Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ERMƏNİSTAN BÖLGƏDƏ QORXULU SİYASƏT YÜRÜDÜR:Şərqi Türkiyəni və Cavahetiyanı Gürcüstandan qoparmaq xətti start götürüb – Araşdırma

Nikol Paşinyan Cavahetiya erməniləri arasında

 

Vedran Obuçina

Advance (Xorvatiya), 20.05.2019

 

Hamıya bəllidir ki, Rusiyanın ən yaxın qonşularına və özəlliklə xaricdə yaşayan ruslara və rusdillilərə, habelə Moskvanın bir qayda olaraq “rus dünyası”na aid etdiyi qruplara özəl münasibəti var.

Yenixeber.org: Sovetsonrası hər bir dövlətin xaricdə yaşayan həmvətənləri haqda az məlumdur və belə ölkələrdəki hakimiyyət təmsilçilərinin çoxu və ictimaiyyət inanır: bu soydaşlarla özəl münasibət qurmaq gərəkdir. Sovetsonrası bəzi ölkələrdə hətta bu məqsədlə özəl proqramlar hazırlayıblar. Deməli, məsələn, Qazaxıstan Moskvanın “rus dünyası”na münasibətdə yürütdüyü siyasətlə rəqabət aparır və etnik qazaxların xaricdən vətənə cəlbi üçün qanunlar qəbul edir.

Rusiyanın sovetsonrası bölgədə fəaliyyəti Moskva və qonşuları ilə münasibətlərdə müəyyən problemlərə gətirib. Təəccüblü deyil ki, oxşar siyasət və sovetsonrası qeyri-rus ölkələrinin fəaliyyəti bir çox hallarda diplomatik gərginliklərə də gətirib. Misalçün, Qazaxıstanın siyasəti Çinlə münasibətlərdə çətinliklər doğurub. Amma, ehtimal ki, Ermənistanın xaricdəki həmvətənlərə hədəflənmiş siyasəti qədər bölgədə başqa heç bir siyasət belə ciddi problemlərə səbəb olmayıb. Buna ən parlaq örnək onun Dağlıq Qarabağda və Ermənistan güclərinin işğal etdikləri daha yeddi rayonda Azərbaycanla sürən savaşıdır. Lakin İrəvanın iki qonşu dövlətə – Türkiyə və Gürcüstana yanaşması gələcək üçün potensialca daha təhlükəlidir. Şərqi Türkiyədə haçansa çoxlu erməni yaşayıb və bu bölgə keçmişdə ermənilərlə birləşən xeyli kürd üçün qabaqkı kimi yurd olaraq qalır. Gürcüstana gəlincə, onun Cavahetiya bölgəsində Tiflisdənsə İrəvana xeyli sıx bağlı olan böyük erməni icması məskunlaşıb.

Son bir neçə həftədə, çox ehtimal ki,  ən yaxın gələcəkdə bu iki bölgənin birində, ya da ikisində Ermənistanın hərəkəti üzündən gərginliyin  çoxalacağını təsdiqləyən iki hadisə baş verib. Bundan başqa, bir bölgədəki hadisə başqasında oxşar, potensialca təhlükəli hadisələr törədə bilər. Deməli, birincisi, söhbət Ağası Ərəbyanın yazdığı və Rusiyanın “Realist” agentliyinin dərc etdiyi məqalədən gedir. Cavahetiya erməni diasporunun bu lideri materialda Şərqi Türkiyədəki durumdan və ermənilər və kürdlərin yeni mümkün ittifaqından danışır. Son həftələrdə baş vermiş ikinci mühüm hadisə Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərin Gürcüstanın Cavahetiya bölgəsində yaşayan erməni diasporu üçün vəsait toplamaq planları haqda bəyanatı olub.

Ərəbyanın məqaləsi fitnəkar “Qərbi Ermənistan və təkcə bu, deyil: Erməni-Kürd SSR-nin gələcəyi varmı?” adını daşıyır və daha maraqlı yarımbaşlıq verilib – “Erməni xalqının və erməni dövlətlərinin işıqlı gələcəyini necə təmin etməli?” Materialda deyilir ki, dünya və Ermənistanın yerləşdiyi bölgə “nəticəsi sərhədlərin və milli birliklərin irihəcmli yenidən bölüşdürülməsi ola biləcək böyük böhrana yuvarlanır”. Əlbəttə, təhlükə var ki, qonşular Ermənistana hücum edər, amma onun eynən müəyyən “imkanları” var ki, İrəvandakı elitalar ödiqqətini bu problemə toplasa, öz məqsədlərinə yetsin və ən geniş mənada erməniləri qorusun.

Ərəbyan eyham vurur ki, xəritələri belə əhatəli yenidən çızmaq nəticəsində əvvəllər Rusiya imperiyası və SSRİ-yə daxil olmuş ərazilərin böyük bölümünü əhatə edəcək “İttifaqın yeni dövlətləri” meydana çıxa bilər. Sərhədlərin dəyişilməsi çağdaş Şərqi Türkiyədə (çar II Nikolayın I dünya savaşında nail olduğu və 1945-ci ildən sonra amerikalılar qarşısını alana qədər İosif Stalinin can atdığı bənzər nəsə) yeni bir erməni-kürd qurumunun yaradılmasına səbəb ola bilərdi. Erməni şərhçisinin yazdığı kimi, belə bölgəsəl dəyişikliklər artıq ən yaxın gələcəkdə baş verərsə, İrəvan ermənilərin üstün olacaqları “Erməni-Kürd SSR variantı”nın reanimasiyasına hazır olmalıdır. Yeri gəlmişkən, güman etmirəm ki, Moskva bu nəzəri qurumda ermənilərə liderlik hüququ verər. Amma İrəvan əlləşsə, niyyətinə nail ola bilər. Ermənilər və kürdlər arasındakı bağın öz tarixi kökləri var: hər iki xalq İran xalqları qrupundan qaynaqlanıb. Erməni dili Hind-İran dil qrupunda özəl budağa ayrılır, halbuki kürd dili qədim İran dilinin birbaşa varisidir. İki xalq Qafqazdan Şərqi Türkiyə və İrana qədər yayılan bir ərazidə yaşayır.

Sözügedən müəllifin davam etdiyi kimi, təəssüf ki, Ermənistan hökumətinin bu qədər əhatəli düşünəcəyindən az şey xəbər verir. Amma yenə də arzulanan nəticə üçün özül qurmaqdan ötrü atılması mümkün və zəruri kiçik addımcıqlar, o cümlədən yenidən Qərbi Ermənistan ola biləsi çağdaş Şərqi Türkiyədə yaşayan kürdlər, assuriyalılar və başqa xalqlarla dialoqu fəallaşdırmaq  mümkündür.

İrəvan bu xalqlar içində Ermənistanın orada geri qaytarılması mümkünsüz keçmişin hansısa əks-sədası deyil, çağdaş bölgənin bir bölümü olduğu haqda ideyanı fəal təbliğ etməlidir. Erməni çarlığı eramızdan qabaq birinci yüzillikdə Böyük Tiqranın dönəmində öz yüksəlişinə çatıb və dünyada eramızda üçüncü yüzilliyin sonu, dördüncü yüzilliyin başlanğıcında xristianlığı öz rəsmi dini kimi qəbul edən ilk dövlət olub. Vizantiya və Sasanilər dövləti beşincü yüzilliyin başlanğıcında qədim erməni çarlığını öz aralarında bölüb. Ermənistanın Baqratilər çarlığı Baqratilər sülaləsi dönəmində doqquzuncu yüzillikdə bərpa olunub. Çarlıq vizantiyalılarla savaşlar ucbatından 1045-ci ildə dağılıb və türklər çox tezliklə Ermənistana hücum ediblər.

Əlbəttə, Ərəbyanın ideyaları olduqca əcaibdir və bununla belə, daha məhdud addımlar haqda hələlik İrəvanda deyil, Moskavada bəzi ermənilər düşünə bilərlər. Xırda addımlar hökmən problemlə nəticələnməyəcək, amma, bax, böyük oyun durumu partlada bilər.

Los-Ancelesdəki erməni diasporu daha konkret və əməli, amma eyni zamanda siyasi baxımdan təhlükəli planlar qurur. İyunun ikisində Gürcüstanın Cavahetiya bölgəsində yaşayan ermənilər üçün vəsait toplamağı nəzərdə tutan telemarafon start götürür. Təşkilatçıların iddia etdikləri kimi, bu, “Diasporanın birləşməsi üçün platforma” qurulduqdan sonra mümkün olub. Bu layihənin liderlərindən biri Qaregin Nalbandyan bildirib ki, vəsait toplanışı “Gürcüstana qarşı” yönəlməyib. Əksinə, məqsəd erməni-gürcü münasibətlərini möhkəmlətməkdir. Lakin Cavahetiyanın daha bir xarici maliyyə qaynağı meydana çıxarsa, Tiflislə münasibətləri pisləşə bilər. Gürcülər bunda açıqca Nalbandyanın dediyi xoş niyyəti görmürlər. Ermənilər bu bölgənin böyük hissəsində yaşayırlar. Cavahetiyanın cənub bölümü Ermənistan Respublikasıyla həmsərhəddir. Orada etnik ermənilər çoxluq təşkil edir və ermənicə danışırlar, gürcülər, ruslar və Qafqazın başqa xalqları azlqıdadır.

Cavahetiyada durum arabir kəskinləşir. Səbəblərdən biri Gürcüstanın rəsmi dil siyasətidir – buna görə, vətəndaş və məmurlar hətta ermənicə gürcücədən daha yaxşı bilsələr də, müəssisələrdə və ya kargüzarlıqda erməni dilini işlətmək olmaz. Milli azlıqların məsələlərilə məşğul olan beynəlxalq müşahidə missiyaları 2009-da bu durumu tam pisləyiblər. “Cavahk” birləşmiş etnik erməni demokratik birliyi Gürcüstan çərçivəsində ərazi muxtariyyəti tələb edir.Ermənistan Respublikasının və erməni diasporasınınn ən görkəmlisi Erməni İnqilabi Federasiyası olan bəzi siyasi birlikləri iddia edirlər ki, Cavahk (Cavahetiyanın ermənicə adı) bölgəsi Ermənistana keçməlidir. Birləşmiş Ermənistan o zaman ermənilərin Sevr sülh müqaviləsində Artsax (Dağlıq Qarabağ) və Naxçıvanla birlikdə ermənilərinki adlandırılan bütün bölgələri əhatə edərdi. Amma Ermənistanın rəsmi hökuməti Cavahetiyanı Ermənistan ərazisi adlandırmır. Türkiyə meshetilərinin az qismi son illərdə Gürcüstana qayıdıb. Onların bölgədə işə düzəlməsi çətindir və miqrasiya onlarla yerli erməni əhali arasında gərginliyi artmağa gətirib. Buna görə də Gürcüstan hökuməti meshetiləri ölkənin başqa bölgələrinə yerləşdirmək qərarına gəlib. Bölgəni yaran “Bakı-Tiflis-Ceyhan” neft kəməri və Cənubi Qafqaz qaz kəməri planlaşdırılmış Qars-Ahalkalaki-Bakı dəmiryolu xətti kimi yerli ermənilərdə narazılıq doğurub, çünki Ermənistanın Azərbaycan ərazilərini işğalı üzündən Ermənistanı təcrid edir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam