“Milla” süd emalı zavodunun işdən çıxarılmış 15 satış təmsilçisi “Gilan” Holdinqin rəhbərliyinə müraciət edib.
Yenixeber.org: Müraciətdə “Milla”da baş verən maxinasiyalar öz əksini tapıb. Belə ki, şirkətin satış müdiri Rəşad Həmzəyevin şərtlərini qəbul etməyən işçilərin işdən çıxarıldığını bildirən müraciət müəlliflərinin yazdığına görə, aybaay şirkətin satış göstəriciləri azalmaqdadır. Səbəb isə Rəşad Həmzəyevin şirkətin deyil, öz şəxsi maraqlarını güdməsidir.
Müraciətdə qeyd olunur ki, Rəşad Həmzəyev qısa müddət ərzində 2 bina, bir bağ evi və 2 avtomobil alıb:
“BU pulların Rəşad Həmzəyevdə haradan olduğunu yəqin edirsizmi? Bircə satış müdirinin aldığı məvacib bu qədər qısa müddətdə bu mülkləri almağa yetməz”.
Şikayətçilərin bildirdiyinə görə, əvvəlllər “Milla”da aylıq satış həcmləri 550-600 min manat olub. Və şirkətin satdığı malların yalnız 3-4 faizi geri qaytarılıb. İndi isə bu rəqəmlər müvafiq olaraq 450-500 min və 15-20 faizdir.
Müraciətdə daha sonra qeyd olunur ki, illərdir “Milla”da çalışan təcrübəli insanların naşı adamlarla əvəzlənməsi şirkətə külli miqdarda ziyan vurulması ilə nəticələnir…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.