Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇİNDƏN GƏLƏN BÖYÜK TƏHLÜKƏ DÜNYANI SİLKƏLƏYƏCƏK ...–FED-in uçot dərəcəsini təcili endirməsinin sirri

 

 

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb. Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bənd aşağı salıb 1,5-1,7 %-dən 1-1,25%-ə endirib.

Yenixeber.org: "ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bənd aşağı salınmasına qərar verib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, FED bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxıb və sabit saxlamışdı.

 

İqtisadçı ekspert Rövşən Ağayev FED-in qərarını şərh edərkən bildirib ki, son dövrlərin ən sərt faiz endirimi qlobal iqtisadiyyat üçün durumun çox kritik olduğunu göstərir: “Narahatlıq doğuran məqam odur ki, 0.5 bəndlik azalma qərarın elan olduğu ilk anda bazarlara müsbət təsir etməsinə, ABŞ-ın əsas fond indekslərinin orta hesabla 2%-ə yaxın artmasına baxmayaraq, sonradan yenidən eniş müşahidə edilib”.

“Əgər aparıcı mərkəzi banklarının müdaxiləsi bazarların çöküşünü, panikanı və iqtisadi fəallığın azalmasını qısa müddətə dayandırmasa, dünya iqtisadiyyatının dərin böhrandan yaxa qurtarması çox çətin görünür”- deyə ekspert vurğulayıb.

Onun qənaətinə görə, bu ssenaridə artıq “OPEC+”-un müdaxiləsi neft bazarına təsirsiz qalacaq: “Belə görünür aparıcı dövlətlər artıq ən pis ssenari üçün hazırlıq içərisindədirlər”.

 

Maliyyəçi ekspert Zaur Əhmədov saytımıza şərhində qeyd edib ki, FED-in planlaşdırılmamış faiz endirimi qərarını sərt endirim hesab etmək olar. Buna ehtiyacın hansı səbəblərdən yaranmasına gəlincə, ekspert bir neçə təsiredici faktorları sadalayıb: “Birincisi, FED analitikləri baş verən son hadisələrinin dünya iqtisadiyyatına ciddi təsir edəcəyinə tam əmin olublar. Çünki koronavirus artıq təkcə Çinin yox, dünya iqtisadiyyatının probleminə çevrildi. Onun ilk neqativ təsiri turizm, ictimai iaşə kimi çevik xidmət sahələrində tez hiss olunsa da, günü-gündən coğrafiyasını böyütməklə sənayeni və qlobal ticarət münasibətlərini də təhdid etməyə başladı.

 

 

 

Proseslər getdikcə xammala olan tələbatı azaltdı, bununla yanaşı ilin əvvəlindən dünyanın əsas istehsal fabrikində məhsul istehsalı kəskin azalmağa başladı. 2020-ci il bayram tətilləri, Çində qeyd olunan yeni il, daha sonra koronavirusunun sərhədlərini genişləndirməsi iş yerlərində fasilələr yaratdı. İstehsalın dayanması və nəhəng müəssisələrinin xammala olan tələbatının kəskin azalması və s. problemlər yarandı”.

Ekspert qeyd edir ki, bütün bunlar prosesin birinci dalğası idi. Onun sözlərinə görə, ikinci dalğa digər ölkələrin Çindən yarımfabrikatlar və digər istehsal komponentlərini almasına dəyən zərbə ilə şərtlənir: “Belə ki, Çində daha əlverişli istehsal şərtləri mövcud olması səbəbindən dünyanın yüksək texnoloji sənaye məhsulları istehsal edən müəssisələrdən tutmuş, avtomobil sənayesinin ehtiyat hissələrinədək ən aparıcı yığım zavodları Çində qurublar. İndi məlum səbəbdən Çində gecikən istehsal kənardan xammal alışlarını yubadır. Boşdayanmalar transmilli istehsalın sifarişlərinin gecikməsinə şərait yaradır. Beləliklə dünya sənayesi ən yüksək səviyyədə təchizat zəncirindəki yubanmalardan asılı olaraq zərərlə üzləşəcək”.

Zaur Əhmədov bildirir ki, təchizatdakı yubanmaların indiyə qədərki müddəti FED-in faiz endiriminə tələsik getməsinin əsas şərtidir: “Çünki endirimli pul vəsaitlərinin istehsala, sənayeyə çatması da əlavə müddət tələb edəcək. Bu gün ilkin hissələrin istehsal müəssisələrində işçilərin tətildə buraxılması, xammala azalan tələb, 3-4 ay sonra hazır məhsul zavodunda çalışanların işsiz qalmasına səbəb olacaq. Çünki tələbat olan ehtiyat hissələri, yarımfabrikatlar və s. məhsullar olmayacaq. Sifarişlərin icrası ilk öncə Çində yubanacaq, daha sonra son yığım proseslərini həyata keçirən digər ölkələrdəki şirkətlərdə bu proses təkrarlanacaq. 25-50 günlük logistika müddəti, limanların bağlanacağı səbəbindən yükləmələrin, boşaldılmaların ləngiməsi son nəticədə dünya iqtisadiyyatında ciddi yubanmalara səbəb olacaq. Hesablamalara görə, əgər, mart ayında Çində istehsal tam gücü ilə işə düşərsə, bu, 2020-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının rüblük ÜDM-nin 10 faiz azalmasına gətirib çıxara bilər. Rüblük ÜDM-nin belə kəskin azalması isə Çində II Dünya Mühasibəsindən sonra heç vaxt olmayıb”.

Ekspert qeyd edib ki, eyni azalmanın dolayısı ilə ABŞ sənayesinə zərərlərini minimuma endirmək üçün FED bu qərarı həm təcili, həm də sərt verdi: “Böyük ehtimalla böyük Yeddilik olmaqla bir sıra ölkələrin təcili faiz endirimlərinə gedəcəyi labüddür. Sənayenin zəifləməsini domino effektindən qorumaq üçün bütün aparıcı sənaye ölkələri davamlı faiz endirimlərinə gedəcəklər”.

Z. Əhmədov xatırladır ki, FED ötən il 3 dəfə faiz endiriminə ardıcıl getdikdən sonra bu ilin 4-cü rübünədək faiz endirimi olmayacağını bəyan etmişdi: “Ağ Ev başçısı isə bəyan etdi ki, daha çox faiz endirimlərini gözləyirik. Sənayenin təchizat zəncirindəki problemin təsirlərini azaltmaq məqsədilə atılan addımların miqyası göstərir ki, koronavirusunun dünya iqtisadiyyatına təsirləri gözləntilərdən daha çox olacaq. Epidemiyanın qlobal iqtisadiyyatda müalicəsi monetar siyasətlə mümkün olmayacaq”.

 

 

Ekspert hesab edir ki, “OPEC+” ölkələrinin mart ayındakı toplantısı enerji bazarındakı qiymətləri qismən artırmağa kömək edəcək. Lakin ABŞ-da on illik istiqrazların da gəlirliliyinin 1,2 faizə qədər enməsi qlobal iqtisadiyyatda artım tempinin daha da azalacağının göstəricisidir.

Zaur Əhmədov vurğulayıb ki, qlobal təchizat zəncirində koronavirusunun ilk təsir dalğası Çindən xaricdə yerləşən bütün alıcıların ilk növbədə anbarlardakı mövcud əmtəələrin daha yüksək qiymətlə satmaq istəyini formalaşdıracaq: “Çünki fasiləsizlik pozulub, beləliklə yeni partiya mal göndərişlərində gecikmələr baş verəcək”.

Ekspert son olaraq onu da bildirib ki, dünya istehsalçılarının Çindən aldığı komplektləşdirici hissələrin, nəqliyyat vasitələrinin istehsalında lazımi məqamda tələb olunan detalların istehsal konveyerinin üzərində olmaması daha ciddi problemlər yaradacaq.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam