Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abdulbari Gözəlin çöküşü – Qohumu haqda prokurorluğa müraciət edildi

 

 Xəbər verdiyimiz kimi “Azərsun” Holdingin prezidenti Abdulbari Gözəlin kürəkəninin qardaşı sahibkarlara 28 min manat, işçilərə isə 11 min manat pul verməli olduğu halda yoxa çıxıb.

Yenixeber.org: “Azərsun” holdingin prezidenti Abdulbari Gözəlin kürəkəni, “Azərsun” Holdingə məxsus “İkra Lojistika” şirkətinin direktoru Akın Konyarın qardaşı, “Azərsun” Lojistik mərkəzin ərazisində olan restoran və bağırsaq sexinin sahibi Fərdi Konyar müxtəlif vaxtlarda onun bağırsaq sexinə bağırsaq təhvil verirmiş sahibkarların ödənişlərini etsə də sonradan vədinə xilaf çıxıb və ödənişləri gecikdirib. Bu minvalla 8 nəfər sahibkara ümumilikdə 28.480 manat borclu qalıb. Eyni zamanda onun sexində çalışan 20 işçinin maaşları da 11.548 manat vəsait Fərdi Konyar tərəfindən ödənilməyib. 40 min manata qədər pul borclu olduğunu təsdiq edən möhürlü sənəd verdikdən sonra isə Fərdi Konyar qaçaraq türkiyəyə gedib və bir daha geri qayıtmayıb. Sahibkarlar isə “Azərsun” Holdinqdən pullarını istəsələr də şirkətin hüquqşünası kimi özünü təqdim edən şəxs bildirib ki, şirkət bu məsələyə görə heç bir məsuliyyət daşımıAbdulbari Gözəlin çöküşü – Qohumu haqda prokurorluğa müraciət edildir.

Sahibkarlar bu məsələ ilə bağlı saytımıza bildiriblər ki, hazırda rəsmi qaydada Baş Prokuror Zakir Qaralova, yeni təyin olunan Daxili İşlər naziri Vilayət Eyvazova və Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Erkan Özorala müraciət edilib.

Həmçinin sahibkarlar əlavə edirlər ki, xeyli vaxtdır müraciət etsələr də Daxili İşlər Nazirliyindən başqa məktuba digər iki şəxs reaksiya verməyib.(bizimyol.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam