Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şirvanda Əsmər Əliyeva “rüzgar“ı -Sabiq generalın qızı haqqında ilginc məlumatlar

 

 
   
 

bitmap-img6

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı barədə ilginc məlumatlar yayılıb. 
 
Yenixeber.org: Sosial şəbəkələrdə yayılan məlumatlara görə 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın atası ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin qızıdır. Əlimusa Əliyev sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olduğu barədə mətbuatda məlumatlar gedib.  
 
Qeyd edək ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi Prezident İlham Əliyev tərəfindən ləğv edildikdən sonra qurumun bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev Əlimusa Əliyevi təhlükəsizlik orqanlarından uzaqlaşdırdı. 
 
Eldar Mahmudovun digər kadrları kimi Əlimusa Nağıyev də dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməyi "bacarıb". Onun hazırda da bir neçə rayonda mülklərinin, istirahət kpmplekslərinin olduğu deyilir. 
 
Məsələn, deputatlığa namizədin atasının milyonlarla qiyməti olan mülklərindən biri Qaxın İlisu kəndindəki "BERGS HOTEL AND RESTAURANT" istirahət mərkəzidir.
 
Həmçinin, onun Qəbələ şəhərində də istirahət məkanları var. 
Xatırladaq ki, 1985-ci il təvəllüdlü Əsmər Əliyeva 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
 O, Bakı Dövlət universitetinin Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
Şirvan şəhərinə yeni təyin edilmiş İcra başçısı İlqar Abbasovun Əsmər Əliyevaya dəstək nümayiş etdirdiyi də yayılan məlumatlar sırasında yer alır.(azfakt)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam