“DÜŞÜNMƏYİN KI, ÇİNLİLƏR HƏR ŞEYİ YEYƏN VƏHŞİ XALQDIR” -Coronavirusu yayan İYRƏNC bazar + VİDEO
Koronavirusun doğurduğu söz-söhbət dalğası barədə «Naynyue Çjan» adlı Pekin nəşriyyatının əməkdaşı rusiyalı jurnalistə danışıb. Bildirib ki, bəzi çinlilər epidemiyanı «nəhs» Siçovul ilinin ayağına yazır və immuniteti naringilə möhkəmləndirməyi təklif edirlər.
Maskalar, karantin, sərhədlərin bağlanması, pozulmuş planlar və noutbukun monitoru qarşısında sönük həyat…Hər səhər televizoru işə salarkən, çinlilər koronavirsun yeni qurbanları barədə informasiyaları «donmuş ürəklə» dinləyirlər...
Çin Xalq Respublikasının (ÇXR) əhalisi yorucu atmrosferin öhdəsindən necə gəlir və koronavirus insanlarda nəyi dəyişib? Bu barədə Pekin nəşriyyatının əməkdaşının rusiyalı jurnalistə müsahəbəsini oxucuların nəzərinə təqdim edirik.
- Koronavirusa görə, Çin hakimiyyəti ən yüksək fövqəladə vəziyyət səviyyəsi elan etdikdən sonra Çin şəhərlərində həyat necə dəyişib?
- Mən indi öz doğma şəhərimdəyəm - Çinin şimal-şərqindəki Lyaonin əyalətindəyəm. Onun əhalisi 2,1 milyon nəfər təşkil edir. Amma koronairusla bağlı bu şəhərdə bütün əyləncə müəssisələri, kinoteatrlar, kafelər, hətta hamamlar bağlanıb. Bəzi restoranlar bağlanandn sonra, yeni il bayramları üçün almış oldüqları ərzaqları satmağa başladılar. Biz, bunun sayəsində münasib qiymətə təzə balıq ala bildik. İndi küçələrdə maşınların sayı əvvəlki günlərlə müqayisədə xeyli azalıb. Apteklərdə uzun növbələr görməmişəm, amma bəzən maskalar hamıya çatmır. Mən ictimai nəqliyyatdan istifadə etmirəm. Amma görürəm ki, insanlar avtobuslarda adi günlərdə olduğundan azdır və hamısı maskadadır.
- Görünür, bu Yeni il xeyli qəribə oldu?
- Biz, ailəmizlə, həmişə olduğu kimi, Daxili Monqolustan əyalətində yaşayan nənəmizin qonağı olduq. Ənənəyə uyğun olaraq, Yeni ilin ilk günlərini biz, qonaq gedirik və süfrə açırıq. Qohumlardan və tanışlardan ibarət böyük kampaniya yığışır. Ancaq bu dəfə ilk bayram günü qohumlardan yalnız biri gəldi və hətta çay belə içmədən, çıxıb getdi.
Düşünürəm ki, bu dəfə çinlilərin əksəriyyəti virusa yoluxmamaq üçün ölkə üzrə səfərlərdən imtina etdi. Biz də valideynlərimizlə birlikdə Çinin cənubuna səyahətdən imtina etməyə məcbur olduq. Nəməmgildən evimizə maşınımızla qayıtdıq. Yeri gəlmişkən, yolda bizi yol xidmətinin əməkdaşları saxlatdı, Hubeydə (burada virusun ilk qeydə alındığı Uxan şəhəri yerləşir) olub-olmadığımızı soruşdular və sonra temperaturumuzu ölçdülər.
Qalan bütün bayram günlərini biz, evimizdə keçirdik - internetdə filmlərə baxdıq. Mən, dostlarımla görüşmədim - yalnız çat vasitəsilə bir-birimizi təbrik etdik. Əlbəttə ki, evdə darıxdırıcıdır. Adətən biz bayramlarda dostlarımızla haradasa şəhərin bir tərəfində - kafedə, kinoda görüşürük. Ancaq indi gediləsi bir yer yxdur - evdə oturmaqdan başqa bir yol qalmır.
Yeri gəlmişkən, sosial şəbəkələrdə gülməli roliklər yerləşdirirlər - xalqın öz vaxtını dörd divar arasında necə keçirməsi barədə. Fotolar yerləşdirilər - qoz və quru meyvələrin necə metoik formada seçilməsi barədə, naringilərin yarpaqlarını sayırlar və s.
- Başqa sözlə, sosial şəbəkədə pakinka yoxdur?
- Əlbəttə, epidemiya çoxlarını həyacalandırır, xüsusilə də hər gün xəstəlik barədə yeni rəqəmlərin səsləndirildiyi zaman. Mən insanlarda yüksək ehtiyatkarlıq hiss edirəm, amma panika və paranoyya yoxdur. Bir çoxları Uxanda yeni xəstəxanaların tikintisini onlayn rejimdə izləyirlər. Yayımlara artıq milyonlarla baxışlar qeydə alınıb.
İnternetdə həm də qatarlar və avtobuslar barədə informasiyalar dərc edirlər: xəstələr hansı vaqonda, nə vaxt, və hara gedblər? Bu ona görə edilir ki, elə həmin ictimai nəqliyytdan istifadə etmiş sərnişinlər ləngimədən həkimə müraciət edə bilsinlər.
Şəbəkədə yoxlanlmamış xəbərlər və söz-söhbətlər çox olur. Məsələn, zərəçəkmişlərin sayını artırırlar, epidemiyalar barədə özlərinin versiyalarını uydururlar. Misal üçün, «siçovul həmişə fəlakət gətirər» kimi versiyalar. Bəziləri immuniteti naringilə möhkəmlətməyi təklif edirlər. Əlbəttə, yalnız rəsmi mənbələrin informasiyalarına inanmaq lazımdır.
- Necə biliriniz, hökumət əhaliyə nələri isə axıra qədər söyləməyə bilərmi?
-Fəlakətin miqyasını gizlətməyin mənasını görmürəm. İnternetin sayəsində doğru informasiya çox tez yayılır. Hesab etmirəm ki, nəyi isə milli səviyyədə gizlətmək mümkün olsun. Dövlət əhalinin gözündə inandırıcı olmalıdır. Hökumət milli fəlakət şəraitində nə qədər inandırıcı olsa, o qədər də yaxşı fəaliyyət göstərmiş olar.
Bəzi xarici KİV-də fəlakətin ehtimal olunan miqyasından yazırlar. Ancaq bu versiyaların tibbi əsası varmı? Əgər inam yoxdursa, nə üçün yazırlar?
- Koronavirusun meydana gəlməsini Uxandakı bazarla əlaqələndirirlər. Guya orada yoluxmuş ilan satıblar. Guya insanlar ilanları və yarasaları qida qismində istifadə ediblər. Bu heyvanlar çinlilərin rasionuna daxildirmi?
- Yox, əlbəttə, daxil deyil. Mən, vəhşi heyvanların ətini yemirəm və anlamıram ki, onu nə üçün yemək olar… Uxandakı kimi, belə ekzotik bazarlar çətin ki, populyar olsunlar. Mənim şəhərimdə belə bazarlar yoxdur. Mən də internetdə sensasiyalı videoklplər görmüşm ki, qız kafedə yarasa ətindən hazırlanmış şorba yeyir…
Hesab edirəm ki, bu məsələyə çinli istifadəçilərin əksəriyyətinin reaksiyası belədir, rusiyalılarda olduğu kimi –ŞOK!
Bəli, bəziləri ilan və yarasa əti yeyirlər və bunun möcüzəli xüsusiyyətlərini tərifləyirlər. Ancaq hesab etmək lazım deyil ki, çinlilər - hər şeyi yeyən vəhşi xalqdır.
Hazırladı: Mirzə AĞ