Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Almaniyanın bağışladığı 3 “Mersedes”i özünə, oğluna, qızına götürən sovet naziri – Şelokovun tamahı

 

Yenixeber.org: Məsələyə bu şəkildə ciddi yanaşma və yaranan narahatlıq isə öz növbəsində bir daha sübut edir ki, yarandığı vaxtdan süqut etdiyi günə qədər SSRİ-də korrupsiya olub. Və bunu nə qədər gizlətməyə cəhd etsələr də, “ideal” sosializm rejimindəki bu cinayətlərdən zaman-zaman hamı xəbərdar olub.

Statistik göstəricilərə görə, korrupsiyaya qarşı mübarizə ən yaxşı nəticələrini Stalin hakimiyyətinin ikinci onilliyində və Yuri Andropovun ölkəyə rəhbərlik etdiyi vaxtda verib. Məhz bu ərəfələrdə korrupsiya ilə bağlı cinayət faktları xeyli azalıb.
SSRİ-də dövlət məmurlarının zəngin həyat tərzinə kütləvi aludəçiliyi Nikita Xruşovun hakimiyyəti illərindən başlayıb. Əgər əvvəlki dövrlərdə az bir qism məmur cah-cəlal içərisində yaşamağı özünə rəva bilibsə, Xruşov hakimiyyətə gəldikdən sonra bir çox rayon və şəhər partiya komitələrinin birinci katibləri heç də Moskvadakılardan geri qalmayıblar.

Xruşovun səs-küylü çıxışları, hədə-qorxuları dövlət məmurlarını “zəngin həyatdan” geri çəkə bilməyib.

Məsələn, Xruşovun ən yaxın adamlarından biri sayılan mədəniyyət naziri Yekaterina Furtseva qiymətli hədiyyələr və o cümlədən hədiyyə qismində pul almaqdan çəkinməyib. Onu da qeyd edək ki, Furtseva pulu yalnız xarici valyutada alıb. Müəyyən dairələrdə bu məsələ müzakirə olunanda mədəniyyət naziri özünə belə haqq qazandırıb:

“Mənə verilən qiymətli hədiyyələr və pullar şəxsiyyətimə olan ehtiramın ifadəsidir. Bunları mən rüşvət kimi deyil, hədiyyə kimi qəbul edirəm, burada isə heç bir qəbahət yoxdur...”

Tanınmış aktrisa Qalina Vişnevskaya sonralar jurnalistlərə verdiyi müsahibələrdə Furtseva haqqında fikirlərini belə bölüşüb:
“Furtsevanın zəngin həyatını sözlə ifadə etmək çətindir. Onun yaşam tərzi, qarderobu, xarici ölkələrə səfərləri, içdiyi içkilər, istirahəti və əyləncəsi təbii ki, nazir maaşı hesabına əmələ gələn məsələ deyildi. O, hamıdan pul alırdı, xüsusilə də xarici ölkələrə qastrola gedənlərdən. Yaxşı xatırlayıram, çalışdığım Böyük Teatrla Parisdə 40 günlük qastrolda idik. Biz çox az qonorar alırdıq, hər günümüzə 10 dollar yazılırdı. Mən qastrolun sonuncu günü aldığım 400 dolların hamısını ona verdim. O, isə gülümsəyərək mənim halal pulumu böyük həvəslə götürdü və heç “sağ ol” da demədi. Başqa çıxış yolumuz yox idi, əgər aldıqlarımızı ona verməsəydik, bizi səhnəyə çıxmaq qadağası gözləyirdi...”

Xruşovun komandasının əksər nazirləri, komitə sədrləri məhz belə yaşayıblar.

SSRİ-də korrupsiyanın, həmin dövrün təbirincə desək, sosialist əmlakının dağıldılmasının ən geniş vüsət aldığı dövr isə Leonid İliç Brejnevin hakimiyyəti illərinə təsadüf edib.

Hətta Yuri Andropov kimi sərt bir DTK sədri bir çox hallarda yeyintilərə qarşı mübarizədə susmaq məcburiyyəti qarşısında qalıb. Faktlar da bunu, Andropovun Brejnev qarşısındakı çarəsizliyini bir daha sübut edir.

Moskvada keçiriləcək Olimpiya oyunlarına bir il qalmış Almaniya hökuməti SSRİ-nin daxili işlər naziri Nikolay Şelokova üç ədəd “Mersedes” avtomibili təqdim edib. Bu avtomobillər Moskvaya gətirilib. Məqsəd Olimpiya oyunları ərəfəsində ictimai asayişin qorunmasında bu avtomobillərdən istifadə etmək olub. Almaniya hökuməti öz istehsal etdiyi avtomobilləri böyük partiyalrla SSRİ-nin DİN-inə satmaq niyyəti güdüb. Bu haqda Brejnevin də məlumatı olub. Amma Şelokov bu sövdələşməyə getmək istəməyib. Nazir almanlardan maşın alarkən heç bir qazanc əldə edə bilməyəcəyini yaxşı anlayıb. Onun üçün milis orqanlarına sovet istehsalı olan avtomobillər almaq daha “sərfəli” olub. Öz məqsədini həyata keçirmək üçün nazir müavinləri ilə birgə Brejnevin qəbuluna gedib. Baş katib “qonaq”larını gülərüzlə qarşılayıb, kürəkəni, nazir müavini Yuri Çubanovla isə daha mehriban görüşüb. Şelokov təşriflərinin məqsədini açıqlayıb:

- Leonid İliç, biz həmişə sizin xüsusi diqqətinizi daxili işlər orqanlarının üzərində hiss etmişik. Bu məsuliyyətli günlərdə də bir daha bunu hiss edirik. Sizi əmin edirik ki, Olimpiya oyunları günlərində də ictimai asayişin qorunmasında bütün gücümüzü səfərbər edəcəyik. İcazə verin, Daxili İşlər Nazirliyinin rəhbərliyi adından sizə kiçik bir hədiyyəni təqdim edib.

Şelokov xüsusi futlyarda olan, xaricdə istehsal olunmuş, üzərindəki qızıl işləmələrlə göz oxşayan tüfəngi Brejnevə təqdim edib. Xoşhal olan Brejnev məmnunluğu ilə görüşə böyük bir səmimiyyət qatıb. Bundan sonra Şelokov milis orqanları üçün yerli istehsal maşınlarının tədarük edilməsi razılığını Brejnevdən asanlıqla ala bilib. Almanların bağışladığı üç maşının biri Şelokova, biri Şelokovun qızına, digəri isə Şelokovun oğluna çatıb.

Daha bir fakt. Moskva dövlət təhlükəsizliyi idarəsinin rəisi general-polkovnik Viktor Alidin (onun haqqında növbəti saylarda yazı təqdim olunacaq) Yuri Andropova balıq təsərrüfatı naziri Aleksandr İşkovun fəaliyyətində dəqiqləşdirilmiş korrupsiya faktı haqqında məlumat verib və nazirin həbs olunmasını zəruri sayıb. Andropov İşkovun vəzifə ranqını nəzərə alaraq onun həbs olunmasının baş katiblə razılaşdırılmasının vacibliyini bildirib və bu haqda Brejnevlə məsləhətləşməyi qərara alıb.

Brejnevin Andropova cavabı belə olub:

- İşkov nazir olmaqla yanaşı, həm də Mərkəzi Komitənin üzvüdür. Onun həbs olunması partiyamızın adına ləkə gətirə bilər. Buna görə də bu məsələni qurultaya qədər müzakirəyə çıxarmaq olmaz. Amma siz onu çağırıb ciddi söhbət aparın.

Andropov İşkovu DTK-ya dəvət edib. Nazir 23 min rubl yeyintinin olduğunu etiraf edib və söz verib ki, həmin pulları büdcəyə qaytaracaq. Daha sonra Viktor Alidinin təqdim etdiyi sənədlərdə İşkovun daha 29 min rubl yeyintisi üzə çıxıb. İşkov həmin pulları da büdcəyə qaytarıb. Əslində isə sonralar məlum olub ki, İşkov dövlətin milyonlarla pulunu mənimsəyib. Onu da qeyd edək ki, 40 ildən artıq bir müddətdə ölkənin balıq təsərrüfatına nəzarət edən Aleksandr İşkov illər boyu siyasi elitanı təzə balıq və qara kürü ilə susdurmağı bacarıb, o cümlədən Brejnevi də.

Brejnevdən sonra hakimiyyətə gələn Andropov korrupsiyaya qarşı mübarizəni gücləndərib və ciddi nəticələr əldə edib. Amma təbii ki, 15 aylıq Andropov hakimiyyət 18 illik Brejnev hakimiyyətinin özbaşınalıqlarına tam son qoya bilməzdi. SSRİ-nin dağılmasının səbəblərindən biri də məhz bu cür əndazəsini aşmş korrupsiya və özbaşınalıqlar olub.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam