlərində yaşanmır. Qlobal iqtisadiyyatın bütün çərxləri son iki həftədir geri işləyir. Məlumata görə, dünən ABŞ, Mərkəzi Asiya, Avropa kimi aparıcı iqtisadi məkanlarda da sərt düşüşlər baş verib. Avropa birjalarında indekslər -3-4% zəifləyib:

Stoxx Europe 600-in indeksi 3,67% aşağı düşərək 366.80 bala geriləyib;

Fransada CAC 40 indeksi  4,14% aşağı düşərək 5.139,11 balla həftəni tamamlayıb;

Almaniyada DAX 30 - 3,37% düşüş;

İngiltərədə FTSE 100 - 3,42% düşüş;

İtaliyada FTSE MIB 30 - 3,50% düşüş;

İstanbul birjası – 1.98% düşüş.

ABŞ birjlarında

Dow Jones - 2,54% düşüş;

S&P 500 - 3.06% düşüş;

Nasdaq - 2.97 faiz düşüş və s.

 

Mütəxəssislər bu düşüşləri koronavirusun dünya iqtisadiyyatına və ticarətinə vurduğu zərərlə açıqlayırlar. Çindən başlayıb dünyanın digər ölkələrinə yayılan virus qlobal iqtisadi əlaqələri ciddi şəkildə sarsıdıb, ticari münasibətləri minimum həddə endirib. Bir çox ölkələr dünya ilə bütün əlaqələri kəsərək öz qınına çəkilib. Bu da istər-istəməz istehsalatın da azalması ilə nəticələnib. İstehsal azalınca, təbii ki, neftə tələbat da aşağı düşür. Nəticədə gözünü neft gəlirlərinə dikən, qeyri-neft sektorunu qura bilməyən bizim kimi ölkələr də bundan ciddi şəkildə zərər görür.

Virusun nə qədər davam edəcəyi isə bilinmir. Çində artıq 3-cü ayına qədəm qoyan epidemiyanın təsirləri nəinki azalıb, əksinə getdikcə daha böyük vüsət alıb. İranda ən kritik günlərin hələ qabaqda olduğu vurğulanır. Avropa ölkələri koronavirusla yeni tanış olurlar və onları da yaxın günlərdə ciddi problemlər gözləyir. Virusun ən çox yayıldığı Avropa ölkəsi olan İtaliyada artıq onlarla insanın həyatını itirdiyi bildirilir. Digər Avropa ölkələrindən də koronavirus xəbərləri gəlməkdədir.

 

Koronavirusun iqtisadi təxribatları beynəlxalq maliyə qurumlarını da öz proqnoz və analizlərini dəyişdirməyə vadar edib. Məlimata görə, Beynəlxalq Maliyyə İnstitutu (IIF) ABŞ və dünya miqyasında böyümə proqnozlarına koronavirus səbəbiylə yenidən baxıb və gəldiyi qənaət bədbin olub. Belə ki, institut dünya iqtisadiyyatının maliyyə böhranından bəri ən aşağı səviyyələrə enə biləcəyi ilə bağlı xəbərdarlıq bəyanatı yayıb, ABŞ, Çin və digər qlobal iqtisadi nəhənglərin böyümə proqnozlarını aşağı salıb. Qurum ABŞ üçün böyümə proqnozunu 2%-dən 1.3% -ə, Çin üçün isə bu göstəricini 5.9% -dən 4.0% -ə endirib.

Açıqlamasında həmçinin 2019-cu ildə 2.6% civarında olan qlobal iqtisadi böyümənin bu il 1% -ə düşəcəyini bildirən qurum bunun maliyyə böhranından bəri ən aşağı səviyyə olduğunu qeyd edib. Bu isə əslində növbəti qlobal iqtisadi böhran deməkdir. Nədən ki, BMT hesabatlarında 1950-ci ildən bəri hər 12 ildən bir insan sayının 1 milyard artdığı vurğulanır. Hazırda 7 milyard olduğumuzu nəzərə alsaq, buI, 12 ildə 14% demoqrafik artım deməkdir. Məntiqlə, iqtisadi böhran yaşanmaması üçün iqtisadi böyümə də ən azı bu həddə olmalıdır.

 

Qeyd edək ki, son iqtisadi böhran 2008-ci ildə başlamışdı. Böhranın əlamətləri isə 2 il əvvəl görünmüşdü. Həmin böhran ərəfəsində dünya iqtisadiyyatı haqqında neqativ məlumatlar 2006-cı ilin ikinci yarısında gəlməyə başlamışdı. 2007-ci ilin ortalarında isə böhranın artıq ilkin əlamətləri ortaya çıxmış, 2008-ci ildə isə ən kritik həddə çatmışdı. Həmin vaxt ABŞ-ın ən ünlü investisiya banklarından sayılan Lehman Brothers iflasını elan etmiş və bu da dünya iqtisadiyyatında şok effekti yaratmışdı. Ardınca digər banklar və böyük şirkətlər də iflasa doğru sürüklənmişdi.

2008-ci il qlobal iqtisadi böhranını ilk proqnozlaşdıran isə professor Nouriel Roubini olmuşdu. Professor 2007-ci ildə Bloomberg telekanalına çıxaraq bədbin proqnozunu dünyaya belə duyurmuşdu: “Dünya iqtisadiyyatı üçün qorxunc dövrlər gözlənilir. Növbəti il üçün qlobal tənəzzül və maliyyə böhranı riski var". Üzərindən bir il keçməmiş professorun proqnozları tam doğrulmuşdu.

 

IIF-nin dünən yaydığı bəyanat da növbəti qlobal iqtisadi böhranın anonsu kimi səslənir. Azərbaycan üçün ən pisi odur ki, 2008-ci il böhranı daha çox sənaye ölkələrini vurmuş, bizim kimi neft istehsalçıları isə onun təsirindən qismən yayına bilmişdilər. Bu dəfəki böhranın ilk hədəfinin isə neft istehsalçıları ola biləcəyi istisna edilmir. Birjalardakı düşüşlər də onu göstərir. Necə ki, dünən neftin qiymətləri 9% ucuzlaşdığı halda, birjalarda bu tənəzzül 3-4% arasında dəyişmişdi.

Qısası, növbəti iqtisadi tənəzzülə hazır olun.(ovqat.com)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam