Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Moskvada FTX binasının qarşısında atışma –ölənlər var VIDEO

  

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, dekabrın 19-da onun Lubyanka meydanındakı iqamətgahının qarşısında naməlum şəxsin atəş açması nəticəsində bir FTX zabiti həlak olub və daha beş nəfər yaralanıb.

Yenixeber.org: Məlumatda atəş açanın tək olduğu və FTX-nin binasına daxil ola bilmədiyi bildirilir.

Bundan əvvəlki məlumatda FTX hücum edənin “neytrallaşdırıldığını” bildirmişdi. Bu söz adətən “öldürülüb” sözü mənasında işlədilir.

Beləliklə, hücum edən şəxsin öldürüldüyü qeyd olunub.

                              Rusiya FTX keçmiş sovet DTK-sının varisidir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə atışmada 5 nəfər yaralanıb və iki FTX zabitinin vəziyyəti ağırdır.

Hadisə yerindən çəkilmiş videoda adamların Lubyanka meydanında baş verən atışmadan qaçdığı görünür.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, prezident Putin hadisə barədə məlumatlandırılıb.

Atışma Putinin böyük brifinq keçirdiyi gündə və Rusiya Təhlükəsizlik Xidmətləri gününün (20 dekabr) ərəfəsində baş verib.

Bu da deyilir ki, atışma baş verəndə keçmiş DTK zabiti Putin Kremldə keçirilən təntənəli bayram konsertindən əvvəl böyük nitq edirdi.

O deyib ki, 2019-cu ildə Rusiyada azı 54 terrorla bağlı hadisənin qarşısı alınıb.

FTX hücum edənlərin üç nəfər olduğu barədə bundan əvvəl verilən xəbərləri təkzib edib.

RT dövlət telekanalı bildirib ki, Rusiya kəşfiyyat orqanları atışmanı “terror aktı” adlandırıb.

Bu da deyilir ki, hadisədən saatlar keçməsinə baxmayaraq FTX binasının ətrafındakı küçələr bağlı qalır.

azadliq.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam