Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYANIN “XORUZUNUN QUYRUĞU” GÖRÜNDÜ –Moskva Ukraynada seçkilərə bir neçə gün qalmış namizədini açıqladı

boyko

Ukraynada martın 31-də keçiriləcək prezident seçkisi öncəsi namizədlər artıq formalaşmış reytinq cədvəlində dəyişiklik etmək üçün mümkün olan bütün üsullara əl atmaqdadırlar və seçki yaxınlaşdıqca, əsas “kozırlarını” paylaşırlar.

Yenixeber.org: Uzun müddətdir ki, Ukraynada Viktor Yanukoviçi əvəzləyəcək siyasi qüvvə axtarışında olan rəsmi Moskvanın da kimə stavka etdiyi artıq aydınlaşır. Belə ki, baş nazir Dmitri Medvedev martın 22-də prezidentliyə şanslı namizədlər siyahısında ilk dördlüyə düşən Yuri Boykonu qəbul edib. Seçkiyə cəmi 9 gün qalmış baş tutan bu görüş Ukraynada böyük əks-sədaya səbəb olub və bununla da, Rusiyanın seçkidə kimi qalib görmək istədiyi kəsinləşib.

Y.Boyko əksər sorğuların nəticələrinə görə, hazırkı prezident Pyotr Poroşenko ilə 3-4-cü yerləri bölüşdürür. Onun Medvedevlə görüşə qədər də Rusiya ilə yaxınlaşmanın tərəfdarı olan seçicilərin səslərinə iddia etdiyi məlum idi. Onu da qeyd edək ki, Ukrayna əhalisinin sosial durumunun ürəkaçan olmaması, xalqın “narıncı inqilabdan” və Avropaya inteqrasiyadan gözləntilərinin özünü doğrultmaması insanları hazırkı hakimiyyətdən və onun xəttini tutan digər siyasi qüvvələrdən xeyli narazı salıb. Bir çoxları Rusiya ilə daha yaxın münasibətlərin tərəfdarı olan qüvvələrə tərəf yönəlməyə başlayıblar. Belə siyasi qüvvələrin də arasında ən nüfuzlusu məhz Y.Boykonun rəhbərlik etdiyi partiya sayılırdı. Boykonun özünə gəldikdə isə, o, Ukraynadan qaçan Yanukoviçin hakimiyyəti dövründə ölkənin energetika naziri və baş nazirin müavini kimi postlar tutub. Hətta energetika sahəsindəki səmərəli xidmətlərinə görə 2004-cü ildə “Milli qəhrəman” adına da layiq görülüb.

boyko

Bütün bunlarla yanaşı, sözügedən namizəd seçki kampaniyası dövründə rəsmi Moskva ilə yaxınlaşmanın tərəfdarı kimi görünsə də, Ukrayna əhalisinin böyük hissəsinin Rusiyaya düşmən gözü ilə baxması, Krımın və Donbasın işğalı, hərbi əməliyyatlar zamanı çoxlu sayda ukraynalının məhz rus ordusunun iştirakı və dəstəyilə qətlə yetirilməsi faktlarını nəzərə almaya bilməzdi. Bu üzdən Y.Boyko seçicilərə Rusiyaya olan münasibətini bir qədər ehtiyatla çatdırmağa çalışırdı. Elə buna görə də onun Moskvaya səfəri Ukraynada çoxları üçün gözlənilməz olub. Hələ bu da azmış kimi Medvedevin iştirakı ilə keçirilən görüşdə Rusiya “Qazprom”unun rəhbəri Aleksey Millerin Rusiyanın Ukraynaya ucuz qiymətə təbii qaz satmağa hazır olduğuna dair bəyanat verməsi vəziyyəti biraz da qəlizləşdirib.

Qeyd edək ki, Miller Ukraynaya təbii qazın indikindən 25 faiz ucuz qiymətə satılmasının mümkün olduğunu deyib.

Beləliklə, Rusiya açıq şəkildə heç bir səlahiyyəti olmayan bir şəxsi baş nazir səviyyəsində qəbul edərək, ona bu cür vədlər verməklə artıq birmənalı olaraq, kimi dəstəklədiyini biruzə verdi. Təbiidir ki, bu addımı istər hakimiyyəti, istərsə də müxalifəti təmsil edən əksər siyasətçilər Rusiyanın növbəti dəfə Ukraynanın daxili işlərinə çox kobud müdaxiləsi kimi qiymətləndiriblər.

Həmin görüşdə daha bir rusiyameylli ukraynalı siyasətçi, seçkidə Boykonu dəstəkləyənViktor Medvedçuk da iştirak edib. Görüşdə Ukraynanın hazırkı hakimiyyətindən Rusiyanın baş nazirinə şikayət edən V.Medvedçuk bununla Boykonun zədələnmiş reputasiyasını tamamilə yerlə bir edib.

medvedcuk4

Onu da qeyd edək ki, Medvedçuk Ukraynada Rusiyanın ən qatı tərəfdarlarından biri kimi tanınır və onun böyük var-dövlətə sahiblənməsində rəsmi Moskva ilə əlaqələrinin mühüm rol oynadığı bildirilir. Qeyri-rəsmi məlumatlara görə, hazırda onun 500 milyon dollara yaxın varidatı var. Və nəhayət, bu şəxsə rəsmi Moskva ilə qaranlıq və şübhəli əlaqələrinə görə 2019-cu ilin fevral ayında Ukrayna Baş Prokurorluğu tərəfindən “vətənə xəyanət” və “separatçılıq” maddələrilə cinayət işi açılıb.

Ukraynadakı siyasi təhlilçilər bildirirlər ki, bu görüşdən sonra Boykonun xüsusilə qərbi və mərkəzi Ukraynada səs alması artıq mümkünsüz görünür. Onların fikrincə, ukraynalılar yaxın gələcəkdə rusiyameylli namizədə səs verməyəcəklər. Həmçinin, təhlilçilər Rusiyanın həmişəki kimi, çox kobud və savadsız xarici siyasət apardığını bildirirlər. Bu fikri onunla əsaslandırırlar ki, rəsmi Moskva Boykonu qəbul edib, təbii qazı 25 faiz ucuzlaşdırmağa hazır olduğunu açıqlamasına paralel olaraq, işğal etdiyi Donetsk və Luqanskda yaşayanlara Rusiya pasportları verməyə başlayıb. Yəni ki, “böyük qardaş” bir tərəfdən heç vaxt prezident olmayacaq birilə görüşdə guya Ukraynaya güzəştlər edir, digər tərəfdən də bu ölkənin bir hissəsinin işğalını həyasızcasına rəsmiləşdirir.

Boykonun bundan sonrakı taleyinə gəldikdə isə, müşahidəçilər onun reytinqinin çox sürətlə enəcəyini proqnozlaşdırırlar. Çünki əgər bu görüşdən əvvəl ona təkcə rusiyameylli seçicilər yox, həm də onu yaxşı təsərrüfatçı və təcrübəli siyasətçi kimi qəbul edənlər də səs verməyə hazır idilərsə, indi ikincilər bu fikirlərindən daşınacaqlar. Və ümumiyyətlə, Ukraynada çoxları Boykonun Medvedevlə görüşünün birincinin xeyrinə deyil, əksinə, ziyanına işlədiyini bildirirlər. Ona görə də təhlilçilərin əksəriyyəti Moskva görüşündən sonra Boykonun artıq “siyasi meyitə” çevrildiyi qənaətindədirlər…(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam