Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Toy qanununu pozana hökumət “toy tutacaq”-1200 dollar cərimə

Özbəkistanda toy və ailə mərasimlərinin keçirilməsi qaydalarını pozanlara qarşı 1200 dollar cərimə tətbiq edilə bilər.

Yenixeber.org: Hökumət portalında inzibati hüquqpozmalar Məcəlləsində bu barədə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Məcəlləyə “Toyların, ailə məclislərinin, yas mərasimlərinin və tədbirlərinin keçirilməsi qaydalarının pozulması” barədə ayrıca maddə əlavə edilməsi təklif olunur. Maddəyə əsasən həmin qaydaları pozan şəxslər 240 dollar cərimə ödəməlidir. Qaydalar hüquqi şəxslər tərəfindən pozulanda isə cərimənin məbləği 1200 dollar olacaq.

 

Bundan əvvəl Özbəkistan Senatı dəbdəbəli toylara qadağa qoyan qanunu qəbul edib. Qanuna əsasən toylara çağırılacaq qonaqların sayı 150-ni keçə bilməz, habelə toy kortejindəki avtomobillərin və toya çağırılacaq müğənnilərin də sayı məhdudlaşdırılır. Bu qanun Özbəkistanda toylarda və yas mərasimlərində israfçılığın qarşısını almaq üçün qəbul edilib. Belə ki, ailələr övladlarına dəbdəbəli toy edə bilmək üçün əksər hallarda ağır borcların altına girir.(“Azadlıq” radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam