Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Putinə güvənmirik"

obama-putin2Suriyadaki tablonu dəyişdirmək məqsədi ilə İŞİD-ə qarşı Moskva ilə çalışmağa hazır olduqlarını bildirən prezident Obama, “ruslara və Vladimir Putinə güvənə biləcəyimiz mövzusunda əmin deyiləm” deyib.

Xeberinfo.com:    Pentaqondakı Milli Müdafiə Şurasının üzvləri ilə bir araya gələn ABŞ prezidenti Barak Obamanın gündəmində İŞİD-lə mübarizə var idi. İclasdan sonra qəzetçilərin qarşısına çıxan Obama İŞİD-in Suriya və İraqda əlindəki torpaqları itirməsi onları taktiki dəyişiklik etməyə məruz qoyub. İŞİD-in bir ildən çoxdur ki, İraq və Suriyada hər hansı bir uğur əldə edə bilmədiyini diqqətə çatdıran Obama bildirib ki, İŞİD-i qalıcı olaraq yox etmək üçün Suriyadakı xaosu bitirmək gərəkdir. Prezident Obama “ABŞ, Suriyada şiddəti azaltmağı yoxlamaq və İŞİD ilə Əl-Qaidəyə qarşı səyləri gücləndirmək üçün Rusiya ilə işləməyə hazırdır. Obama bildirib ki, Rusiyanın bu məsələlərdə ciddi olduğunu sübuta yetirməsi zamanıdır. Obama “ruslara və Vladimir Putinə güvənmək məsələsində əmin deyiləm” ifadəsini işlədib. Obama bu məsələdə Moskvanın addım atmasının lazım olduğunu vurğulayaraq qeyd edib ki, əksi olduğu təqdirdə Rusiya beynəlxalq aləmdə qatil bir rejimi dəstəkləyən məsuliyyətsiz bir aktyor olaraq görüləcək.

ABŞ prezidenti “4 girov qarşılığında İrana 400 milyon dollar ödənib” tipli xəbərlərin də yalan olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam