Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Cavid Qurbanov faktları necə manipulyasiya edib? –ARAŞDIRMA

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun keçmiş sovet ölkələri arasında lider olduğunu deyib: “Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə birincidir”.

Yenixeber.org: Cavid Qurbanovun dediklərinin doğru olub-olmadığını yoxlamışıq. “ADY” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş Sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.

 

Cavid Qurbanovun səhmdar cəmiyyətin sədri təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun 29,6 mln. frankı (61,6%-i) “ADY” QSC-nin payına düşüb. 2014-cü ildə bu göstərici 41,4 % olub.

Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor borclarını tam olaraq ödəyib. Sonrakı illər ərzində borc gösəricisi aşağıdakı cədvəldə olduğu kimi, dəyişib.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurası (mln. İsveçrə frankı)
il ümumi borc “ADY”QSC-nin borcu “ADY”QSC-nin borcu (%-lə)
2014 33,3 13,8 41,4
2015 48 29,6 61,6
2016 36,7 23,9 65,1
2017 20,8 9,1 43,8
2018 4,8 0 0
2019 8,2 0 0

2019-cu ilin ilk 9 ayı ərzində Şuraya üzv olan dövlətlərin dəmir yolu administrasiyaları 1,5 mlrd. ton yük daşıyıb. Bu öhdəliyin 19,6 %-i “ADY” QSC-nin üzərinə düşüb. Hesabatda qeyd olunur ki, ötən illə müqayisədə Azərbaycanda yüklərin yüklənməsi normasında 8% azalma qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC Yüklərin yüklənməsi
il %
2014 +8,7
2015 +9,4
2016 +24
2017 +17,1
2018 +20,5
2019 +19,6

Azərbaycan üzrə sərnişin qatarlarının hərəkət qrafikində ən çox geriləmə 4,9% olmaqla 2014-cü ildə qeydə alınıb. 2015-ci ildə bu qatarların yola çıxışında 2,2 %, yolda hərəkətində 0,6% və çatma qrafikində 6,4% geriləmə baş verib.

2019-cu ilin ilk doqquz ayı ərzində  Şura üzvü olan dəmir yolu qurumları 12,4 mln. sərnişin daşıyıb. Amma bu göstəriciyə Ermənistan və Türkmənistan üzrə sərnişin daşımaları daxil deyil. Bu il “ADY” QSC Şura qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Amma bu  Azərbaycanın 1-ci yerdə oması mənasına gəlmir. Misal üçün, bu il Azərbaycan üzrə yüklərin yüklənməsi göstəricisi 19,6%, Türkmənistan üzrə 37,6% olub. Hesabatda Azərbaycanın bu öhdəliyi yerinə yetirməkdə 8 % gerilədiyi qeyd olunur.

Bununla belə, Şura görülən işlərə dair reytinq açıqlamır. Ölkələr qarşısında qarşılıqlı razılaşma əsasında həyata keçirilən yükləmələr və daşımalarla bağlı öhdəliklər qoyulur və  protokollarda dəmir yolu administrasiyalarının bu öhdəliklərə nə dərəcədə əməl etdiyi qeyd edilir.

Gəldiyimiz nətcəyə görə, Cavid Qurbanovun açıqlaması faktlarla manipulyasiyadır.(faktyoxla)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam