Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

RUSİYA HAKİMİYYƏTİNİN “KORONAVİRUS ŞOUSU” – Sərhədlər belə nəzarətə götürülməyib, ancaq...

 

“Krasnoyarsk vağzalına gələn çinlilər maskasızdırlar, siqaret çəkir, yerə tüpür, öskürürlər...”

Yenixeber.org: Rusiya hökuməti Çində yayılan və artıq bir neçə ölkəyə sıçrayan koronavirus epidemiyası ilə mübarizəyə dair səs-küylü bəyanatlar, qərarlar versə də, reallıqda hər şey bir qədər fərqlidir.

 Rusiya mətbuatında hakimiyyətin epidemiyanın yayılmasına qarşı mübarizəsinin görüntü xarakterli olduğu, əslində isə Çinlə əlaqələrin ciddi təhlükə mənbəyi olaraq qaldığına dair məlumatlara rast gəlinir.

Xatırladaq ki, rəsmi Moskva hətta Çindən Almaniyaya uçan sərnişin təyyarəsinin Moskvaya müvəqqəti eniş etməsinə belə icazə verməyib.

“Novaya Gazerta” nəşri yazır ki, yeni hökumət başçısı Mixail Mişustin yanvarın 30-da Çinlə sərhədin bağlanmasına dair rəsmi göstəriş versə də, reallıqda bu ölkə ilə aviasiya və dəmir yolu əlaqəsi faktiki olaraq, qalmaqdadır.

Hakimiyyəti şou göstərməkdə günahlandıran nəşr qeyd edir ki, ölkənin ali baş komandanı Vladimir Putin Çinin epidemiyanın təsirinə məruz qalan ərazilərindəki Rusiya vətəndaşlarının hərbi hava qüvvələrinin təyyarələrinin vasitəsilə ölkəyə gətiriləcəyinə dair göstəriş verib.

 

 

“Deməli, televizorda göstərməyə şey tapacaqlar” deyə bildirən “Novaya Gazeta” reallıqda sadəcə, sərhədlərin belə normal şəkildə nəzarətə götürülmədiyini bildirir.

Qəzet qeyd edir ki, məsələn, Uzaq Şərq regionunda sərhədlər bağlansa belə, Sibir ərazisində sərhəd açıqdır: “Artıq Tümen vilayətində bir nəfərin bu virudsa yoluxması faktı aşkarlanıb və rəsmən təsdiqlənib.”

Nəşr bildirir ki, guya hava əlaqəsinin kəsildiyinə dair bəyanatlar verilsə də, “Aeroflot”un təyyarələri Çinə birbaşa reysləri davam etdirir. Həmçinin, çarter reyslərinə də heç bir qadağa qoyulmayıb – “sanki çarter reyslərilə koronavirus yayıla bilməz” deyə qəzet yazır.

 

 

“İmitasiya yaratmaq bizim dövlət maşınının işinin baza rejimidir” deyən nəşr xüsusilə dəmir yolu əlaqəsinin ölkə əhalisi üçün ciddi təhlükə yaratdığını qeyd edir. Qəzet yazır ki, bir gün ərzində hökumət Çinlə dəmiryolu vasitəsilə yük daşınmasına həm qadağa qoydu, həm də bu qadağanı götürdü. Belə ki, yenə də Rusiyadan Çinə meşə materialları, əks istiqamətdə isə ərzaq məhsulları da daxil olmaqla, Çin malları daşınır.

 

 

Sərnişin daşınması isə Moskva-Pekin qatarı vasitəsilə davam etdirilməkdədir: “Fevralın 1-də Pekindən Moskvya yola salınan qatar səhər saat 07.58-də Krasnoyarskda olub. 18 vaqondan ibarət qatarın üçdə ikisi dolu olub. Qatarı cəmi üç nəfərdən və bir tibb çantasından ibarət qrup qarşılayıb. Heç bir normal yoxlama prosesi keçirilmədən qatardan düşənlər şəhərə tərəf yollanıblar. Vağzala düşən çinlilər və qatar bələdçiləri maskasızdırlar, onlar vağzalda siqaret çəkir, yerə tüpürür, öskürürlər. Sonra da heç nə olmamış kimi qatara minərək, yola davam edirlər. Qatar isə Moskvaya yol alır...”

Qəzet yazır ki, hal-hazırda da “Yandeks” Çinə getmək istəyənlərə dəmir yolu bileti və aviabilet təklif edir. Rəsmən “Aeroflot” yalnız “Şermetyevo” hava limanından Çinin 4 böyük şəhərinə uçuşlara icazə verir. Ancaq qəzet iddia edir ki, regionlardan, xüsusilə də Çinə yaxın vilayətlərdən bu ölkəyə uçuşlar son günlərə qədər davam etdirilib. Vladivastokdan və Krasnoyarskdan fevralın 2-si tarixinə uçuşlar nəzərdə tutulur. Hətta əlavə reyslərin açılacağına dair məlumatlar var.

“Novaya Gazeta” sonda bildirir ki, Rusiya hakimiyyətinə yaxın hərbi ekspertlərin Moskvanın ABŞ-ı guya cəmi 10 raket zərbəsilə məhv edə biləcək supergücə malik silahlarının, yeni raketlərinin olduğuna dair söylədikləri fikirlər kimi, koronavirusa qarşı mübarizə görüntüsü də yalan və şoudan başqa bir şey deyil.(azpolitika)

Tahir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam