Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Vurulmuş” MTN generalı danışdı

mtn_bina_yeni_main_180215

Xeberinfo.com:   Dünən gununsesi.info ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin rüşvət ittihamı ilə həbs olunacağına dair məlumat yayıb. Xatırladaq ki, həmin məlumatda bildirilir ki, Eldar Mahmudovun “vurulmasından” sonra təqaüdə göndərilən general artıq istintaqa dəvət olunub. Əlimusa Əliyevin istintaqa dəvət olunmasına səbəb isə vaxtilə nazirliyə işə qəbul prosesində rüşvət hallarıdır. Məlumatda bildirilir ki, MTN-də işə düzəlmək üçün rüşvət verən amma gözləmə mövqeyində olan bir neçə nəfər son olaylara görə, işə qəbul edilməyib. Pulları mənimsənilən həmin vətəndaşlar isə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan başqa rüşvət verib, yeni işə qəbul olunan şəxslərin də ifadələri alınıb.
Gununsesi.info-nun əməkdaşı Əlimusa Əliyevlə danışa bilib. “Vurulmuş” general barəsində səslənən iddiları təkzib edib.
Onunla söhbətimizi təqdim edirik:

-İstintaqa cəlb olunmusunuzmu? Həbs olunacağınıza dair iddialar nə dərəcədə doğrudur?
-Mən cinayət törətməmişəm ki, məni də həbs etsinlər. Kim bu xəbəri yayır? Belə bir şey yoxdur, yalandır. Mənim telefonumu haradan almısınız…?
-Sİz MTN-də Kadrlar Baş İdarəsinin rəisi olmusunuz. Sirr deyil ki, Eldar Mahmudov nazirliyi bazara çevirmişdi. MTN-nə işə girmək üçün qabiliyyət yox, pul vacib şərt idi. Bu bir reallıqdır və təkzib edə bilməzsiniz?
-Mənim heç nədən xəbərim yoxdur. Kim pul verib, kim alıb. Bunlar mənlik deyil. Mənə belə sual verməyin…
-Eldar Mahmudovun nazir təyinatından sonra nə qədər vakant yerə adam götürülüb?
-Mən sizə cavab verməyəcəm. Məni bu işlərə qatmayın. Ortada iş gedir, araşdırılır.
-Eldar Mahmudovla əlaqəniz varmı? Sabiq naziriniz olub, uzun illər birlikdə çalışmısınız?
-Xeyr, heç bir əlaqəm yoxdur. 9 aydır ki, təqaüdə çıxmışam, oturmuşam evimdə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam