Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ərdoğan bir foto-şəkillə Putini belə qəzəbləndirib–Türk əks-kəşfiyyatı Rusiyaya meydan oxudu

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Pakistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə göstərdiyi bir foto-şəkil rusiyalı həmkarı  Vladimir Putini xeyli qəzəbləndirib.

Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, “Moskovsky Komsomolets”-in baş redaktoru Yaşar Nizaybayev bu iddianı irəli sürüb.

Baş redaktor “Radio Busines FM”-ə açıqlamasında bildirib ki, Ərdoğanın xaricə səfərlərində özüylə bərabər apardığı jurnalistlərlə səmimi söhbət edərək, onlara bəzən məxfi məlumatlar sızdırır. “Təyyarədəki bu cür söhbətlərin heç birində video çəkilişinə və ya səs yazısına imkan verilmir. Bunlar sonradan qələmə alınan şifahi nitqlərdir. Ancaq bu söhbətlər zamanı Ərdoğan nə vaxtsa və hər yerdə danışmadığı mövzulardan da bəhs edir. Ölkə rəhbərləri ilə telefon danışıqları barədə məlumatlar verir. Təyyarədə jurnalistlərə göstərilən və Putin narahat edən fotonun nə olduğunu isə bilmirik. Ortada sadəcə bəzi fərziyyələr var.”

  

Rusiya mətbuatı yazıb ki, Ərdoğanın jurnalistlərə göstərdiyi həmin fotoXəlifə Hafter ilə Sergey Şoygu və Valeri Gerasimovun 7 noyabr 2018-ci il tarixdə Moskvadakı söhbəti zamanı çəkilib. İddialara görə, Ərdoğan jurnalistlərə həmin şəkili bu cür tanıdıb:

Öndəki Hafterdir. Bu dairə içindəki isə cənab Putinin çox səmimi adamıdır. Bu adam «Wagner»-in rəhbəridir.  Buradakı Rusiyanın müdafiə naziri Şoyqudur. Yanında Rusiya Baş Qərargah rəisi Gerasimovu görürsünüz. Bunlar hazırda Rusiyanın ən yüksək hərbi nöqtəsindəki təhlükəsizlik qüvvələridir. Artıq «Wagner»-i bunlar idarə edirlər. Bir də qalxıb deyirlər ki, bizim Liviya ilə heç bir münasibətimiz yoxdur. Hal hazırda Rusiyanın özü bu müharibəni ən yüksək səviyyədə istiqamətləndirir. Sudandan Liviyaya gələn 5 minə yaxın döyüşçü var. Çaddan da gələnlər var. Hardasa, xaricdən 10 mindən çox əsgər gətirilib”. 

Rəsmi Moskva isə əvvəllər bir neçə dəfə Liviyada muzdlularının olmadığını açıqlamışdı. Ərdoğanın üzünü göstərməyib barəsində məlumat verdiyi foto-şəkil isə tamamilə başqa həqiqətləri ortaya qoyur. Belə məlum olur ki, rus hərbi muzdluları olan  “Wagner” qüvvələri nəinki Liviyada döyüşür, hətta onların arxasında Rusiyanın ən ali hərbi yetkililəri dayanır.

 

Görünür, Vladimir Putini qəzəbləndirən də elə Rusiya əks-kəşfiyyat və hərbi orqanlarının Xəlifə Hafter ilə apardıqları gizli danışıqlarından çəkilmiş fotonun Türkiyə prezidenti Ərdoğanın əlinə keçməsi və bunun faş edilməsidir. Rusiya xüsusi kəşfiyyat orqanlarına açıq-aşkar meydan oxuyan bu jest Türk xəfiyyə sisteminin Kremlin içərilərinə qədər sızdığı anlamına gəlir. Hər halda bu qədər ali hərbi rütbəlilərinin Moskvadakı sözügedən məxfi görüşü Kremldə olmasa belə, təhlükəsizlik tədbirləri baxımından ona bərabər olan məkanda keçirilə bilər ancaq.

Bəs o zaman Rusiyanın istər Ukraynada, istər Suriyada, istərsə də Liviyada keçirdiyi əməliyyatlarda adı hallanan «Wagner» qüvvələri nədir və nəyə qulluq edir?

  

"The Sunday Times"-ın iddiasına görə, bu hərbi qüvvə Putinin məxfi ordusudur. Fəqət bu hərbi birləşmənin dövlətlə hər hansı əlaqəsinin mövcudluğunu inkar edən Moskva “Wagner”-in sadəcə özəl mühafizə şirkəti olduğunu bildirir. Bu qurumun dövlətlə əlaqəsi o qədər məxfi saxlanılır ki, bunu araşdıranlar, ümumiyyətlə “Wagner”-lə bağlı hər hansı məlumat əldə etməyə çalışanlar ağır tale ilə üzləşməli olurlar. Belə qara tale yaşayanlardan biri də Azərbaycan oxucularının yaxından tanıdığı Rusiyanın əslən azərbaycanlı olan məşhur jurnalisti Orxan Camal idi. 2018-ci ilin 30 iyui tarixində rejissor Aleksandr Rastorquev və kameraman Krill Radçenko ilə birlikdə Afrikada qətlə yetirilən Orxan Camalın “Wagner”-i araşdırmaq və qurum barəsində sənədli film çəkmək təşəbbüsünün qurbanı olduğu bildirilir.

  

Wagner”-in hazırda əsasən Suriyada döyüşdüyü xəbər verilir. Məlumata görə, bu ölkədə Rusiyanın məxfi muzdlular ordusunun minlərlə döyüşçüsü var və bu da Moskvaya müharibə itkilərinin sayını az göstərməyə imkanı verir: zira  Moskva yalnız rəsmi hərbi xidmətdə olanların itkiləri barədə məlumatları açıqlayır.

«Wagner» adlanan şirkətin muzdluluları Rusiyanın rəsmi qüvvələri ilə çiyin-çiyinə prezident Əsədin opponentlərinə qarşı vuruşurlar. İndiyədək bu "gözəgörünməz" Rusiya ordusunun yüzlərlə döyüşçüsünün həlak olduğu barədə məlumatlar var və bu məlumatlar onların qohumlarından gizlədilir.

"The Sunday Times"-ın iddiasına görə, hazırda təkcə Suriya müharibəsində bu gizli ordunun 1500-2000 arası döyüşçüsü iştirak edir, bu isə Suriyadakı rəsmi Rusiya kontingentinin az qala yarısıdeməkdir. Bu döyüşçülərdən əsasən 2015-ci ildə münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub.

  

«Wagner» qüvvələri İŞİD adlandırılan ekstremist qruplaşmaya, habelə Əsədə qarşı olan başqa qüvvələrə qarşı döyüşüblər. Lakin Rusiya Müdafiə Nazirliyi «Wagner»-in mövcudluğunu məxfi saxlayır.

Bildirildiyinə görə, «Wagner»-in öldürülmüş əsgərlərinin qohumlarına susmaq əmri verilib. Onlara kompensasiya kimi 3 milyon rubl və ya 50 min dollar qanpulu verilir.

Bəs, Putinin məxfi ordusu öz rusca olmayan adını hardan alıb?

İddialara görə, Wagner Rusiya xüsusi qüvvələrinin təxminən 40 yaşlarında olan keçmiş zabiti Dmitri Utkinin əsgər ləqəbidir.

Rusiyada muzdlu döyüşçülərdən istifadə qadağan olsa da, «Wagner»Kremlin xeyir-duası ilə fəaliyyət göstərir. Türkiyə prezidentinin məlum açıqlaması da bu iddianı təsdiqləyir. İddiaları gücləndirən digər faktUtkinin Putinlə Kreml ziyafətlərindən birində yanaşı çəkdirdiyi şəklidir. Bu foto-şəkil məxfi ordunun Putinin təlimatı ilə Utkin tərəfindən qurulduğunu göstərir.

   

«Wagner» haqqında məlumatların əksəriyyətini keçmiş polis zabiti, sonrada jurnalist kimi fəaliyyət göstərəm Denis Korotkov aşkar edib. Onun mənbələri bildiriblər ki, Suriyadakı döyüşçülərə Şimali Koreyada istehsal olunmuş avtomatlar və RP-46 kimi Sovet dövründən qalma pulemyotlar verilir. Bundan başqa «Wagner» birlikləri Suriya qüvvələri tərəfindən T-72 tankları ilə təchiz olunub.

Bu da məlumdur ki, muzdlular rütbələrindən asılı olaraq aya təxminən240 min rubl (4 min dollar) maaş alırlar. Onların əksəriyyəti keçmiş sovet ordusu veteranlarıdır və bir çoxları Şərqi Ukraynada separatçılarla yanaşı döyüşüblər. Putin də bunu gizlətməyib, müsahibələrinin birində onların Donbasa "öz qəlblərinin çağırışı ilə getdiklərini" bildirib.

İndisə görünən budur ki, rus muzdluları “öz qəlblərinin səsinə qulaq asaraq”, Rusiyadan xeyli uzaqda yerləşən Liviyaya da gediblər. Bunu da Ərdoğan üzünü göstərmədiyi bir foto-şəkillə ifşa etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam