Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rossiya” mehmanxanasında tarixi yanğın –gerçək səbəbi hələ də bilinmir...

 

Yenixeber.org: Qara tüstü Kremlin cəmisi bir neçə yüz metrliyindən çıxsa da, qərb mətbuatı onu daha tez görmüşdü. Artıq xarici radiodalğalarda Moskvanın mərkəzində baş verən faciəli hadisə ilə bağlı məlumatlar səsləndirilirdi. Kreml heç bir vəchlə bu tüstünü “boğa” bilmirdi. Çünki hadisə yerinə gələn SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, DTK sədri Yuri Andropov, daxili işlər naziri Nikolay Şelokov, Moskvanın birinci katibi Viktor Qrişin və digər yüksəkçinli məmurların özləri bu tüstüdən boğulurdular. Leonid İliç Brejnev isə Kremldəki kabinetindən bu mənzərəni seyr edərək qara tüstünün “acı”sını dadırdı...
Moskva şəhəri, 25 fevral 1977-ci il, saat 21.24...

2 dəqiqə ərzində şəhərin yanğın təhlükəsizliyi xidmətinə eyni vaxtda, eyni məkandan 54 zəng daxil olur: “Kömək edin! “Rossiya” mehmanxanası yanır!”.

İlk olaraq yanğın yerinə əraziyə yaxın yerləşən yanğın hissəsinin komandası gəlir. Karaul rəisi leytenant Bukanov hadisə yerinə ilk baxışdan sonra ən yüksək sayılan “5 saylı çağırış” elan edir. Mehmanxananın söndürülməsinə bütün qarnizon, 150 yanğın avtomobili, 1600 yanğınsöndürən cəlb olunur. Moskva qarnizonunun yanğın təhlükəsizliyi xidmətinin rəisi, general-mayor İvan Antonov birbaşa hadisə yerindən hər 15 dəqiqədən bir Mərkəzi Komitəyə məlumat verir. 4 saat 40 dəqiqədən sonra yanğın tam söndürülür. Yanğın zamanı 1000 nəfərdən artıq insan təxliyyə olunur, 43 nəfərin həyatını xilas etmək mümkün olmur, 65 nəfər isə müxtəlif dərəcələrdə xəsarət alır.

Moskvanın “Hilton”u sayılan “Rossiya” mehmanxanasının qonaqları əsasən xarici vətəndaşlar və SSRİ-nin tanınmış adamları olub. Dörd 12 mərtəbəli korpusdan və 23 mərtəbə hündürlüyündə şimal qülləsindən ibarət olan mehmanxananın 6 min nəfərin yerləşdirilməsi mümkün olan 2722 nömrəsi fəaliyyət göstərib. Bununla yanaşı, mehmanxanada 2500 yerlik konsert zalı, bir neçə restoran, kafe, bar, idman zalları, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalları və s. qonaqların ixtiyarına verilib.

1967-ci ildə oktybr inqilabının 50 illik yubilei münasibətilə istifadəyə verilən “Rossiya” mühmanxanası mövcud olduğu bütün dövrlərdə (2004-cü ildə mehmanxana sökülüb) SSRİ DTK-sının və Daxili İşlər Nazirliyinin xüsusi nəzarəti altında olub.

Sonradan o da məlum olub ki, yüksək vəzifəli xariçi qonaqların qaldıqları nömrələrdə səs yazan xüsusi qurğular da yerləşdirilib. Və təbii ki, belə bir məkanda əsl səbəbi bu günə kimi də məlum olmayan yanğın hadisəsinin baş verməsi Kreml məmurlarını ciddi narahat edib.

Yanğın hadisəsi ilə bağlı mərkəzi qəzetlər böyük açıqlamalar verməyiblər, mətbuat bir neçə cümlə ilə kifayətlənib:
“Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Rossiya” mehmanxanasında baş vermiş bədbəxt hadisə, yanğın nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Hökumət və yerli orqanlar zərərçəkmişlərə kömək göstərmək üçün zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirir”.

Moskvanın birinci katibi Viktor Qrişin həmişə olduğu kimi bu hadisədə də mətbuata qarşı sərt münasibət göstərib. Hətta yanğınla bağlı Mərkəzi Komitənin mətbu orqanlarından ünvanlanan sorğulara “yazmağınız nə vacibdir?” deyə məlumat verməkdən yayınıb. Sonda isə mətbuatla bağlı məsələni Brejnevlə birdəflik həll edib. Baş katibin göstərişi ilə “Rossiya” mehmanxanasındakı yanğın mətbuatda birdəflik “söndürülüb”.

Mahmanxanada yanğının söndürülməsi zaman bir çox yaddaqalan məqamlar da olub. Yanğınsöndürənlər maraqlı hadisələrin şahidi olublar.

7-ci mərtəbədə yanğınsöndürənlər tərəfindən təxliyyə zamanı nömrələrin birinin qapısını açanda otaqdan qafqaz görünüşlü bir kişi alt paltarında əsəbi halda yanğınsöndürənin üstünə cumub, “sizə kim ixtiyar verib ki, icazəsiz otağa daxil olursunuz” deyə yanğınsöndürəni təhqir etməyə başlayıb. Qapıdan içəri qara tüstü dolanda həmin şəxs yataqdadakı tərəf-müqabili olan qadını unuduraq elə alt paltarında liftə tərəf qaçıb.

Yanğın zamanı Bolqarstanın xarici ticarət nazirinin mehmanxanada olan müavini İvanov bir neçə dəfə “01”-ə zəng vurub. Sonuncu dəfə o dispetçerdən yanğınsöndürən helikopter tələb edib, “ola bilməz ki, dünyada birinci sosialist ölkəsi olan SSRİ-nin paytaxtında belə bir helikopter olmasın” deyə qışqırmağa başlayıb. Tələbinin mənasız olduğunu görən nazir müavini sonuncu dəfə “01”-ə zəng vuraraq xəttin o başından cavab verən qızdan soruşub: “Sizcə, pəncərədən tullanıb ölmək rahat olar, yoxsa tüstüdən boğularaq?”

Yanğınsöndürənlər nazir müavininin nömrəsinə daxil olanda onun və 3 nəfər referentinin meyitlərini aşkar ediblər.
Mehmanxananın həyətində o qədər sıxlıq olub ki, adamlar az qala bir-birlərinin üstündən keçiblər. Həmin saatlarda mehmanxananın konsert zalında Arkadi Raykinin konserti olub. Konsertdə iştirak edənlər aşağıda nələr baş verdiyindən xəbərsiz olublar. Viktor Qrişinin və Yuri Andropovun göstərişi ilə Arkadi Raykinə çatdırıblar ki, konsert proqramını əlavə olaraq bir saat da uzatsın. Beləliklə, konsertdə iştirak edən 2500 nəfərin çölə çıxmasının vaxtını uzadaraq sıxlığın qarşısını alıblar.

İçəridə olanlar yanğın zamanı möcüzələrə inanmaq istəyiblər. Körpə uşaqları ilə olan qonaqlar öz övladlarını döşəklərə bağlayaraq pəncərədən aşağı atıblar. Bəli, möcüzə baş verib, onlar sağ qalıblar.

Yanğınsöndürənlərdən biri qaradərili afrikalını çiyinlərində həyətə endirərək xilas edəndə, afrikalı onu öpməyə başlayıb, əlindən, üzündən, nəhayət, ayaqlarından. Onu qucaqlayaraq buraxmayıb. İş başında olan yanğınsöndürən qaradərilidən qurtulub işinə davam etmək üçün başqa çıxış yolu tapmayıb, güclü bir yumruq zərbəsi ilə afrikalını özündən bir neçə metr aralaşdıra bilib. Bu hadisə Aleksey Kosıgin və Nikolay Şelokovun gözləri qarşısında baş verib. Mövcud dövrdə, sovet rejimində SSRİ-də olan xarici vətəndaşı nəinki vurmaq, hətta onunla bir az yüksəkdən danışmaq ağır fəsadlarla nəticələnib. Amma həmin anda yanğınsöndürən bunu nəzərə almayıb. Sonradan daxili işlər naziri Şelokov yanğın təhlükəsizliyi əməkdaşlarını mükafatlandıranda, həmin yanğınsöndürənə əlavə olaraq növbədənkənar rütbə də verib və rütbəni ona şəxsən özü təqdim edəndə “mən sənin yerinə olsaydım, daha güclü zərbə vurardım” deyib.

Yanğının səbəblərini bir neçə qurum araşdırıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Səbəblərdən biri radio qovşağında kiçik qaynaq çihazının elektrik xəttinə qoşulu qalması olub. Elə bu səbəb də əsas götürülərək cinayət işi məhkəməyə göndərilib. Böyük hadisənin cəzaları çox kiçik olub. İlk növbədə mehmanxananın direktoru və baş mühəndisi vəzifələrindən kənarlaşdırıb. Baş mühəndis mehmanxananın elektrik təsərrüfatı və təhlükəsizlik xidmətlərinin rəisləri 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Araşdırma aparanların sonucu yazılı rəyində qeyd olunub ki, yanğın hadisəsinin əsl səbəbini tapmaq mümkün olmayıb.
Versiyalara görə, “Rossiya” mehmanxanasında yanğın qəsdən törədilib. Bu versiya rəsmi olmasa da öz təsdiqini tapıb. Çünki mehmanxanada eyni vaxtda ayrı-ayrı 4 yerdə yanğın başlayıb. Daha bir fakt isə ondan ibarətdir ki, 240 metrlik dəhliz bir an içərisində alova bürünüb. Ekspertlər sübut ediblər ki, həmin dəhlizdə olan döşəmənin, divarların, dam hissənin materialları kifayət qədər yanğına davamlı olub və bu qədər ərazinin 1-2 dəqiqə ərzində alışması mümkün sayılmayıb.

Digər bir versiyaya görə, yanğın Andropov-Şelokov qarşıdurmasının nəticəsi olub. Belə ki, yanğın təhlükəsizliyi qurumu DİN-in tabeliyində olduğundan DTK “şef”i daxili işlər nazirini bu yanğınla oyundankənar vəziyyətə salmaq istəyib.

Amma bütün bunlar versiya olaraq qalıb...(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam