Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əbülfəz Məlikovun oğlunun Şamaxıdan Britaniyaya qədər uzanan biznesi-FOTOFAKT

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli "Broker Əbülfəz" və oğlunun biznes şəbəkəsi haqqında növbəti dəfə yazıb: 

"Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. "AMAR-ŞİRVAN" MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.
Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.
Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış..."

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam