Nə istəyirsiniz..?-Qapalı fikirlər, məxfi görüşlər...
Yenixeber.org: Araşdırma zamanı əlimizə keçən bir çağırışın mətni oldu. Bu mətn telefona yazılsa da, diqqətdən kənar qala bilməzdi. Əvvəla xarici diplomatik korpuslara vətəndaş xəbərdarlığının edilməsi lazımlı bir iş olardı. Məsələn xəbərdarlıq edilməlidir ki, xarici səfarətxanalar Azərbaycanın iki üzlü, həmişə çaxnaş yaratmağa meyilli olan şəxslər ilə məxfi aparılan yığıncaqlara, verilən məxfi təlimlərə son qoysun, dayandırsın. Sakit bir həyatın pozulması lazımdırmı?
Keçək mətnə. Mətndə oxuyuruq: İran deyilən bir dövlət daxilində neçə-neçə on illərdən bəri hökm sürən milli haqsızlıqlara qarşı baş vermiş qiyamlar hələ də davam etməkdədir.
Quldur Rza xanın və onun varisi Məhəmmədrza şahın hakimiyyəti dövründə həmçinin bu gün Xomeyninin qurduğu fanatik islam diktaturası rejimində Azərbaycan xalqı və ümumiyyətlə İranda yaşayan türklər milli təhriqlərə, təqiblərə, və təzyiqlərə məruz qalırlar.
dahi rəhbərlərimiz Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin başçılıq etdikləri hərəkatlar müxtəlif zamanlarda, müxtəlif ideyalarla baş vermişsə də hamısı bir məsləkə, bir torpağa və bir xalqa, yəni milli azadlığa, Azərbaycan torpağına və Azərbaycan türklərinə xidmət etmişdir.
Əgər milli sərdarımız Səttarxanı farslar özlərinə xas hiylələrlə aldadıb Tehranda namərdcəsinə öldürdülərsə, əgər Cənubi Azərbaycan milli azadlıq hərəkatının banisi Seyid Cəfər Pişəvəri rusların xəyanəti və planı ilə şimalda öldürüldüsə, onların müqəddəs ruhu və milli ideyaları yeni nəslin cisminə köçüb.
İran dövləti İrandakı erməniləri milli azlıq kimi yox, dini azlıq deyə onlara həmişə istədikləri namizədləri təqdim etmək və istədikləri vəkillərini seçmək səlahiyyətini vermişdir. Görünür sayca yüz min olmayan köksüz bir millətin hüququ 30 milyon Azərbaycan türklərindən çoxdur. ŞirazdAkı qaşqayı türkləri, Xorasandakı türkmənlər, Cənubi Azərbaycanda və Tehrandakı Azərbaycan türklərinin sayı İran kimi böyük bir ittifaqın tən yarı əhalisini təşkil etdiyi halda heç bir milli-mənəvi hüquqlara malik deyillər. Onların övladları icbari olaraq fars olaraq fars dilində təhsil almaqla yanaşı türk deyə təhqir olunurlar.
Dünyada siyasi-ictimai proseslərin belə sürətlə inkişaf etdiyi və dəyişdiyi bir dövrdə biz inanırıq ki, İranda milli zülmlərə son qoymaq vaxtı çatmışdır.
Biz BMT-nin Nizamaməsinin müqəddəməsində nəzərdə tutulan “Çoxsaylı və azsaylı xalqların hüquq bərabərliyi”ni, Nizamnamənin 9-cu bölməsinin 55-ci maddəsini, “İnsan hüquqları haqqında ümumi bəyannamə”nin 2-ci, 5-ci, 8-ci, 19-cu, 20-ci maddəsinin 1-ci hissəsini xüsusilə 21-ci maddəsini, “Vətəndaşlıq və siyasi hüquqlar haqqında saziş”in 2200 A (XX), 1966, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa razılaşması”nın (Avropa şurası, 1950), “İnsan hüquqları haqqında ümumi bəyannamə”nin yuxarıdakı maddələrə uyğun gələn müvafiq bəndlərini, habelə “Amansızcasına qeyri-insani, alçaldıcı şəkildə insan ləyaqətini təhrir edən münasibətə və cəzayə, həmçinin hər cür işgəncəyə qarşı razılaşma”nı, (39, 46, 1984), “Vəzifəli şəxslərin hüquq qaydalarını qoruyarkən davranışlarına dair qaydaları” (34, 169, 1979), “Vəzifəli şəxslərin hüquq qaydalarını qoruyarkən davranışlarına dair qaydaların həyata keçirilməsində səmərəli nəticələrə nəticələrə nail olmağın əsas prinsipləri”ni (24 may 1989), “hər
hansı formada tutulub saxlanılan, yaxud həbs edilən bütün şəxslərin müdafiəsi üçün prinsiplər Məcəlləsi”nin (43, 173, 1988), 1, 4, 6,10, 12, 13, 16-cı prinsiplərinin 1-ci bəndinin, 17-ci prinsipinin bütün bəndlərini, “Məhbuslarla rəftarın minimal standartları”nı (663 s) XXIV, 1957, 2076, (L XII 1977) əsas götürərək Sizin diqqətinizi bu ilin aprel ayında İranın Cənubi Azərbaycan bölgəsində Təbriz, Astara, Binab, Yamçı, Əhər, Zəncan, Urmiyyə və sair şəhərlərində baş verən hadisələrə cəlb edirik.
Hadisələr İran İslam Respublikası da yanacağın ahalaşması zəminində baş verib. Bu zaman şəhid olmuş, 1500 guya (dəqiq məlumat yoxdur) adam həbs edilmişdir.
İranın hakimiyyət orqanları şəhid olanların şəhid olanların cənazələrini öz ailələrinə vermir, həbs olunanlarla vəhşicəsinə rəftar edir, yaralılara tibbi yardım göstərmir, həbs olunanları ac saxlayır, şəxsiyyətlərini təhrir Edir, onların vəkil xidmətindən istifadə hüquqlarını tapdalayırlar. (Münasibət: Bu yalandır... – R.Novruzoğlu). Bununla da hakimiyyət orqanları Cənubi Azərbaycan hadisələrində təkcə millətlərə və öz vətəndaşlarına qarşı cinayət işlətməmiş, həm də beynəlxalq birliyin Nizamnaməsini və qərarlarını kobudcasına pozaraq ona qarşı da hörmətsizlik göstərmişdir. Millətlərin və insanların şəxsi hüquqlarının pozulması heç bir dövlətin daxili işi ola bilməz. Biz BMT-ni həmin hadisələrə qiymət verməyə çağırır, İranda Cənubi Azərbaycan türklərinin milli və şəxsi hüquqlarının kobudcasına pozulmasına son qoymağı tələb edirik. Əmin olmaq istəyirik ki, BMT beynəlxalq birliyi qəbul etdiyi sənədlərin və beynəlxalq təşkilatların şərəfini qoruyacaq, İran dövlətinin beynəlxalq normalara laqeydlik göstərməsinə dözməyəcək. Təəssüf ki, hələlik BMT-nin mövcud olduğu 50 ilə yaxın müddətdə İran əhalisinin 50 faizdən çoxunu təmsil edən Cənubi Azərbaycan türklərinin milli və fərdi vətəndaşlıq hüquqlarının İran dövləti tərəfindən vəhşiliklə pozulmasının qarşısını almaqdan ötrü BMT indiyədək heç bir tədbir görmədir.
Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının Azərbaycan Komitəsi.
Azərbaycan Qurtuluş Təşkilatının Avropa Komitəsi.
Vahid Müstəqil Azərbaycan Cəbhəsi.
Azərbaycan Milli hərəkatı – Türkiyə.
Azərbaycan İstiqlal Şurası.
Maraqlıdır ki, heç bir dövlət öz mətbuatı vasitəsilə İranda baş verən hadisələrin nizama salınması üçün cəhd etmədi. Əksinə, hər bir ölkə sözün həqiqi mənasında İrandakı hadisələri iqtisadi çərçivədən çıxararaq, siyasi bir çərçivəyə itələdi.
Bu dünya siyasətinin cəhdlərindən biridir. İndi çoxları hesaba vurur ki, baxaq görək İranda nə qədər azərbaycanlı məhv oldu? Nə qədər fars həlak oldu?.. və. s.
XXI əsr bütün dağıdıcı fikirləri inkar edir. Əgər Vaşinqtonda, Nyu-Yorkda, Pensilvanidə... hər hansı bir elm və təhsil mərkəzinə, dövlət orqanlarına girsəniz, görərsiz ki, divardan rəngli xəritələr asılıb və o xəritələrdə Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi təqdim olunur... Elə ABŞ-ın Fransanın, İngiltərənin, Almaniyanın... diplomatik korpuslarında da məlumata görə eyni vəziyyətdir... Bundan heç kəs yazmır və yazmaq istəmir.
İranda nə baş verib, cənablar? Unutmayaq ki, bu hadisələr heç vaxt “mənfur Ərəb Baharı” olmayacaq. Fikrimcə bütün bu bahar havasını indi Avropa. Amerika... yaşamalıdır.
Bizim milli dəyərlərimizi London, Vaşinqton, Paris məhv etmədimi? Əslində məhv etmədi yandırdı... millətin taleyini əllərdə qoydu, qondarma orqanlarda hərraca qoydu. Hər gələn bir tikə qoparıb, apardı. Saxta, iyrənc politoloji məlumatlardan millətin canı bezib... Bəs sən iranlı qardaş... hansı sənin dəyərlərin? Kim yandırdı?.. Yollarda, keçidlərdə qışqırırdınız: “Şah getdi, İmam gəldi...” Bəs hanı? İmamı qoruya bildinizmi? İndi onun düşmənlər tərəfindən od vurulmuş, yandırılmış ideyalarının külü ilə oynayırsız.
Mətni gördüm ki, Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının Azərbaycan Komitəsi, Azərbaycan Qurtuluş Təşkilatının Avropa Komitəsi.
Vahid Müstəqil Azərbaycan Cəbhəsi. Azərbaycan Milli hərəkatı – Türkiyə,
Azərbaycan İstiqlal Şurası.
Bir baxın görün belkə qondarma təşkilatın hansı var? Məsələn mənə Azərbaycan Komitəsinin ünvanını göstərin...
Yoxdur cənablar, yoxdur?
Bu gün yaşadığımız sakit və qayğılarla əhatə olunmuş Azərbaycanı sakit buraxın. Səfirliklərdə yağlanmış dodaqlarınızı silin... Onsuz da qana batmış dişləriniz görünür...
İran bir daha bu çətin anlarına duruş gətirdi, dayandı...
Məlumata görə İrandakı hadisələr üçün ABŞ – 250 min ABŞ dollara, İngiltərə - 100 min funt sterlinq, Fransa – 180 min Yevro... və s. vəsait xərclədi. Bir azdan bu xərclərin düzgün bölünməməsində Azərbaycanda yeni cəhdlər yaranacaq...
İranda “Ərəb Baharı” olmayacaq. Amma ABŞ-da məlumata görə hər gün 560 nəfər acından ölüb, sıradan çıxır.
Azərbaycanda hakimiyyət dəyişməyəcək... Amma islahatlar davam edəcək. Ola bilsin bu gün irəli çəkilən kadrlar səriştəsiz, savadsız... olduqları üçün yenisilə əvəz edilsin. Bu addım RF-da artıq sınaqdan çıxıb...
Ölkədə əcaib bir addım atılıb. Ölən uşaqlar dəfn olunmur, yandırılır ki, bilinməsin nə var, nə yox... Güya ölkədə uşaq qəbiristanlığı yoxdur... Bu isə demokratiya yox, siyasi saxtakarlıqdır...
Bizim siyasətçilər İranı yaxşı tanımır və tanımadıqları üçün də nəyin baş verdiyini anlaya bilmirlər...
Anlamaq dərdi çətindir. Amlma anlayın, anlayın nə baş verir.
Rövşən Novruzoğlu