Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

TÜRKİYƏDƏN ABŞ-ı TƏŞVİŞƏ SALAN MESAJ:Akkuyuya yaxın yerdə ruslara hərbi liman verilə bilər - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 20 aprel 2019-cu il

 

Yenixeber.org: Bəli, iqtisadiyyatın idarəçiliyi, təhlükəsizlik və xarici siyasət sahələrində bəzi kövrək, təhdid yarada biləcək yerlərimiz var. Ancaq Türkiyənin əlində kozır olaraq istifadə edə biləcəyi çox önəmli bir məsələnin olduğunu da unutmamalıyıq.

Bu məsələ mənim hər həftə görüşdüyüm, tərkibində milli təhlükəsizlik icmasından şəxslərin də olduğu qrupun son nahar yeməyində müzakirə edildi.

Aralarında Vaşinqtonun ən önəmli milli təhlükəsizlik yazarlarının və təqaüdçü yüksək səviyyəli bürokratlarının da olduğu bu qrupdakı danışıqlar mənə bir neçə ay ərzində baş verə biləcək hadisələr haqqında öncədən ip ucları vermişdi.

Qrupdakı dostların dediklərində Türkiyə baxımından çox önəmli məlumatlar var idi. Həmin qrupda olanların adlarını vermədən, danışılanları olduğu kimi sizə çatdırmaq istəyirəm.

 

                                                      Rusiya təhdidi

 

Son günlərdə ABŞ administrasiyasının milli təhlükəsizlik qurumlarının bütün səviyyələrindən “Rusiyanın qlobal səviyyədə yüksələn təhdidinə qarşı nələr edilməli?” sualına təcili cavablar tapılması və bu cavabların hər bir qurumun milli təhlükəsizlik idarəsinə təcili bildirilməsi istəndi.

Konqresin Nümayəndələr Palatasının rəhbərliyi də bu müzakirələrə daxil oldu. Demokratların lideri Nensi Pelosinin rəhbərliyilə Konqres nümayəndə heyəti təcili EOROCOM-u (ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı) ziyarət etdi və bu məsələ ilə bağlı birbaşa komandanın özünü dinlədi.

Konqresə yaxın qaynaqlardan sızan məlumatlara görə, həmin görüşdə öncəliklə “Rusiya ilə ABŞ arasında güclənən qlobal rəqabətdə Türkiyənin yeri və nə edəcəyi” məsələsi müzakirə edilib.

 

                                      Əslində müzakirə mövzusu Türkiyədir

 

Vaşinqtondakı milli təhlükəsizlik qurumlarında da müzakirə edilən məsələ öz başlığı etibarı ilə Rusiya olsa da, əslində, Türkiyənin müzakirə edildiyi bildirilir.

ABŞ rəhbərliyi S-400 raketlərilə bağlı çıxarılan F-35 böhranında geri addım atmaq istəməməklə birlikdə, bu prosesin Türkiyənin ABŞ və NATO-dan daha da uzaqlaşaraq Rusiya ilə bir hərəkət etməyə başlaması ilə nəticələnə biləcəyini düşünür və rəhbərlik içində bu məsələ ilə bağlı bir narahatlıq və qorxu da var.

 

                                              Akkuyu “kozır”ı

 

ABŞ rəhbərliyi içində bu məsələ ilə bağlı qorxu yaranmışkən, Ankara tərəfindən bu qorxunu daha da körükləyən bir ağıllı manevr də edilmiş və Akkuyuda inşa edilən AES-ə yaxın yerdə bir hərbi liman inşa edilməsi fikri ortaya atılmışdır. Buna formal səbəb olaraq da AES-dən çıxacaq nüvə tullantılarını daşıyacaq gəmilərə xidmət etmək göstərilmiş, lakin eyni zamanda rus hərbi gəmilərinin də burada yerləşə biləcəyinə eyham vurulmuşdur.

 

                             Şərqi Aralıq dənizində güc rəqabəti

 

Əgər gerçəkləşərsə, bu, Suriyadaki Tartusdan sonra rusların Aralıq dənizində ikinci hərbi bazaya sahib olması anlamına gələcək. ABŞ-ın Şərqi Aralıq dənizi ilə əlaqədar strateji manevrlər etdiyi bu günlərdə ruslara Aralıq dənizinə nəzarət baxımından çox önəmli üstünlük verəcək belə bir addımın bu formada gündəliyə gətirilməsi Vaşinqtonda rəhbərlik daxilində xeyli narahatlığa yol açmışdır.

Bu hərbi liman/bazada S-400 raketlərinin də yerləşdirildiyi halda, Rusiya və Türkiyə Aralıq dənizində, Kipr də daxil olmaqla, quş uçuşunu belə görəcək və müdaxilə edə biləcək duruma gələcəklər.

 

                                                   İncirliyə təhdid

 

Mənə söylənənlərə görə, Akkuyuya yaxın olacaq bu hərbi liman/baza İncirlik Hərbi Hava Bazasına da sadəcə 230 km uzaqlıqda yerləşəcək. S-400 raketləri radiusu 250 km olan böyük dairədə nə uçarsa-uçsun, onu “görmə”və ona “bağlanma” imkanına sahibdirlər. Yəni, Türkiyə qeyd edilən addımı atarsa, bu, İncirlik Hərbi Hava Bazasından istifadə edən NATO təyyarələri üçün qəbul edilməsi çox çətin olacaq, onları xeyli çətin vəziyyətə sala biləcək bir durum yaratmış olacaq.

Türkiyə bütün bu deyilənləri həqiqətən etdiyi təqdirdə, bəlkə də, NATO-dan qopacaq, lakin NATO daxilində də qapadılması mümkün olmayan böyük bir “dəlik” açılmış olacaq.

 

                        ABŞ rəhbərliyi indi mümkün nəticələri də düşünür

 

Aradabir Türkiyəyə qarşı sanksiya tətbiqi təhdidləri səsləndirən ABŞ rəhbərliyi indi, məhz bu üzdən, Ankaranı tam qarşısına almasının yaxşı olmaya biləcəyini də düşünür. Rəhbərlik daxilində bu məsələ ilə bağlı xeyli atəşli, vaxtaşırı səs tonlarının yüksəldiyi müzakirələr davam edir.

Elə bu səbəblə, mütəxəssislər hazırda həlli mümkün görünməyən F-35-lər və S-400-lərlə bağlı bəzi həllərin mütləq tapılacağını düşünürlər. Çünki bir qopma olarsa, bundan sadəcə Türkiyənin deyil, ABŞ-ın da böyük zərər görəcəyini və qlobal rəqabətdə Rusiyanın əlinə böyük bir “kozır” veriləcəyini düşünənlər də var Vaşinqtonda.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam