Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölmüş insanların ətini yeyən ac xalq... –Burundi haqda ŞOK məlumatlar

 

 
   
 

bitmap-img6

Burundi Mərkəzi Afrikada yerləşir və dənizə sahili olmayan bir dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika gölü də daxil olmaqla, Demokratik Konqo Respublikasıdır. Ölkənin paytaxtı Bujumbura şəhəridir.
Yenixeber.org: 10 milyon nəfər əhalisi olan bu ölkədə insanların ortalama ömrü cəmi 50 ildir. İnsanlar ağır vəziyyətdə yaşadıqları üçün 2016-cı ildə edilən bir araşdırmaya görə, Burundi dünyanın ən bədbəxt ölkələri sırasında birinci yerə layiq görülüb. 
Burada insanların illik gəliri 269 manat təşkil edir. Ölkənin prezidenti isə, illik 47300 dollar (80646 manat) maaş alır. Bu isə, aylıq 6720 manat maaş deməkdir.
Bu Afrika ölkəsi ilə bağlı bəzi məlumatları öz oxucularına təqdim edirik:

Burundi ile ilgili görsel sonucu

Dünya gündəminə tez-tez ölüm və terror xəbərləri ilə gələn Burundi, zaman-zaman ölkə daxilində ciddi problemlər yaşayır. Ölkədə Hutu və Tutsi adında olan iki qəbilə arasında yaşanan sivil savaş 1993-cü ildən, 2005-ci ilə qədər davam edib. Elə həmin ildə prezident seçkilərindən məmnun qalmayan 300 min insan hakimiyyət qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Buna görə də, Burundi bütün dünyada ən təhlükəli ikinci ölkə kimi tanınır. Ölkə hakimiyyəti bu vandalizm aktına görə, dünya ölkələri tərəfindən soyqırımla ittiham edilir.

Burundi ile ilgili görsel sonucu

Əgər Burundiyə getmək kimi bir fikriniz varsa, bir çox dünya ölkələri tərəfindən hazırlanan xəbərdarlıq mətnləri ilə qaşılaşa bilərsiniz. Bu mətnlərdə bölgədəki cinayətlər, terror fəaliyyətləri və təhlükələri qeyd edilib. Mətnlərdə Burundiyə səyahət etməyin olduqca təhlükəli olduğu dəfələrlə vurğulanır. Lakin, bu təhlükələri gözə ala bilsəniz, Burundinin möhtəşəm təbiətini görməyə nail ola, dünyanın ən kasıb ölkəsində insanların yaşamına yaxından şahidlik edə bilərsiniz.
Burundiye nasıl gidilir ile ilgili görsel sonucu
Burundiyə getməyin yolları...
Burundiyə gedə bilmək üçün diplomatik pasportlar da daxil olmaqla, hansı növ pasporta sahib olsanız da, ölkə konsulluğundan viza almaq lazımdır. Lakin qeyd edək ki, bu ölkəyə səfər etməyə hazırlaşmaq sizin üçün olduqca çətin olacaq. Çünki, 2015-ci ildən bəri bu bölgəyə heç bir turist səfər etməyib. Buna görə də, ölkənin son durumu haqda məlumatlandırıcı heç bir qaynaq tapmaq mümkün deyil. 

burundi ile ilgili görsel sonucu

Viza aldığınızı fərz etsək, ölkədə baş verən terror təhlükəsindən dolayı, paytaxtda yerləşən Bujumbira hava limanına enməkdənsə, başqa bir ölkə olan Ruandanın paytaxtı Kiqali hava limanına uçub, sərhəddən Burundiyə daxil olmaq daha məntiqli və təhlükəsiz olacaq. Bunun səbəbi isə, Burundi hava limanlarında olan terror aktlarıdır. Kiqaliyə endikdən sonra sərhəddi heçib, Burundiyə daxil olmaq üçün şürücü tapmağınız da bir o qədər qəliz olacaq. Hətta sürücülər sizi sərhəddən bir neçə kilometr öncə avtomobildən düşürtmək istəyəcəklər. Ən maraqlısı isə ondadır ki, bu ölkənin sərhədlərindən çıxmaq üçün minlərlə insan görəcəksiniz. Lakin ölkə sərhədlərinə daxil olan tək insan siz ola bilərsiniz.

Burundi ile ilgili görsel sonucu

Burundi dünyanın ən geridəqalmış ölkələrindən biri və bəlkə də, birincisidir. Ölkədə yanacaq demək olar ki yodur. Buna görə də, yolarda avtomobilə rast gəlmək oluqca çətindir. Sivil müharibədən öncə Burundiyə nə zaman bir turist gəlsə, yerli əhali həmin tursti salamlamaq üçün “Batva” rəqsi edərdi. Artıq belə bir şans olmasa da, yerli əhalinin dayanmadan öz aralarında mahnı oxuduğu və rəqs etdiyini görmək mümkündür. Bu ölkədə insanlar xoşbəxt görünsələr də, onların hər günü yaşam savaşı ilə keçir. İnsanların küçələrdə yalın ayaqla gəzməyi, hətta kapron şüşələrə ip keçirib, ayaqqabı kimi istifadə etməyi, üzərlərindəki geyimlərin parça-parça olmağı olduqca sıradan hallardır.
Burundide hasta ile ilgili görsel sonucu
Hər 5 uşaqdan 1-i 5 yaşına çatmadan ölür
Ölkədə doğuş sayı, ölümdən olduqca azdır. Burundidə doğuş evlərdə, steril olmayan şəraitdə həyata keçirilir. Ölkədə hər bir həkimə tam olaraq 35 min xəstə düşür. Daha da maraqlısı ondadır ki, Burundi xalqı xətəxanaya gedə bilmədiyi üçün, xristian din xadimləri tərəfindən böyük “möcüzəvi müalicə ayinləri” həyata keçirilir. Bəzən isə, küçələrdə toplu şəkildə dua rituallarının edildiyinə də şahid ola bilərsiniz.
Imana Burundi ile ilgili görsel sonucu
Həyat bəxş edən “İmana”
Burundililərin çox hissəsi xristian olsa da, yerli xalq “İmana” adlanan bir tanrıçaya inanıb, onun bütlərinə sitayiş edirlər. Onlar “İmana”nın insanlara həyat bəxş etdiyini və hər bir şeyin ondan gəldiyini düşünürlər. Bundan başqa, Burundi adətlərində ölülərin ruhlarının geri döndüyünə və bəzilərinin də özəlliklə pislik etdiyinə inanılır. Fiziki cismlərin içində ruhların olduğu düşüncəsinin yayğın olduğu bu ölkədə, insanlar cismlərin içinə həbs olduğunu düşündükləri ataları və böyükləri üçün mütəmadi olaraq dualar oxuyub, həmin cismlərə sitayiş edirlər.

Kubandwa ile ilgili görsel sonucu

Burundi xalqı üçün xüsusilə önəmli bir ruh vardır ki, onun da adı “Kirinqa”dır. Onlar bu ruhun ölmüş bütün atalarının lideri olduğuna inanır, ona minnətdarlıqlarını çatdırmaq üçün “Kubandva” adında festival keçirirlər. Dini festivalda gənc oğlanlar bütün vücularını boyayır və ənənəvi mahnılarını oxuyaraq, rəqs edirlər.

Kubandwa festivalı ile ilgili görsel sonucu

Ölkədə bir çox uşaq ailəsi tərəfindən tərk edilib. Buna səbəb isə, valideynlərinin ölməyi və ya kasıblıqdan qurtulmaq üçün ölkələrindən qaçmağıdır. Təhsil imkanı isə, ölkənin sadəcə müəyyən təbəqəyə mənsub olan insanlarında var.  Toplumun çox hissəsi bu haqqdan yararlana bilmir. Ailələr çox kasib olduğundan, bəzi ailələrdə qız uşaqlarına təhsil almaq imkanı verilmir, oğlan uşaqları məktəbə göndərilir, qızlar isə ev işlərinə yönləndirilirlər.

kwashiorkor ile ilgili görsel sonucu

“Şişkin qarınlı” uşaqların ölkəsi
Ölkədə insanların qida rasionunda ət demək olar ki, ən son cərgədədir.  İnsanlar adətən karbohidrat, vitamin və minerallar olan qidalarla bəslənirlər. Lazımi protein alınmadığı üçün meydana çıxan  “kvaşiorkor” sindromu olduqca yayğın hal alıb. Bu sindroma sahib olan uşaqların vücudlarında çoxlu miqdarda mayenin toplanması ilə əmələ gələn ödəmlərdən dolayı, qarınları olduqca şişkin görünür. Bu uşaqlar o qədər arıqdırlar ki, onların sümüklərini asanlıqla görmək mümkündür.

Ä°lgili resim

Ölmüş dostlarını yeyən ac xalq…
Burundidə küçədə bir inək öldüyündə yerli xalq sağlıqlı ət tapmadığı üçün, həmin ölü heyvanın əti ilə qidalanırlar. Şans gətirdiyinə inandıqları üçün isə onlar bu heyvanların buynuzlarını evlərinin yanında torpağa basdırırlar. Aclıq və səfalətdən ölən Burundi xalqından yüzlərlə insan ölən dostlarının və ya qohumlarının ətini yediyini də etiraf edirlər.(müsavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam