Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

PUTİNƏ AMERİKAN QƏTİYYƏTİNİ GÖSTƏRİN! –“Əgər Rusiya bir həftə ərzində geri çəkilməzsə…”

putin tramp

Hazırda prezident Tramp, ölkəyə rəhbərliyi ərzində ən sərt sınaq qarşısına dayanıb. Azov dənizində Rusiyanın yeni təcavüzü Tramp üçün əvvəlki prezident Barak Obama zamanı – 2014-cü ildə Ukrayna səması üzərində Malayziya sərnişin təyyarəsinin vurulmasına bərabər hadisədir.

Yenixeber.org: Onda Obama sərnişinlərin öldürülməsi ilə bağlı məsələdə ABŞ-ın Qərb müttəfiqlərinin Putinə qarşı prinsipial mövqe ortaya qoyulması ilə bağlı çağırışlarını eşitməyərək, həmin sınaqda uğursuzluğa məruz qaldı. Bu, Putində ABŞ maraqlarına qarşı meydan oxuna biləcəyi əminliyini yaratdı. Obamanın prezidentliyinin son iki ilində Rusiya təcavüzünün Ukrayna və Suriyada şiddətlənməsi nəticəsində tökülən qanlar isə onun səhvini bir daha sübut etdi.

Putinin Hərbi Dəniz Donanması Ukrayna gəmisinə atəş açıb. İndi Tramp iradə nümayişi sınağı ilə qarşı-qarşıyadır. Baş verən hadisənin mənəvi və siyasi əhəmiyyəti aydındır. Üç kiçik gəmidən ibatət qrup Azov dənizindən keçməklə Ukrayna portu Mariupula gedərkən Rusiya döyüş gəmiləri onlara atəş açıb. Daha sonra isə Ukrayna gəmiləri və 23 nəfərdən ibarət heyəti həbs ediblər. Rusiya qəzəbli tərzdə bu aqressiya aktında Ukraynanı günahlandırıb. Halbuki, Rusiya qanunusuz şəkildə və heç bir səbəb olmadan Ukrayna gəmilərinə hücum etmək qərarına gəlib.

Putin Kiyevdəki demokratik hakimiyyətin Rusiyanın istəklərinə tabe olması cəhdini davam etdirir. Bir neçə aydır ki, Rusiya mühafizə xidməti daimi olaraq Azov dənizində üzən Ukrayna gəmilərinə qarşı təcavüzkarlıq edərək, onlara güc göstərir.

Rusiya öz hərəkətləriylə ABŞ-ın rəhbərlik etdiyi dünya nizamının əsas prinsiplərini dağıdır. Həmin nizam qaydalarına görə suveren dövlətlər özləri öz sərhədlərinə nəzarət edə və bütün dünya ölkələriylə sərbəst ticarət apara bilərlər. Rusiya bəyan edir ki, bu sulara hansı gəmilərin daxil olması qərarını birtərəfli qaydada yalnız o verə bilər. Belə ki, Krımın işğal edilməsindən sonra Putin Qara dənizi Azov dənizindən ayıran Kerç boğazına nəzarət edir.

kerc

Amma Rusiya hüquqi baxımdan haqlı deyil. Avropa Birliyi, ABŞ və dünyanın digər demokratik ölkələrinin yekdil çıxardıqları hökmə əsasən Krım Rusiyaya deyil, Ukraynaya məxsusdur. Tramp, bütün bu arqumentləri nəzərə alıb, Putinə onun bu yaxınlardakı aqressiv fəaliyyətlərinın səhv olduğunu anlatmalıdır.

ABŞ prezidenti aydın və açıq şəkildə bildirməlidir ki, bu işdə günah tamamilə Rusiyanın üzərindədir. O, özündən daha zəif demokratik dövlətə qarşı təcavüzkar akta görə Rusiyanın hərəktlərini kəskin pisləməlidir. Tramp xəbərdarlıq etməlidir ki, əgər gərginliyin ortadan qaldırılması üçün Putin tərəfindən lazımı addımlar atılmayacaqsa, onda ABŞ ən qətiyyətli tədbirləri görmək məcburiyyətində qalacaq.

Sanksiyalardan başlamaq lazımdır. Tramp ABŞ-ın avropalı müttəfiqləriylə birlikdə Rusiyanı cəzalandırmaq üçün yeni sanksiyalar zərfi hazırlamalıdır. Rusiyaya Amerikanın blef etmədiyini anlatmaq üçün Tramp təxirəsalmadan maliyyə naziri Stiven Mnuçini və ya dövlət katibi Mayk Pompeonu Brüsselə və Londona yollamalıdır. Əgər Rusiya tutduğu kursu dəyişərsə, onda sanksiya variantını götürmək olar.

Əgər Rusiya öz bildiyində israr edəcəksə, onda ABŞ və Avropa Birliyi öz sərhədləri daxilində Rusiya kapitalının hərəkətini məhdudlaşdırmalıdır. Bu cür tədbir dərhal Putinin cibinə təsir edəcək və onun oliqarxlarının özülünü dağıdacaq. Avropa belə tədbirləri hərtərəfli şəkildə dəstəkləməlidir. Nəhayət, Fransa prezidenti Emmanuel Makron öz vaxtının əksər hissəsini Avropa təhlükəsizliyinin daha qətiyyətli müdafiəsi işlərinin həll edilməsiyə bağlı məsələlərə sərf edir.

gemi

Amma bütün bunlarla yanaşı təkcə sanksiyalar təhdidi kifayət deyil. İndiki vəziyyətə oxşar hallarda Çin, İran və Şimali Koreyanın Amerika prezidentlərinin davranışlarının güclü və ya zəif tərəflərini daimi izəldiklərini nəzərə alsaq, onda yaxşı olardı ki, Tramp müdafiə naziri Mettislə telefonla əlaqə saxlasın. Əgər Rusiya həftə ərzində geriyə çəkilməzsə, onda yaxşı olar ki, raket esmines qrupu Ukraynanın Odessa portuna yollansın.

Odessa o mənada xüsusi əhəmiyyət kəsb edir ki, Rusiya tərəfindən tutulan ukraynalı dənizçilər məhz bu şəhərdən Mariupula gedirdilər. Beləliklə Amerikan gücləri Odessaya getməklə siqnal göndərmiş olacaqlar: ABŞ Hərbi Dəniz Qüvvələri Kerç boğazına girməyə cəhd edəcək.

Amerikanın döyüş gəmilərini Rusiyanın praktik qaçılmaz düşmən hərəkətlərindən qorumaq üçün onları “Harri Trümen” aviadaşıyanı başda olmaqla zərbə qüvvəsi müşayiət etməlidir. Taleyn kinayəsinə baxın ki, “Harri Trümen” və onun döyüş qrupu gəmiləri Rusiyanın Suriyadakı aqressiyasının önünü kəsməkdən ötrü Aralıq dənizindədir.

Buna bənzər anlarda, yəni rəqib açıq şəkildə Amerikan nizamının əsaslarını zədələdiyi bir vaxtda prezidentdən aktiv liderlik fəaliyyətləri tələb olunur. Rusiya prezidenti Amerikan qətiyyətinin nə demək olduğu barəsində bir daha düşünməlidir.

(“Washington Examiner”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam