Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DAĞLIQ QARABAĞDAKI “SEÇKİLƏR” SİRR SANDIĞINI AÇIR –Tərəflər bir-birini təslimçilikdə suçlayırlar - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 12 dekabr 2019-cu il

 

Yenixeber.org: Artsaxda (mətndə Dağlıq Qarabağ belə adlandırılıb – tərc.) prezident seçkiləri (mətndə belə gedib – tərc.) öncəsi ciddi əks-təbliğat başlayacaq. Məqsəd də belə təəssürat yaratmaq olacaq ki, Vitali Balasanyandan başqa digər bir namizədin qalib gəlməsi qələbənin təhvil verilməsinə xidmət edən “sui-qəsd” proqramının tərkib hissəsi olacaq.

Bu perspektivin əyani sübutu Ermənistanın ikinci prezidentinin “Qrapark” qəzetinə verdiyi müsahibədir. Bu müsahibəsində o, Ermənistan hakimiyyətini yenə də Artsaxın qələbəsini təhdid edən niyyət daşımaqda ittiham edir.

Robert Koçaryanın belə davranmasının şəxsi motivləri tamamilə, özü də çoxdan aydındır.

İrəli sürülən ittihamlar arqumentləşdirilmiş əsasdan mütləq şəkildə məhrumdur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyətini Artsaxın qələbəsinə yönəlik təhdidləri yaratmaqda və ya hazırlamaqda bu qələbəni on ildən az olmayan müddətdə, özü də əlverişli geopolitik və iqtisadi-siyasi beynəlxalq mühitdə, siyasi-diplomatik yolla möhkəmləndirmək imkanı olan, lakin bunun yerinə təhlükəli danışıqlar məzmunu yaradan adamlar ittiham edir. Belə olan halda, şərh verməyə ehtiyac qalmır.

Onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın yeni hakimiyyəti Ermənistan və Artsaxı bunun altından çıxarmaq zərurəti qarşısında və ya başqa sözlə, Ermənistan və Artsaxı hələ 2007-ci ildə qəbul edilən “Madrid prinsipləri” əsasında aparılan danışıqlar prosesindən çıxarmaq problemi qarşısında qalıb.

Üstəlik, bu problemin həlli baxımından, “məxməri inqilab” Ermənistan üçün əlverişli imkan yaradıbrÇünki öncəki hakim sistemin özü özünün çirkləndirdiyi danışıqlar mühitini təmizləmək, özünün qəbul etdiyi danışıq prinsiplərindən, Artsaxın qələbəsindən könüllü imtina təşəbbüsündən başqa bir şey olmayan bu prinsiplərdən imtina etmək iqtidarında deyildir.

“Madrid prinsipləri”nə əsasən, Artsaxın statusu qeyri-müəyyən perspektivə buraxılıb, eyni zamanda ərazilərin qaytarılması və qaçqınların geri dönməsi məsələləri konkret göstərilib. Bu, sadəcə yekun status müəyyən olunmadan, status-kvonun dəyişdirilməsi olardı.

Daha bir məsələ var. Bu qətnamə – “yekun statusun ərazilərlə mübadiləsi” erməni tərəfi üçün nə qədər məqbuldur? Belə variantla razılaşmaq üçün sadəlövh olmalısan. Çünki problem və ekzistensional (varlıq, mövcudluqla bağlı – tərc.) təhlükəsizlik durumu daha dərin xarakter daşıyır. 

Lakin Ermənistanın əvvəlki hakimiyyəti, o cümlədən Robert Koçaryan, faktiki olaraq, danışıqları statusun müəyyən olunması məsələsi nəzərdə tutulmayan prinsiplər əsasında aparmağa razı olmuşdular. Əvəzində status-kvoya yenidən baxılması təsbit olunub.

Bundan sonra Serj Sarkisyan artıq danışıqları bu prinsiplər əsasında qurulan “Kazan planı” ətrafında aparıb. Sarkisyan hətta Aprel müharibəsindən sonra ordumuz tərəfindən yaradılan bəhanədən istifadə edə və “Madrid prinsipləri”ndən çıxa bilmədi.

“Məxməri inqilab”dan sonra Nikol Paşinyan həmən bu problemin həllinə girişdi. Durumun, necə deyərlər, emosional və əxlaqi qiymətləndirilməsini bir kənara qoyaraq, təsbit etmək lazımdır ki, Nikol Paşinyan, “Madrid prinsipləri”nin siyasi prosesin məntiqi əsası olaraq qaldığı halda, tez və ya gec, onların Ermənistanın istənilən, hətta legitim hakimiyyəti üçün çuxur və ya siyasi məzar olacağını gözəl təsəvvür edir. Çünki öz mahiyyəti etibarilə Ermənistan və Atsax üçün ekzistensional təhlükəsizlik təhdidi olan bir durum qəbul edilə bilməz.

Bu gün Artsax məsələsilə bağlı aparılan siyasətə qarşı və təhdidlərlə əlaqədar o qüvvələr və adamlar danışır ki, Azərbaycanla danışıqları ekzistensional təhdidlər əsasında aparıblar. Və bu, Baş nazir Paşinyanın 05 avqustda Stepanakert (mətndə Xankəndi belə adlandırılıb – tərc.) meydanında Ermənistanın daxili siyasi həyatında “Artsaxın verilməsi” kartından və ya alətindən imtina etməyi və bu məsələdə ümumerməni konsensusuna gəlməyi təklif etdiyi halda baş verir.

Robert Koçaryan, faktiki olaraq, bu təklifi qəbul etməyib.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam